GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Əli Həsənovdan “böyük təmizlik” planı

Əli Həsənovdan “böyük təmizlik” planı

Tarix: 11-03-2013, 10:30 Bölmə :Manşet Baxış: 1 195
Əli Həsənovdan “böyük təmizlik” planı

Komitə sədri öz işçilərini qurban verir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov yaxın gələcəkdə yerlərdəki qaçqınkomları vəzifədən uzaqlaşdırmağı planlaşdırır. Bu barədə redaksiyamızı etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, uzun müddətdir ki, eyni dəsti-xətlə dövlət əmlakını talamaqda məşğul olan komitə rəhbərliyi ölkə başçısının qurban tələb etdiyi indiki dönəmdə öz işçilərinin bir qismini tutduqları vəzifədən uzaqlaşdırmaq niyyətindədir.

“Qaçqınkom”da hazırlıq əməliyyatı

Mənbənin fikrincə, yerlərdəki qaçqınkomların yeniləri ilə əvəzlənməsi dövlət komitəsinin ölkə başçısının tələb və töviyyələrinə ciddi şəkildə əməl etməsi kimi təqdim edilə bilər: “Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafının dördüncü ildönümə həsr edilən konfransdakı çıxışı bir çox nazirliklər kimi Qaçqınkomu da sünu surətdə hərəkətə keçirib. Qaçqınkom sədri Ə.Həsənov hesab edir ki, indiki dönəmdə komitə daxilində bəzi dəyişikliklər etməklə baş verənlərə həm islahat donu geyindirə, həm də digər maraqlarını təmin edə bilər. Məhz buna görə də Ə.Həsənov yaxın günlərdə bir çox şəhər və rayonlardakı qaçqınkom rəhbərlərini dəyişdirmək niyyətindədir. Artıq bu istiqamətdə müəyyən hazırlıq işləri görülür ki, bu da daha zəif himayədarlara məxsus qaçqınkom nümayəndələrinin müəyyənləşdirilməsi ilə bağlıdır. Siyahı tam yekunlaşadan sonra “vurulacaq” kadrların “işində yol verdiyi ciddi nöqsanlara görə” vəzifədən uzaqlaşdırıldığı elan ediləcək, komitə sədri Ə.Həsənov isə məmur qanunsuzluğuna qarşı mübarizənin bundan sonra da qətiyyətlə aparılacağını elan edəcəkdir. Bununla da komitə sədri sübut edəcəkdir ki, o, ölkə başçısının məmur qanunsuzluğuna qarşı mübarizə çağırışına ilk səs verənlərdən biridir və bunu əməli olaraq isbatlayır”.

Təmizlik planı gəlir mənbəyi kimi

Məlumatlı qaynağın söylədiyinə görə, əslində təmizlik kampaniyasının reallaşmasında digər məqsədlərdən biri də dəyişikliklərdən həm də maddi baxımdan faydalanmaqdan ibarətdir: “Komitə rəhbərliyi yaxşı bilir ki, yerlərdəki qaçqınkomların dəyişdirilməsi onların yeni kadrlarla əvəzlənməsi zərurətini ortaya çıxardacaq ki, bu da külli miqdarda pul deməkdir. Çünki bu gün rayon və şəhərlərdəki qaçqınkomların daxilində rəhbərlikdə təmsil olunmağa can atan kifayət qədər çox insan var ki, onlar bu vəzifəyə keçmək üçün maddi baxımdan hər cür fədakarlığa hazırdırlar. Yerlərdəki qaçqınkomların məhz bu insanlar tərəfindən əvəzlənməsi gözlənilir ki, belə bir dəyişiklik praktiki baxımdan istənilən an reallaşa bilər”.
Mənbənin sözlərinə görə, rəhbərliklə yanaşı yerlərdəki sıravi nümayəndələrin də dəyişdirilməsi planlaşdırılır: “Rəhbərliyin yol verdiyi qanunsuzluqlar fonunda onlarla yanaşı köhnə işçilərin də işdən azad edilməsi məsələsi gündəmdədir. Qaçqınkom rəhbərliyi hesab edir ki, yerlərdəki rəhbər şəxslərlə birlikdə onların işçilərinin də işdən uzaqlaşdırılması korrupsiya və məmur özbaşınalığına qarşı mübarizənin miqyasını artırmaqla yanaşı, əldə edilməsi planlaşdırılan gəlirlərin miqdarına da ciddi şəkildə təsir göstər bilər”.

Yerlərdəki qaçqınkom yetklililəri narahatdır

Məlum hazırlığın yerlərdəki qaçqınkom yetkililərinə də sızdığını bildirən özəl mənbə, bu xəbərin “aşağılarda” ciddi narahatlığa səbəb olduğunu bildirib. Mənbənin məlumatına görə, qaçqınkom yetkililərini narahat edən əsas məsələ sadəcə işdən uzaqlaşdırılmaları deyil. Onların fikrincə, işdən bu şəkildə azad edilmələri onların gələcək fəaliyyətini də əngəlləyə bilər: “Yerlərdəki qaçqınkom yetkililəri haqlı olaraq hesab edir ki, əgər onlar indiki vəzifələrindən məhz səriştəsiz məmur damğası ilə qovulsalar, o zaman işlə təminatları ilə bağlı ciddi problemlərlə üz-üzə qalacaqlar. Çünki hara getsələr o zaman işdən səriştəsizliklərinə və ya rüşvətxorluqlarına görə qovulduqlarını əsas gətirib onlarla əməkdaşlıqdan imtina edəcəklər. Bu səbəbdən də qaçqınkom təmsilçiləri hesab edir ki, indiki şəraitdə Ə.Həsənovun edə biləcəyi ən böyük yaxşılıq onları sakit bir şəkildə, əlavə hər hansı bir damğa vurmadan işdən azad etməsi ola bilər. Hətta bəzi yetkililər işdən bu şəkildə azad olunmaları üçün lazımi qədər “hörmət etməyə” də hazır olduqları da istisna edilmir. Lakin görünən odur ki, onların bu gözləntisi özünü doğrultmayacaq. Ən azından ona görə ki, kampaniyaın sakit və səs-küysüz şəraitdə aparılmasının özü Ə.Həsənovun arzu və məqsədlərinə ziddir. Ə.Həsənov hesab edir ki, bu kampaniya nə qədər səs-küylü keçirilsə bu, onun mövqeyini siyasi rəhbərlik qarşısında bir o qədər möhkəmləndirəcək. Odur ki, Ə.Həsənovdan mərhəmət gözləyənlərin bütün hallarda məyus olacağı şübhəsizdir”.

İlqar Rəsulov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Həsənovun “qaçqınsız Bakı” planı

    Əli Həsənovun “qaçqınsız Bakı” planı ...

    25-03-2013, 10:38

  • 
  • “Qaçqınkom”da mənzil alveri

    “Qaçqınkom”da mənzil alveri ...

    17-02-2013, 11:38

  • 
  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbər təyinatı-SƏRƏNCAM

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbər ...

    5-05-2014, 18:58

  • 
  • KOMİTƏ SƏDRİ PUL YIĞIMINA BAŞLAYIR

    KOMİTƏ SƏDRİ PUL YIĞIMINA BAŞLAYIR ...

    25-11-2013, 16:00

  • 
  • "QAÇQINKOM" ƏLİ HƏSƏNOV "VURULUR"

    "QAÇQINKOM" ƏLİ HƏSƏNOV ...

    22-08-2013, 12:25


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (225)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu