Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun Avropanın əsasən 2 ölkəsində yarım milyard dollarlıq daşınmaz əmlakları var. Bu barədə keçmiş MTN işçisi, politoloq Ərəstun Oruclu açıqlama verib.
Ə.Oruclu Feysbukda bu barədə bunları yazıb:
“Əliyev hakimiyyətində antiqərb isteriyasının ən öndə gedən əsgərlərindən biri olan Eldar Mahmudovun oğlunun 30 milyon funt sterlinq (təxminən 48 milyon dollar) dəyərində mülkü Londonun mərkəzində “tapıldı”. Amma bu, necə deyərlər, hələ jurnalıdır, çünki Mahmudovların daşınmaz əmlakının əsas hissəsi (təxminən yarım milyard dollarlıq) Avropanın digər ölkələrindədir (əsasən İspaniya və Çexiyada).
Yəqin artıq heç kəs düşünmür ki, ABŞ-ı beynəlxalq terrorizmə dəstək verməkdə, Qərbi Azərbaycanda pozuculuqda, inqilab hazırlamaqda ittiham edən digərlərinin halal maaşından topladığı 5-10 manat Moskvanın və ya Sankt Peterburqun banklarından çıxacaq”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?