GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Müxalifətin “vahid namizəd” yubileyi – 20 il

Müxalifətin “vahid namizəd” yubileyi – 20 il

Tarix: 5-03-2013, 10:11 Bölmə :Manşet Baxış: 724
Müxalifətin “vahid namizəd” yubileyi – 20 il

2013-də də parçalanmış düşərgə Azərbaycan naminə
birləşə bilmirsə seçki perspektivləri dəfn olunub


Qərbin və Rusiyanın hakimiyyəti dəyişmək projesi barədə “Gündəm-xəbər”də...

İndi siyasi kəsimi müxalifətin seçkidəki davranışları maraqlandırır. Əliyev rejiminə alternativ qüvvə kimi özünü təqdim edən İctimai Palatadakı partiyalar 2013 seçkilərinin sınağından necə çıxacaq, marafona hansı formatda qoşulacaq və müxalifət protest elektoratı ətrafına toplaya biləcəkmi? Bu labirint suallar qarşısında 20 ildir çaşqınlıq içində qalan azəri toplumu nə müxalifətdən imtina edə bilir, nə də siyasi səhnəyə yeni avanqard çıxara.

“Lazım” və “Vahid”in 20 illik yubileyi

Nəticə etibarı ilə mövcud ənənəvi müxalifət üçün son şans olan 2013 seçkiləri həm də toplumun müqavimət əzmini özündə yenidən toplamaq imkanı idi. Ancaq heyf ki, xalq İlham Əliyevin 10 illik hakimiyyəti dövründə siyasi arenaya yeni qüvvə yetişdirib çıxara bilmədi. Odur ki, cəmiyyət məcburən bu il də “köhnə qvardiya” ilə seçkiyə getməyə məhkum olunub.
Bir çoxlarısa ümid edirdi ki, müxalifət nəhayət 20 illik ambisiyalarına son qoyub vahid namizədlə seçkiyə qatılacaq. Mətbuatda, sosial şəbəkələrdə geniş müzakirə və mübahisə predmetinə çevrilmiş vahid namizəd problemi isə həll olunmadan cəmiyyətin yenə öhdəsinə buraxıldı. Bizdə isə kütlələr həmişə güclü təşkilat və lideri qarşısında görmək istəyir. Onlar kortəbii mübarizənin sonunda qələbə qazanacaqlarına inanmırlar.
Bu anlamda müxalifətin üzərinə məhz xalqın tələb etdiyi missiyanı yerinə yetirmək düşürdü. Belə ki, 20 illik diktatura rejimindən xilas olmaq üçün Azərbaycan naminə müxalifət nə olursa-olsun 2013-də birləşməli, vahid namizədlə seçkiyə getməli idi. Amma insanların seçkiqabağı vahid namizəd nicatı tezliklə dəfn olundu. Necə ki, iqtidarın “Lazım”ı gəlmirdisə, müxalifətin də “Vahid namizəd”i eləcə zühur etmədi. Başqa sözlə desək, “Lazım” və “Vahid”in 20 illik yubileyini qeyd etmək vaxtıdır.
Axı onlar xalqı barmağına dolamaqla məşğuldurlar?! Belə olmasaydı ən azı biri çıxıb gələrdi. Necə ki, Müsavat başqanı İsa Qəmbər vahid namizədi Şaxta Babaya bənzətmişdi. İ.Qəmbər vahid namizədin mümkünsüz bir ideya olduğunu vurğulayaraq bütün insanlara təxminən belə mesaj vermişdi: “Özünüzü yormayın, müxalifətin vahid namizədi olmayacaq”.

Ziyalıların “sezonu”

Beləliklə, Azərbaycanın politik təbəqəsi anladı ki, seçkilər müxalifət üçün alverdir, şoudur, publika önündə icazəli qəhrəmanlıq şansıdır. Başqa heç nə. Yoxsa Azərbaycanın xilası naminə müxalifət hətta şeytanla da müttəfiq olmalıydı. Apolitik kütləyə gəlincə, onlar çoxdan seçkiləri də, mitinqləri də boykot ediblər. Bu təbəqəni yalnız dolanışıq düşündürür. Bu elektoratı qazanmağın yolu isə onların yanında olmaq, sosial tələblərlə aksiyalar keçirmək idi. Bunu da etmədilər.
Yerdə qalan intellektuallar, yeni yetişən etirazçı gənclik, müxtəlif təşkilatların isə heç bir siyasi hakimiyyət ambisiyası yoxdur. Hətta böyük bir ümidlə baxdığımız Ziyalılar Forumu da seçkilərə qoşulmayacağını elan edib. Doğrudur, qurum manipulyasiyalar edir, təşkilatın içindən prezidentliyə namizəd çıxa biləcəyini istisna saymır, “El” təşkilatını önə çıxarır.
Lakin ZF-nun daxilində ciddi təlatümlər və fikir ayrı-seçkiliyi mövcuddur. Forumda biri-birinin mövqeyini bölüşməyən ziyalılar var və onların təklifləri yeknəsəq şəkildə qəbul edilmir. Deməli, ziyalılar yalnız xalq hərəkatı başlansa burada aparıcı rolunu oynaya bilər. Onlardan xalq hərəkatını yetişdirmək, seçkilərdə iştirakını gözləmək lüzumsuzdur. Martda elan olunacaq “EL” təşkilatı isə “yaz gələr artar qəmin, əriyib suya dönərsən, axıb çaya gedərsən” şeirini yada salır.
Çünki ciddi bir istəyi olan təşkilat yazı-qışı, fəsilləri gözləməməlidir. Bu tərəvəz ticarəti deyil ki, sezonu gözləyəsən. Mübarizə həyat tərzi olmalıdır. Yox əgər, mövsümlərarası fəaliyyət göstərirsinizsə, onda tərəvəz alverindən fərq etmir. Üstəlik, seçki ilində yaz aylarını gözləmək mənasızdır. Seçkiyə cəmi 7 ay qalır və bu müddət ərzində insanları təşkilatlandırmaq lazımdır, hər bir keçən saniyə qızıldan qiymətlidir. Amma belə görünür ki, müxalifət və ziyalıları zamanın su kimi getməsi həyəcanlandırmır.

Rus müxalifəti ilə əməkdaşlıq?

O ki qaldı Demokratik Qüvvələrin Məşvərət Məclisinə bu, qeyri-ciddi qurum təəssüratı bağışlayır. AXCP - Müsavat İP timsalında birləşmiş görünməyə cəhd göstərir, digər siyasi liderlər isə yaxasını kənara çəkiblər. Çoxdan etimadını itirmiş AMİP lideri Etibar Məmmədov seçkilərdə iştirak etmək istəmədiyini elan edib, ALP lideri Lalə Şövkət müxalif düşərgədəki dava-dalaşlardan, etimadsızlıqdan bezərək birlik perspektivinə son qoyub. KXCP sədri Mirmahmud Mirəlioğlu nə istədiyini özü də bilmir, kiminlə müttəfiq olduğu da bəlli deyil, ADP sədri Sərdar Cəlaloğlu real tənqidlər söyləsə də, intriqalar yaratmaqdan başqa işi yoxdur.
Konstruktiv müxalifət adlanan təşkilatlardansa danışmağa dəyməz. Rəsul Quliyevin ölkəyə qayıdışı isə “Vahid namizədlə” “Lazım”ın gəlişinə oxşayır. Bəs nə etməli və seçkilərin taleyi necə olacaq? Müxalifətin hakimiyyətə təzyiq göstərmək, islahatlara başlatmaq, kütləvi aksiyalar təşkil etmək potensialı varmı?
Gedişat göstərir ki, müxalifət perspektivlərin tükəndiyini görüb ümidini xaric faktora bağlayıb. Bəlkə Qərb və ya Rusiya burada dəyişiklik planı qura və həmin layihədə onlar da rol ala. Amma unudurlar ki, hər iki super dövlətlərin Azərbaycanda dəyişiklik maraqları olsa belə, bu müxalifətin bazisində hazırlanmayacaq.
Müxalifət tarixən Rusiyadan uzaq gəzib, Kremli lənətləyib və Moskvanın müxalif düşərgəsi ilə heç vaxt əməkdaşlıq etməyib. Postsovet ölkələrində müəyyən qədər Gürcüstan müxalifəti ilə Müsavat arasında müttəfiqlik olub. Onlar həmişə Qərbə inteqrasiya, liberal siyasət xəttini əsas tutaraq ABŞ-dan dəstək gözləyib. Qərbsə hər dəfə iqtidarla alver edərək xalqı və müxalifəti satıb, 2003-dən bəri isə sözügedən partiyalara etimad göstərmir.

Kreml və “Ağ ev”in planları...

İndisə “Milyarderlər İttifaqı” timsalında Kremlin rəsmi Bakıya təzyiqləri işə salması müxalifəti ruhlandırıb. AXCP-Müsavat başqa olmaqla bu düşərgə güman edir ki, Rusiya 2013-ə proje hazırlayıb və seçkilərdə dəyişiklik olacaq. Amma yenə də ofis müxalifətçiliyi yolunu tutan siyasətçilər postsovet respublikalarındakı müxalifətlərlə heç bir əməkdaşlıq etmirlər.
Əgər Kremlin Azərbaycanda iqtidarı de-montaj etmək layihəsi varsa da, burada müxalifət heç bir rol ala bilməyəcək. Çünki Moskvanın yetərincə burada kadrları və imkanları var. Kütləvi aksiyalar da təşkil edə bilər, xalqı küçələr də çıxara bilər, hökuməti qarşısında diz çökdürə də.
Qərbin isə bu ölkədə siyasi dəyişiklik niyyəti üfüqdə belə görünmür. ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın bölgələrə səfəri və seçkilərlə bağlı hökumətlə danışıqların başlandığını deməsi müəyyən gərginlik olacağından xəbər verir. Amma diplomat birmənalı şəkildə deyir ki, demokratik seçkilərin keçirilməsinə çalışırıq.
Deməli, yenə də seçkidən sonra “demokratiyaya doğru bir addım” bəyanatı ilə Əliyevin legitimliyi rəsmiləşdiriləcək. Kreml və “Ağ ev”in planları bir-birinə tərs mütənasibdir. Qərb status-kvonu saxlamaq istəyir, Rusiya isə hakimiyyəti təzyiq altında saxlamaqla özündən daha da asılı vəziyyətə salmaq niyyətindədir. Putinin burada edəcəyi “ağ inqilab” da müxalifətsiz həyata keçiriləcək.
Oliqarxiyanın və narazı xalq kütlələrinin əli ilə iqtidarla vidalaşmaq texnologiyası məhz Rusiya təcrübəsinə əsaslanır.
Habelə, sərhədyanı ərazilərdə etnik qarşıdurmaların qızışdırılması da şimal qonşumuzun “beyin mərkəzinin” məhsuludur. Təsadüfi deyil ki, hökumət Zaqatala - Balakən və Quba-Qusar regionları ilə çox həssas rəftar edir. Bütün bu sadaladığımız faktorlardan müxalifət özünə nəticələr çıxarıb, yerini tapmalıdır. Müxalifət bu seçkidə harada olacaq sualı qoy onları narahat etsin...

Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid namizədi oldu

    Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid ...

    2-07-2013, 13:25

  • 
  • Müxalifət və iqtidar üçün ortaq problem; “vahid namizəd”

    Müxalifət və iqtidar üçün ortaq problem; “vahid ...

    21-04-2013, 13:04

  • 
  • Əli Kərimli: “Rüstəm bəyi namizəd kimi qeydə almağa məcbur olacaqlar”

    Əli Kərimli: “Rüstəm bəyi namizəd kimi qeydə ...

    12-07-2013, 14:42

  • 
  • ADP Rafiq Əliyevin vahid namizədliyini təklif edir

    ADP Rafiq Əliyevin vahid namizədliyini təklif edir ...

    15-06-2013, 01:09

  • 
  • Milli Şura İsa Qəmbərlə Əli Kərimlinin ortaq projesi kimi

    Milli Şura İsa Qəmbərlə Əli Kərimlinin ortaq ...

    5-07-2013, 17:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu