GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Mahmudov işi səngimir: yarım milyardlıq varidatı ortalığa çıxdı

Mahmudov işi səngimir: yarım milyardlıq varidatı ortalığa çıxdı

Tarix: 16-12-2015, 02:21 Bölmə :Manşet Baxış: 0
Mahmudov işi səngimir: yarım milyardlıq varidatı ortalığa çıxdı

Eks-nazir İspaniya və Çexiyada mülklərə sahiblənib; MTN işi Sumqayıt və Bakı meriyasına qədər uzandı - şok gizlinlər…

Eks-nazir haqda yeni-yeni xəbərlər gəlməkdədir. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun varidatı, biznes əlaqələri, mülkləri və vəzifəsindən sui-istifadəsi haqda sensasion məlumatlar yayılır.

Bu günlərdə daha bir məlumat onun Qərb ölkələrində malikanələrə sahiblənməsi oldu. “Gündəm-xəbər”in verdiyi məlumata görə, Eldar Mahmudov Londonun mərkəzində oğlunun adına 30 milyon funt-sterlinqə mülk alıb.

Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri, MTN-in keçmiş zabiti Ərəstun Oruclu da Feysbuk səhifəsində məlumatı şərh edib. Keçmiş MTN əməkdaşı yazıb ki, bu, hələ Eldar Mahmudovun Qərb ölkələrində aldığı daşınmaz əmlakın ancaq biridir.

Əslində, Mahmudovun Avropa ölkələrində çoxsaylı mülkləri var. Necə deyərlər, hələ jurnalıdır. Çünki Mahmudovların daşınmaz əmlakının əsas hissəsi Avropanın digər ölkələrindədir. Əsasən İspaniya və Çexiyada.

Bu xəbər də son olmadı. Eldar Mahmudovunə şəbəkəsinin yeni qurbanları meydana çıxır. Azərbaycanda küçə reklamı biznesinə ilk başlayanlardan olan “Mediaqraf” MMC-nin təsisçisi İsmayıl Səlimov da onlardan biri olub.

Səlimov SSRİ Baş prokuroru yanında xüsusi əhəmiyyətli işlər üzrə müstəntiq işləyib. Azərbaycan müstəqillik əldə etdikdən sonra vətənə dönərək, ölkənin baş prokurorluğunda eyni vəzifəni tutub.

Ancaq müəyyən səbəblərdən 1998-ci ildə vəzifəsindən istefa verərək, “Mediaqraf” firmasini təsis edib. Dövlətə vergilərini və digər ödəmələrini vaxtında həyata keçirən “Mediaqraf” 2009-cu ilə qədər problemsiz fəaliyyət göstərib.

Ancaq ölkədəki bütün gəlirli biznes sahələrindən “haqq” alan MTN-dəki banda reklam biznesini də diqqətdən kənarda qoymayıb.

İsmayıl Səlimov biznes əlindən alınması, avadanlıqların talan edilməsinin Eldar Mahmudovun əlaltısı, MTN-dəki dəstənin aktiv üzvü “Akula Akif” ləqəbli Akif

Mustafayev və onlarla işbirliyində olan Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinin rəisi Əli Əsgərov və həmin idarənin şöbə müdiri Zahid İsmayılov tərəfindən həyata keçirildiyini bildirib.

İ.Səlimov azpolitika.info-ya deyib ki, “Akula Akif”i bu işə qoşan, “Mediaqraf” firmasının reklam bazarından vurulub çıxarılmasına çalışan “McCan Erikson” şirkətinin nümayəndəsi Gəray Yusifov olub.

Belə ki, 2012-ci ilin iyun-iyul aylarında Gəray Yusifov dayısı Novruz Əliyev vasitəsilə İsmayıl Səlimova “Mediaqraf”ı ona satmağı təklif edib. Şirkətin dəyəri 700 min manatdan baha olsa da, ona 350 min təklif edilib.

Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinin rəisi Əli Əsgərov tərəfindən ciddi təzyiqlərlə, qanunsuz tələblərlə üzləşən İsmayıl Səlimov da cinayətkar dəstə ilə üzbəüz olduğunu anladığından, bununla razılaşır. Ancaq sonradan Gəray Yusifov bu rəqəmi 250 minə, daha sonra isə 150 minə salır.

İsmayıl Səlimov razılaşmadıqda isə dayısı Novruz Əliyev vasitəsilə onu hədələyərək biznesini tamamilə məhv edəcəklərini bildirir. Və işə MTN-dəki qruplaşmaya bağlı şəxslər qoşulur.

İ.Səlimova məxsus bahalı avadanlıqlarla təhciz olunmuş 300 min manat dəyərində reklam daşıyıcısını demontaj olunaraq oğurlayan, digər reklam qurğularını məhv edən Əli Əsgərovun rəhbərlik etdiyi idarənin adamları olur.

İsmayıl Səlimovun sözlərinə görə, həyat yoldaşı Nazilə Rüstəmovanın adına yaratdığı “ART Media Servis” və “RMM qrup” şirkətləri vasitəsilə reklam bazarını inhisara alan və milyonlarla manat büdcə vəsaitini talayan Əli Əsgərovun MTN-dəki bandanın sifarişini yerinə yetirməsi təbiidir.

Paytaxtda İ.Səlimovun bütün reklam qurğuları məhv edildikdən sonra, eyni işi Sumqayıtda da həyata keçirməyə başlayırlar. Orda da bu işi Sumqayıt Şəhər Reklam Departamentinin rəhbərliyinin əliylə həyata keçirirlər.

Sitat: “Bakıda şirkətimin əmlakının talan edilməsindən bir ay keçməmiş Sumqayıt şəhərində olan 25 ədəd reklam qurğumuz da eyni aqibəti yaşadı. Həmin vaxt başım anamın yas mərasiminə qarışdığından, bundan bir qədər gec xəbər tutdum.

Hətta buna görə Sumqayıtda mənim şirkətimə məxsus reklam yerlərini Qəmbər Dadaşova verilməsini təmin etmişdilər. Hansı ki, vaxtilə mənim şirkətimdə direktor olmuş, sonra Əli Əsgərov tərəfindən “satın” alınmışdı. Bununla mənə sifarişin hardan verildiyini göstərirdilər”.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin İnformasiya və Reklam Departamentinin rəhbərliyi isə İ.Səlimovla müqavilələri olmasına baxmayaraq, qanunsuzluğa gedib, bu sifarişi icra ediblər:

“Həmin vaxt Sumqayıtda Reklam Departamentinə rəhbərliyi Şahmalı Cavadov həyata keçirirdi. Şirkətlərlə maliyyə işlərini isə əsasən Reklam Departamentinin müavini Eldar Həsənov aparırdı. Sumqayıtda icra başçısı dəyişdikdən sonra Eldar Həsənov İnformasiya və Reklam Departamentinə rəhbər təyin olundu”.

İ.Səlimovun sözlərindən belə məlum olur ki, həm Şahmalı Cavadov, həm də Eldar Həsənov “Akula Akif”in birbaşa iştirakı ilə Sumqayıtda ona qarşı həyata keçirilən cinayətin iştirakçısı olublar.

İ.Səlimov “Akula Akif”in həmin vaxt Şahmalı Cavadov və Eldar Həsənovla əlaqə quraraq, sifarişlər verməsində Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinin şöbə müdiri Zahid İsmayılovun rolunun olduğunu düşünür:

“Zahidin qardaşı Abbas İsmayılov Sumqayıtda 2 saylı Ərazi Vergilər Departamentinin rəisi idi. Məndə olan məlumata görə, “Akula Akif” Şahmalı Cavadov və Eldar Həsənovla əlaqə qurmasında onun vasitəçiliyindən istifadə edib. Onların tələbilə də mənim reklam qurğularımın yeri öyrənilərək, oğurlanıb, biznesim tamamilə məhv edilib”.

İş adamı Respublika Prokurorluğuna müraciət edərək, bu və bundan əvvəlki məktublarımda səsləndirdiyi faktların yoxlanılmasını, əmlakını talayanlar barəsində cinayət işinin açılmasını xahiş edir.

Onu da deyək ki,Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət əməllərinə görə 21 şəxs məsuliyyətə cəlb edilib. Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunub ki, onlardan 19 nəfər barəsində həbs-qətimkan tədbiri seçilərək istintaqa cəlb olunublar.

Bir nəfər isə isintaqdan yayındığı üçün haqqında həbs-qətimkan tədbiri seçilərək axtarışa verilib. Daha bir nəfər barəsində isə başqa yerə getməmək barədə iltizam tədbiri seçilib. Həbs edilənlərin adı açıqlansa da, axtarışda olan şəxsin kimliyi məlum deyildi. “Qafqazinfo” istintaqdan yayındığı üçün axtarışa verilən şəxsin adını öyrənib. Bu Mustafayev Akif İsmayıl oğludur. Akif Mustafayev bu işdə adaşı Akif Çovdarovun qrupunda yer alıb. O iş adamları ilə adaşı arasında vasitəçi rolu oynayıb. Həmin adamlara kəsilən “xərac”ı A.Mustafayev toplayaraq Çovdarova çatdırıb. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində

hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.

Cinayət məsuliyyətinə cəlb edilən şəxslər xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, gizli qaydada telefon danışıqlarına qulaq asmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr, elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakının gizli talanması, Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində iş adamlarının izlənilərək, nazirliyin inzibati binalarına gətirilib qanunsuz azadlıqdan məhrum edilməsi, rüşvət alınması, hədə-qorxu yolu ilə onlara məxsus külli miqdarda nağd pul, daşınar və daşınmaz əmlakın tələb edilib ələ keçirilməsində ittiham olunurlar.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tətbiqinə real olaraq başlanılıb“.

Bunu vəkil Cavad Cavadov bildirib. Vəkil qeyd edib ki, bu, MTN rəhbərliyinin dəyişməsi ilə bağlıdır: “Artıq həbsdə saxlanılan şəxslər qanunun tələbinə görə zəng etmək hüququndan mütəmadi istifadə edirlər və ailələri ilə görüşmək hüququ təmin olunur.

Bu təcridxananın hüquqi statusu məsələsini kənara qoysaq, bunu müsbət addım kimi dəyərləndirmək lazımdır. Çünki bu hüquqlar bu təcxridxanadan indiyə kimi təmin olunmurdu”.

MTN-in Monitorinq Mərkəzinin (telefonların dinlənilməsi idarəsinin) əməkdaşları, o cümlədən Natəvan Məmmədova və general-mayor Teymur Quliyev, habelə Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev saxlanılıblar. Saxlanılan şəxslər hazırda MTN-in təcridxanasındadır. Monitorinq Mərkəzi isə möhürlənib. Orada hazırda araşdırma gedir.

E.Mahmudovun biznes şəbəkəsinə gəldikdə isə bu sırada "Azər Qaz Bank”, "Crystal Plaza” Holdinq, "Crystal Motors”, "TOS OİL”, "Anar OİL”, "Jaguar Motors”, "Range Rover Motors”, "Maseratti Motors”, "İndigo” MMC, Bakı şəhərində 6 dənə tikinti şirkəti, "Turac” və "Xankəndi” restoranları, ölkəyə daxil olan brilliant və qızıl məmulatlarının, eləcə də mobil telefonların monopoliyası, spirtli içki mağazaları, brend saat butikləri göstərilir.

Qeyd edək ki, sabiq nazirin biznesləri sırasında "Auto Azerbaijan” MMC, Texnika Bank, "Karvan” Turzim Şirkəti və daha bir neçəsinin adı da mətbuatda hallanıb.

Rafiq Qara

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • «2 ÖLKƏDƏ MAHMUDOVLARIN YARIM MİLYARDLIQ ƏMLAKI VAR» - Keçmiş MTN-çidən açıqlama

    «2 ÖLKƏDƏ MAHMUDOVLARIN YARIM MİLYARDLIQ ƏMLAKI ...

    10-12-2015, 19:17

  • 
  • İran kəşfiyyatına yaxın biznesmenlər Eldar Mahmudov və çevrəsinə villalar hədiyyə ediblər - Keçmiş nazirin SEPAH-la əlaqələri ilə bağlı sensasion ittihamlar

    İran kəşfiyyatına yaxın biznesmenlər Eldar ...

    30-10-2015, 23:16

  • 
  • Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ONLAR DANİMARKAYA SIĞINIB

    Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ...

    29-10-2015, 16:18

  • 
  • Eldar Mahmudovun əmlakı satışa çıxarıldı - ŞOK RƏQƏMLƏR

    Eldar Mahmudovun əmlakı satışa çıxarıldı - ŞOK ...

    22-01-2016, 16:12

  • 
  • Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti uzadılıb, ona qarşı yeni ittihamlar irəli sürülüb

    Eldar Mahmudovun əmisi oğlunun həbs müddəti ...

    27-09-2018, 12:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu