Son zamanlar Azərbaycanda bütün dünyada olduğu kimi, tez-tez fəlakətlər baş verir. Nənəm deyir ki, keçmişdə qasırğa, sel, su daşqınları, zəlzələ az-az müşahidə olunmurdu.İndi isə… Çoxları bunun baş verməsini istəmir. Bəzilərinin isə pulu təbii fəlakətlərdən çıxır. Adib Şərifovun bu təbii fəlakətlərlə arası necədir? Əgər belə təbii fəlakətlər baş verməsə, Abid Şərifovun fəaliyyət dairsəsi xeyli məhdudlaşar və nəticədə o, fəaliyyətsiz qalar. Bu gün Azərbaycanın hər hansı bölgəsində baş verən bu və ya digər hadisə yerində dərhal hörmətli Abid müəllim görünür. Bu bir növ adət halını alıb. Həm də bu, Abid Şərifovun vəzifə borcundan irəli gəlir. Məmur kimi ağır təbiətli, qaraqabaq, ilk baxışdan təmkinli olan Abid Şərifovun keçmişinə nəzər salaq. Onda görərik ki, o, heç də göründüyü kimi deyil. Eşitdiyimiz son məlumata görə, Abid Şərifovun gözü Kəmaləddin Heydərovun yerindədir. Amma… İllər əvvəl onun verdiyi açıqlamalara nəzər salaq. 2000-ci ilin müdhiş zəlzələsindən sonrakı aylarda onun KİV nümayəndərilə müsahibələri, hətta jurnalistləri açıq-aşkar təhqir etməsi müşahidə olundu. O zamanlar hamı anladı ki, zahirən sakit görünən Abid Şərifov qarğış etməyi də bacarır. Lap illər əvvəl Azərbaycan dilində danışığında çətinlik çəkdiyi hiss olunsa da, indi o, danışanda bəzən şifahi xalq ədəbiyyatının incəliklərindən də istifadə edir. Bütün bunlar Abid Şərifovun uzun illərdən üzü bura 2013-cü ilə qədər nitq sahəsində irəliyə getdiyinin göstəricisidir. Lakin təəssüflər olsun ki, bu irəliləyişdə qarğış, təhqir, hətta söyüş elementləri də özünə yer tapır. Bundan da belə nəticə əldə olunur ki, Abid Şərifov həm də Azərbaycan şifahi xalq ədəbiyyatının bəzi qollarını da mükəmməl bilir. Çörəyi təbii fəlakətlərdən çıxan məmur…Bir vaxtlar Abid Şərifov haqqında bu cür xarakteristika verilirdi. Qeyd edim ki, Abid Şərifov jurnalisti də məhz bu ifadəyə görə, təhqir etmişdi. Bu ifadəni yada salanda istər-istəməz bizlər o vaxtlar təbii fəlakətin aradan qaldırılmasına dövlət tərəfindən ayrılan vəsaitlərin taleyi barədə gəzən söz-söhbətləri xatırlamaq mümkün deyil. Məsələn, 2009-cü ilin noyabr zəlzələsindən sonra zərər çəkmiş obyektlərin siyahısını müəyyənləşdirilirdi. Dövlət başçısı cənab Heydər Əliyevin tapşırığına görə, ciddi zərər çəkmiş obyektlər büdcədən ayrılan vəsait hesabına təmin olunmalı, bərpa edilməli idilər. Bu tapşırığa qismən əməl edildi. İnzibati binalar, müxtəlif mədəniyyət və incəsənət abidələri və s. Bu cür tikililərin təmir və bərpasına az-çox vəsait ayrıldı. Lakin fərdi yaşayış evlərinin, eləcə də bir sıra obyektlərin bərpası yarı qaldı. Qəza vəziyyətində olan binaların bərpası üçün yüz min dollara yaxın vəsait ayrıldı. Lakin 100 milyon dolların heç yarısı bu işə xərclənmədi. Pullar kimin cibinə getdi, yəqin bunu Abid Şərifov daha yaxşı bilir. O vaxtlar qəzetlər bu haqda yazdı. Bir müddət sonra Milli Məclisdə deputatların bir neçəsi pulların hara getməsi məsələsini təkrar sorğuladılar. Sizcə, Abid müəllim itən pulların kimin cibinə getdiyini tapdımı? O vaxtlar Abid Şərifov cəld tərpənib hədəfi özündən yayındırsa da, hamı pulların büdcədən kimin cibinə getdiyini çox yaxşı bilirdi. Abid Şərifovdan söz düşəndə yada bir hadisə düşür. 2000-ci ilin noyabr zəlzələsindən 1 gün sonra prezident Heydər Əliyev geniş müşavirədə demişdi ki, zəlzələ zamanı o, bir nəfəri belə tapa bilməmişdi. Söhbət əlaqədar vəzifəli şəxslərdən gedirdi. Görəsən, əcəba zəlzələ vaxtı Abid Şərifov harada imiş? Əslində, Abid Şərifov artıq yorulub, özü də indi yox, elə lap əvvəllərdən. Onun idmanla məşğul olmasını kimsə görməyib. Əgər xatırlayırsınızsa, xəbərlər proqramında bir kadr göstərilmişdi. Prezidentin tapşırığına baxmayaraq, Abid Şərifov hər hansı bir idman hərəkəti edə bilməmişdi. Lakin onun əyləncəli yerlərə baş çəkdiyini söyləyənlər də var. Görünür ki, bu da artıq yorğunluqdandır. Deməli, onun istirahətə ehtiyacı var. Bu istirahət zamanı isə vəzifədə oturmaq lazım deyil. Bu gün Abid Şərifovun villarları da var, bahalı bağ evləri də, maşınları da. Bütün bunlara Abid müəllimin quru məvaciblə sahib olmasına inanmaq ən azı sadəlövhlük olar. Lakin 2012-ci ildə “Avropa” oteli yaxınlığında 3 mərtəbəli fərdi yaşayış evi – yəni, villa yanan zaman bu möhtəşəm sarayın Abid Şərifovun olduğu söylənilir. Baş nazirin möhtəşəm villasının dəyəri onun aldığı məvacib kim nə deyirsə-desin tərs mütənasiblik təşkil edir. Bu gün 80 ailə Abid Şərifovdan Prezident Administrasiyasına şikayət veriblər. Abid Şərifov deyəndə yadıma 2010-cü ildə onun jurnalistlərə verdiyi cavab düşür. Jurnalist ona sual verir: “Abid müəllim, evlərdən söz düşmüşkən, nə qədər ev uçub, su altında qalıb?” Abid Şərifov deyir: “İndi səni buraxım suyun içinə ki, get gör uçub, uçmayıb?” Zənnimcə, məmurumuzun su altına girib evləri saymağı təklif etməsi ən azı… Bu gün müəllimlər, həkimlər və digər sənət sahibləri 65 yaşında məcburi şəkildə təqaüdə göndərilir. Bildirilir ki, 65 yaşdan sonra onlar yeni innovasiyalara öyrəşə bilmirlər, onlar gənclərlə əvəz olunmalıdırlar. Lakin təhsil nazirimiz Misir Mərdanovun yaşı 65-i, Abid Şərifovun isə 73-ü keçib. Amma onlar hələ də vəzifədədirlər. Yəqin bu vəzifə kürsüləri qəribə enerjiyə malikdir – qocanı cavan edir. Bu səbəbdən bu kürsüdə oturanlar qocalmırlar. Onlar üçün yaşın fərqi yoxdur. P.S. Abid Şərifovdan danışanda onun adı Bankların himayədarı kimi da çəkilir, İranla biznes əlaqəsi olan bir şəxs kimi də. Amma biz onu yorulan məmur kimi tanıyırıq – Azərbaycanın yorulan məmuru”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?