GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Milli Şura İsa Qəmbərlə Əli Kərimlinin ortaq projesi kimi

Milli Şura İsa Qəmbərlə Əli Kərimlinin ortaq projesi kimi

Tarix: 5-07-2013, 17:24 Bölmə :Manşet Baxış: 887
Milli Şura İsa Qəmbərlə Əli Kərimlinin ortaq projesi kimi
İdeya və dəstək Azərbaycan xalqınındır, iştirakçılar isə fərqlidir
Bu dəfə senarri onundur, deyil bilmirik. 20 ildir ki, müxalifətin ittiham olunduğu «birləşə bilmirlər» müstəvisi artıq yoxdur. Artıq Milli Şura özünün 2013-cü il üçün prezidentliyə vahid namizədini müəyyən edib. Lakin bu müəyyənlik həm də bir tarixi ironiya, həm də bir qeyri-müəyyənlik yaradıb. İki gündür ki, artıq yeni mövzular, daha doğrusu suallar müzakirə edilir. Rüstəm İbrahimbəyov Bakıya gələcəkmi? Rüstəm İbrahimbəyov prezidentliyə namizəd kimi qeydə alınacaqmı? Əgər qeydə alınmasa necə olacaq?
Rüstəm İbrahimbəyov sadəcə ad və soyaddır
Bütün bu suallar hələlik caridir. Lakin strateji olaraq irəliyə baxış seçkilərə start verilməsinə bir aydan da az vaxtın qalmasına baxmayaraq hələlik seçimlər və otaq müzakirələri bitməyib. Hakimiyyət mənsubları da öz işlərindədir. Regionlar üzrə tanınmış müxalif liderlər şərlənərək həbsə atılır. Azərbaycanda bu ilin qışından etibarən ayaqlanmış fəal gənclik hərəkatları sarsıdıcı zərbələr alıblar. Amma iqtidardan narazı olan və ya hər gün artan protest elektorat hərəkətlənmə gözləyir. Buna rəğmən isə nədənsə hələlik kütləvi aksiyaların keçirilib keçirilməyəcəyi məsələsi müzakirə edilmir. Hələlik osmanlı türkləri demişkən «yerəl seçim»lər keçirilir. Çox maraqlıdır ki, hər dəfəsində Milli Şuranın daxilində parçalanma ehtimalı axtaran, ənənəvi «birləşə bilmirlər» ittihamlarından məhrum edilmiş iqtidar mediası və onların yandaşları saman çöpündən elə bərk yapışırlar ki… Buna baxmayaraq Milli Şura ilə bağlı olaraq ortada açıq suallar kifayət qədər çoxdur. Azərbaycanda hər kəs bilir ki, ənənəvi müxalifət gücləri ortada olmadan, iştirak etmədən kiminsə, hansısa qüvvənin irəli çıxması dəyişiklik üçün yetərli nəsə edə bilməsi mümkünsüzdür. Elə Rüstəm İbrahimbəyov da bunun fərqində olmamış deyil.
Qərb AXCP və Müsavatın hakimiyyətə gəlməsini hesablayır
Hətta bu gün iddia olunduğu kimi Rüstəm İbrahimbəyov Rusiyanın projesi ilə Azərbaycanda hakimiyyəti dəyişib, prezident olmaq istəyirsə belə, yenə də ənənəvit müxalifə olmadan bunun mümkün olmadığını bilir. Bəzi siyasi ekspertlər hesab edirlər ki, Rusiya istəsəydi, heç kim olmadan belə Azərbaycanda hakimiyyəti dəyişə bilərdi. Əlbəttə ki, etnik mili münaqişələr, regional təsirlər, sosial iqtisadi rıçaqların hesabına Kreml Azərbaycanda hansısa siyasi dəyişikliyə yaxınlaşa bilər. Lakin artıq Rusiya zamanın və məkanın dəyişiklik baxımından nə istədiyinin fərqindədir. Elə Rusiyanın olan Sovet İmperiyasını çökdürən adamlar, ənənəvi müxalifətlə belə işləməyə razıdır. Onlarla hesablaşır. Deməli illərdir ki, bu iqtidarı dəstəkləyən Rusiya artıq fərqindədir ki, həm hakimiyyəti, həm də narazı elektoratın siyasi institutlarını eyni anda sıradan çıxara bilməz. Rus politexnoloqları yaxşı anlayırlar ki, əslində hakimiyyəti dəyişəndən sonra növbəti mərhələdə siyasi katalikizmlər olmasın deyə həm də ənənəvi Azərbaycan müxalifəti ilə hesablaşmaq lazımdır.
Zaman-zaman Azərbaycanda iqtidara qarşı mübarizə aparan müxalifət əslində Qərbin dostları olaraq tanınıb. Bu gün onları Rusiyanın projesində iştirakçı olaraq təqdim edib, hətta müstəqilliyimizi belə satan şəxslər kimi qələmə vermək əslində böyük bir aqressiyadır. İstər iqtidar tərəfdən, istərsə də Milli Şura tərəfdən artıq aqressiya özünü göstərir. İqtidar təşvişdən aqressivləşib. Çünki 20 illik hakimiyyət dönəmində ilk dəfədir ki, Rusiya net olaraq Rəsmi Bakıya qarşıdır. Avropa ilə münasibətlər, ABŞ-ın demokratiya ilə bağlı tələblərindən prinsipial olaraq imtina etməməsi istənilən halda hakimiyyəti narahat edir. Çünki avtoritar rejimlərin taleyini adətən Rusiyanın himayəsindən alan kimi Avropa özü çökdürməyə başlayıb. Deməli öncə Azərbaycan iqtidarını Rusiya ilə düşmən edib Qərbdən tam asılı hala gətirmək, bundan sonra isə siyasi islahatlara, demokratikləşməyə məcbur etmək. Milyardlıq bank hesabları ilə yanaşı iqtidarların həm də siyasi taleyi Avropanın əlindən olandan sonra vəziyyət sürətlə dəyişir.
Azərbaycan iqtidarında prosseslərin sürətlə ABŞ və Qərbin ssenarrisi üzrə davam etdiyinin fərqindədirlər. Avropa Parlamenti, Avropa Məhkəməsi, ABŞ Dövlət Departamenti ard-arda iqtidarın əleyhinə sərt bəyanatlar verir. Bu bəyanatların fonunda hətta mavi qaz ixracatı ilə bağlı olaraq istədikləri projeyə qoşurlar. Enerji mübadiləsi ilə bağlı olaraq iqtidarın atdığı addımları təqdir edə-edə, demokratiya, azadlıqlar mövzusunda təpkilərinə nəinki azaltmırlar, bir qədər daha artırırlar. Deməli iqtidarda yaxşı başa düşürlər ki, ABŞ və Qərb Rusiyadan fərqli olaraq neft və qazla yanaşı, həm də demokratiya tələbçisidir. Və istənilən halda ABŞ və Qərb həlledici məqamda hakimiyyətin kimlərə ötürülməsinin mühim olduğunu hesablamamış deyil.
Rusiyaya qarşı «Gürcüstan projesi»ni Bakıda təkrarlamaq
İqtidarda anlayırlar ki, Rüstəm İbrahimbəyov Rusiyanın adamı, projesi olsa belə, mübarizə AXCP-Müsavatla iqtidar arasında gedəcək. İbrahimbəyov qalib gələcəksə, ehtimallara əsaslansaq o zaman Rusiya qazanmış olacaq. Amma görünən odur ki, ABŞ və Qərb buna icazə verməzlər. Deməli, məntiqlə qarşı-qarşıya dayanmış iki vahid namizədlə, İlham Əliyevlə, Rüstəm İbrahimbəyovun savaşından üçüncülər qazanacaq. Yəni Azərbaycan dövləti. Yəni hakimiyyətə gələcəyi təqdirdə narazı elektoratı hakimiyyətinin dəstəkçisinə çevirib ölkəni idarə edə biləcək şəxslər. Hər halda ortada olan fakt budur ki, Azərbaycan iqtidarı ilə bağlı olaraq nə ABŞ, nə də Qərb birmənalı şəkildə qərar verməyib. Deməli oyunu başlayan Rusiyadır və ölkəni siyasi baxımdan dəyişmək istəyir. Bu müstəvidən isə ABŞ və Qərb məharətlə istifadə edirlər.
Gürcüstan təcrübəsi göstərdi ki, hətta inqilab yoluyla hakimiyyətə gələn Mixail Saakaşvili belə üzün müddət müxalifətsiz qala bilmədi. Lakin ənənəvi sovet nomenklaturası taxtdan düşdüsə də, yerinə onlar müxalif olaraq gəlmədilər. Saakaşviliyə qarşı müxalifət ən yaxşı halda 2009-cu ildə formalaşaraq ortaya çıxa bildi. Bu isə Gürcüstanda siyasi islahatların həyata keçirilməsi üçün kifayət qədər mühim bir zaman idi. Azərbaycanda da analoji vəziyyətin yarana biləcəyi qaçılmazdır. Yəni bu il hakimiyyətin dəyişəcəyi təqdirdə ABŞ və Qərb öz adamını, daha doğrusu ya İsa Qəmbəri, ya da Əli Kərimlini prezident görmək istəyəcək ki, bu da ən azı 4-5 illik onlara müxalifət ola biləcək güclərin ortada olmamasını şərtləndirəcək. Məsələ burasındadır ki, bu gün Azərbaycanda hakimiyyəti dəyişməyin ən mühim yollarından biri seçkilərdir.
Azərbaycanda seçkilər keçirilmədən kiminsə prezident olması qeyri-mümkündür. Seçkilərdə iştirak etmək, səs almaq və sonrakı mərhələdə gözlənilən saxtakarlıqlara qarşı mübarizə aparmaqla hakimiyyəti hüquqi yolla dəyişmək mexanizmi var. Buna sübut olaraq Ukrayna variantını göstərmək olar. Lakin Azərbaycan müxalifətin vahid nasmizədini belə qeydə almamaq ehtimalı böyükdür. Seçkilərdən faktiki olaraq namizəd kimi kənarda qalmaqla heç bir güc hakimiyyətə gələ bilməz. Bu yalnız o halda mümkündür ki, əhalinin kütləvi etirazları təşkil edilsin.
Tutaq ki, elə belə də oldu və Rüstəm İbrahimbəyov prezidentliyə namizəd kimi qeydə alınmadı. Bundan sonra isə həmin kütləvi etirazlar variantına ehtiyac yarandı. O zaman 100 minlərlə insanın qarşısına çıxıb onları idarə etmək Rüstəm İbrahimbəyovunmu işidir? Təbii ki, yox. Hər kəs bilir ki, meydanlara 100 minlərlə insanı toplamaq hələlik iki liderə Əli Kərimli ilə İsa Qəmbərə məxsus olan imkanlardır. O zaman namizədliyi qeydə alınmayan İbrahimbəyovu vergi cinayətlərinə görə həbsə atsalar belə prosses dayanmayacaq. Prossesi aparıb məntiqi sonna çatdırmaq üçünsə Rusiya də, ABŞ da, Qərb də bilir ki, cəmi iki liderə ehtiyac olacaq.
İndi mənəvi baxımdan da Rüstəm İbrahimbəyovun vahid namizəd olması məsələsi diskomfort yaradıb. Müxalif cameədə narahatlıqlar ifadə edilir. Məsələn AXP sədri Pənah Hüseynin narahatlıqlarla bağlı son açıqlamaları, İctimai Palatanın tam tərkiblə Milli Şuraya transfer edilməməsi kənarda qalan «Real» Hərəkatı, tanınmış dini icma rəhbəri Hacı İlqar, Pənah Hüseyn, İqbal Ağazadə və sairləri hər halda çox mühim ehtiyat güclər sayıla bilər. Sadalanan şəxslərin bütün protokol normalarında ABŞ və Qərblə önəmli diplomatik siyasi əlaqələrə malik olması da, ABŞ və Qərbin ehtiyat variantının olduğuna işarə kimi qəbul edilə bilər.
İsa Qəmbərin Milli Şuranın son toplantısındakı çıxışında ifadə etdiyi fikirlər də kifayət qədər diqqəti çəkəndir. Deməli təkcə İbrahimbəyovun Bakıya gəlməkdən imtina etməsi, yayınması, prossesin yarıda kəsilməsi yox, həm də qələbənin şəriklərinin statusları məsələsi də görünür Müsavat başqanını narahat edir. O halda bu narahatlıq həm də daha əsaslı görünür ki, Rusiya Milli Şuraya nifuz etməyə başlayacaq.
Siyasi ekspertlər nə qədər Rusiyanın açıq şəkildə Azərbaycana müdaxilə etməyəcəyini isbatlamağa çalışsalar da, gerçəklik odur ki, Rusiya Sovet İmperiyasını yeni modeldə, həm də Avropa Birliyinə alternativ formada bərpa etmək istəyir. Əgər bu analogiya, oxşarlıq varsa, deməli Rusiyanın Avrasiya Birliyini 20-ci əsrin əvvələrində «Qızıl ordu»nun süngüləri ilə deyil, görüntü və imitasiya olsa da, demokratiya ilə bərqərar etmək istəyir. Bu halda isə biz Kremldən tez-tez Bakıya insan haqları, söz və mətbuat azadlıqları, demokratiya çağırışları eşidə biləcəyik. Rusiya demokratiyanın Azərbaycanın daxili işi olmadığını bəyan edib Rəsmi Bakıya qarşı ağır hesabatlar, ultimatumlar verə bilər. Bununla da Azərbaycanda hakimiyyətin dəyişməsi üçün mümkün olan mühim addımlardan birini atar. Amma Rusiya da başa düşür ki, Azərbaycanı öz təsirini altına almaq o qədər asan deyil. Çünki rusların istinad etdikləri güclər AXCP və Müsavat, Əli Kərimli və İsa Qəmbər daha çox Qərbəmeyilli liderlərdir. Azərbaycanda da siyasi institutların rəhbərələri prosseslərdə daha çox həlledici imkanlara malikdirlər. Deməli istənilən halda aşağılardan sosial sifariş olsa belə liderlərin açıqlamaları, ən azından evlərində oturub müşahidəçiyə çevrilmələri böyük bir projeni darmadağın edə bilər.
Daha böyük bəhanədən, reallığa
Bütün sosialoji sorğular göstərirdi ki, illərdir müxalifətin iqtidara məğlub olması səbəbindən narazı elektorat özünə yeni lider axtarışına çıxmışdı. Etiraf edək ki, bu gün ölkədə iqtidardan da, müxalifətdən də potensial olaraq imtina edən böyük bir güc formalaşıb. Əgər hətta müxalifət İsa Qəmbər və ya Əli Kərimlinin namizədliyi ətrafında vahid namizəd kimi birləşsəydilər belə bu narazılar onları dəstəkləməyə bilərdilər. Deməli, Rüstəm İbrahimbəyov ayaqda və formada olan tərəddüd etməyən narazılardan başqa, həm də tərəddüd edən və iqtidara da, müxalifətə də eyni məsafədən müxalif olan şəxsləri də prossesə cəlb edə bilər. Deməli, Azərbaycan üçün böyük iddialardan, ən yaxınlarına qarşı təzyiqlərdən, özlərinə qarşı olmazın məhrumiyyətlərdən sonra adları çəkilən iki ənənəvi lider bir addım geri dayanmağa razılaşdılar. İstəklər eynidir. Film kimin olur-olsun ona baxan olmayacaqsa, heç taxta qaşıq laureatına da almazlar.

Elmar
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüstəm İbrahimbəyov: “Milli Şura sabah elan olunacaq”

    Rüstəm İbrahimbəyov: “Milli Şura sabah elan ...

    27-05-2013, 11:27

  • 
  • Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid namizədi oldu

    Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid ...

    2-07-2013, 13:25

  • 
  • Rüstəm İbrahimbəyov yeni müraciət yaydı

    Rüstəm İbrahimbəyov yeni müraciət yaydı ...

    11-08-2013, 23:57

  • 
  • AXCP: Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, seçkilərə getməyək

    AXCP: Rüstəm İbrahimbəyovun namizədliyi qeydə ...

    10-07-2013, 14:54

  • 
  • YAP Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd olmasına MÜNASİBƏT bildirdi

    YAP Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd ...

    2-07-2013, 14:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu