GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Daş Salahlıdakı bağçaların problemləri

Daş Salahlıdakı bağçaların problemləri

Tarix: 28-12-2015, 21:25 Bölmə :Manşet Baxış: 0
Daş Salahlıdakı bağçaların problemləri

Nə əcəb ki, gözdən uzaq, könüldən qıraq bağçalarda ağlayanları tapa bilməsək də, amma yiyəlik edənləri tapa bildik. Bu sahəyə məsul şəxslər isə, idarəetmələrini isti, rahat kabinetlərində oturmaqla, sanki “pult”la idarə etməkdədirlər


Daş Salahlıdakı bağçaların problemləri

Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, böyük el şairimiz Səməd Vurğunun “Daş Salahlı yoldaşlara salam” şeirini illər sonra təkrar oxudum. Şeirin məzmunundan aldığım təəssürat, məni bir daha Daş Salahlı kəndinə apardı. İlk baş çəkdiyim ünvan 1 saylı uşaq bağçası oldu ki, həmin gün də nahara olduqca az vaxt qalırdı. Elə bu səbəbdən də, ilk öncə körpə balaların səs-küyü ilə qarşılaşacağımı zənn etsəm də, üzləşdiyim mənzərə düşündüklərimin əksi ilə məni üz-üzə qoydu. Belə ki, həmin gün iki otaqdan ibarət bağçanın otaqlarından birinə qoyulmuş odun sobasının ətrafına yığışıb söhbətləşən tərbiyyəçilərdən və soyuqdan əsib-titrəyən bir neçə körpədən başqa, gözümə bir kimsə dəymədi. Bir anlığa olsa belə düşündüm ki, bəlkə bura kəndin uşaq bağçası deyil, başqa bir ünvanıdır. Yəni, ümumi siyahı üzrə 35 nəfər körpənin olduğu bağçada, cəmi 6 körpə var idi. Otaqdakı odun sobasının üstündəki qazanda isə, makaron supu qaynayırdı. Bağçanın müdirəsi Təranə Sultanovadan menyunu tələb etsəm də, o, ilk öncə çiyinlərini çəkdi və menyunu bir kimsəyə göstərməyəcəyini də bildirdi. Çünki, olmayan menyunu o, necə göstərə bilərdi? Bağçada menyunun yoxluğu qalsın bir yana, hətta mətbəx otağının, uşaqların oynamaları üçün oyuncaqların, adicə qələm-dəftərin olmaması belə, Təranə xanımın rəhbərlik etdiyi bağçada hansı mühitin, hansı ab-havanın yaşadığını müəyyən etməyə tam əsas verdi. Körpə balaların sifətlərindən isə, məmnunluq deyil, sanki məyusluq hissi yağırdı.

Daş Salahlıdakı bağçaların problemləri

Daş Salahlı kəndinin 2 saylı uşaq bağçasındakı ümumi vəziyyət də, ürəkaçan deyildi. Çünki, ümumi sahəsi 4 kvm-lik olan otağın tüstü-dumana qərq olması və otaqdakı odun sobasının ətrafına cəmi 4 körpənin bürüşüb oturması, onu müəyyən etməyə əsas verirdi ki, 2 saylı uşaq bağçasının rəhbərliyi də yerində olmayan vəzifə sahiblərindəndir. Bu bağçanın ümumi siyahısında 20 nəfər körpənin olduğu göstərilsə də, adicə menyunun, ayaqyolunun olmaması, otaqlardan birinin tamam sınıq-salxaq avadanlıqlarla, baxımsız əşyalarla doldurulması, əslində bağçada yaşanan ab-havanın varlığını göstərirdi. Hələ bunlar azmış kimi, Sovet dönəmindən qalma yataq dəstlərinin iyindən, heç cür onlara yaxın durmaq mümkün olmurdu. Həmin an yadıma məşhur satirik yazarmız M.Ə.Sabirin söylədiyi


Daş Salahlıdakı bağçaların problemləri

Əcnəbi göylərə balonlarla çıxır,

Biz hələ avtomobil minməyiriz!

misraları düşdü.

Kəndin 3 saylı bağçasında ştat cədvəli üzrə 14 nəfər işçinin olduğu bildirilsə də, çox təəssüflər olsun ki, həmin gün bağçada bir nəfər olsun belə körpəni tapa bilmədik. İş saatı olmasına baxmayaraq, müdirəni də iş başında tapa bilmədiyimiz qalsın bir yana, az-çox bişirilən yeməkləri tərbiyəçilərin və xadimələrin yediklərini gördükdə isə, lap dəhşətə gəldik. Bu haqda nə demək, nə yazmaq olar! Çünki, həmin gün gözdən uzaq, könüldən qıraq bağçalarda ağlayanları görməsək də, amma yiyəlik edənləri görə bildik. Bu sahəyə məsul şəxslər isə, idarəetmələrini isti, rahat kabinetlərində oturmaqla sanki “pult”la idarə etməkdədirlər.

Daş Salahlıdakı bağçaların problemləri

Bu gün Qazax rayonu əhalisinin təqribən 9596 nəfərini təşkil edən Daş Salahlı kəndinin üç bağçasındakı durum, əslində həyacan təbili çalmağa tam əsas verir. Çünki, 2014-cü ilin yanvarında gördüyüm mənzərə, çox təəssüflər olsun ki, bu günədək zərrə qədər olsun belə yaxşılığa doğru dəyişməyib.

Daş Salahlıdakı bağçaların problemləri

Bir faktı qeyd edim ki, hələ 1837-ci ildə məşhur alman pedaqoqu Fridrix Fobel azyaşlı uşaqlar üçün maarifləndirici-əyləndirici mərkəzlər açmış və həmin mərkəzlərdə körpələr həm oynayıblar, oxuyublar, rəqs ediblər, həm də həyati əhəmiyyət kəsb edən vərdişlərə də yiyələniblər.


Daş Salahlıdakı bağçaların problemləri

Faciəli hal odur ki, bu gün 21-ci əsrdə yaşamağmıza baxmayaraq, Daş Salahlı kəndindəki uşaq bağçalarında antisanitariya hökm sürür, bağçalar uçub dağıdılmış otaqlarda yerləşir. Belə bir problemlərin, yaşanan ab-havanın varlığı nəticəsində bağçalara dövlət tərəfindən ayrılan vəsaitlər (təkcə ərzaq məhsullarının alınması məqsədilə ilə deyil) bəzi vəzifə sahibləri tərəfindən dədə malı kimi mənimsənilməkdədir. Hələ 2014-cü ilin yanvar ayında adı çəkilən bağçalara baş çəksəm də, ötən müddət ərzində yaxşılığa doğru nəsə dəyişməyib. Yəni, bu gün də köhnə hamam, köhnə tasdır. Baxmayaraq ki, hələ mərhum prezidentimiz, xalqımızın ümumilli lideri Heydər Əliyev “uşaqlar bizim gələcəyimizdir” yanaşmasını daim ortaya qoyardı. Belə bir yanaşmanı istərdik ki, Daş Salahlı kəndi üzrə icra nümayəndəsi vəzifəsini daşıyan Asif Yusifovun da diqqətinə çatdıraq. Çünki, uşaq bağçalarının təminatı, təchizatı, problemlərinin həlli və.s kimi məsələlərə bir növ cavabdehlik daşıyan Asif müəllim, bu gün nədən lazımi addımlarını atmır məsələsinə, hələ də aydınlıq gətirə bilmirik.

Daş Salahlıdakı bağçaların problemləri

Bu yöndə apardığım araşdırmalar zamanı o da bəlli oldu ki, gün ərzində hər bir uşağın yeməklə təminatına dövlət tərəfindən 1 manat 60 qəpik yemək pulu ayrılsa da, bundan əlavə digər xərclər üçün də pullar ayrılır. Təkcə 1 saylı uşaq bağçasında rəsmi sənədlər üzrə 35 uşağın olduğu göstərilir və belə bir səbəb üzündən də gündəlik uşaqlar üçün 56 manat pul ayrılır. Əgər gün ərzində bir bağçada 6 uşaq olursa və həmin uşaqların saxlanmasına ümumilikdə 9 manat 60 qəpik xərclənirsə, ayrılan pulun 46 manat 40 qəpiyi görəsən gündəlik kimlərin cibinə daxil olur? Belə bir halın varlığı bir-iki günün söhbəti, yaşanan problemi deyil, belə bir mənimsəmələr illər uzunudur ki, davam etməkdədir. Yəqin ki, kəndin “balaca padşahlar”ı, yəni Asif Yusifov və digərləri deyəsən “atılan toplar”dan hələ də bir nəticə çıxarmayıblar.

Fəridə Abdulfatti

Daş Salahlıdakı bağçaların problemləri
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qazaxın ən böyük kəndində etiraz aksiyası olacaq

    Qazaxın ən böyük kəndində etiraz aksiyası olacaq ...

    13-01-2015, 17:49

  • 
  • Bir kəndin faciəsi

    Bir kəndin faciəsi ...

    13-05-2014, 10:32

  • 
  • Qazaxda doğuş faciəsi: ana da, uşaq da öldü

    Qazaxda doğuş faciəsi: ana da, uşaq da öldü ...

    14-07-2014, 01:10

  • 
  • Qazaxda şəhid ruhuna sayğısızlıq

    Qazaxda şəhid ruhuna sayğısızlıq ...

    13-12-2012, 12:30

  • 
  • Şəhidimizin cibindən sevgilisinə yazdığı şeir çıxdı

    Şəhidimizin cibindən sevgilisinə yazdığı şeir ...

    6-03-2017, 01:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu