GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » “Qaçqınkom”da mənzil alveri

“Qaçqınkom”da mənzil alveri

Tarix: 17-02-2013, 11:38 Bölmə :İqtisadiyyat Baxış: 2 522
“Qaçqınkom”da mənzil alveri

Yerlərdəki qaçqınkomlar məcburi köçkün evlərindən necə pul qazanır?

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyində təmsil olunan məmurların isminin zaman-zaman müxtəlif qanunsuz olaylarda hallandığı hər kəsə bəllidir. “Qaçqınkom”rəhbərliyindəki şəxslərin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün nəzərdə tutulan dövlət vəsaitini müxtəlif üsullarla taladığı KİV-in vaxtaşırı işıqlandırdığı məsələlrədən birproblemlərdən birini təşkil edir. Bugünlərdə etibarlı mənbədən redaksiyamıza daxil olan məlumatda şəhər və rayonlardakı qaçqınkom yetkililərinin yeni yeyinti sahəsi müəyyənləşdirdiyi ilə bağlı xəbərlər yer alıb.

Mənzil istəyən – bəri gəl!

Mənbənin məlumatına görə, son illər respublikanın bir çox bölgələrində qaçqın və məcburi köçkünlərin mənzil təminatını yaxşılaşdırmaq məqsədi ilə çoxsaylı mənzillərin inşası köçkünlərlə yanaşı, qaçqınkomların da işinə yarayıb. Belə ki, qaçqınkomlar onların balansına verilən bu mənzillərdən sadəcə qaçqınların mənzil problemini həll etmək üçün deyil, eyni zamanda pul qazanmaq vasitəsi kimi də uğurla istifadə edirlər: “Qaçqınlar üçün respublikanın müxtəlif bölgələrində inşa edilən mənzillər yerlərdəki qaçqınkom təmsilçiləri üçün də fərdi maraq obyektinə çevrilib. Belə ki, əksər bölgələrdə məcburi köçkünlərin müasir qəsəbə və göydələnlərə yerləşdirilməsi tədricən, mərhələli şəkildə həyata keçirilir. Bu isə yerlədəki bəzi qaçqınkomlara məhdud sayda olan həmin mənzilləri alver predmetinə çevirməyə imkan verir. Belə ki, artıq balansında müəyyən sayda mənzil verilən qaçqınkomlar öz əlaltıları vasitəsi ilə məcburi köçkünlər arasında müəyyən “iş apararaq” onlara bildirir ki, kim tez köçmək, qısa zamanda mənzil sahibi olmaq istəyirə, o zaman rəhbərlik onlara kömək edə bilər. Sadəcə bunun üçün köç etmək istəyən ailələrin də bir qədər “tərpəniş göstərməsi”, “hərəkətə gəlməsi”, qaçqınkomla oturub “çay içməsi” lazımdır. Təbii, belə bir təklif uzun illərdir ki, ağır şəraitdə yaşayan bir çox qaçqın ailəsini məcburən özünə cəlb edir və bu ailələr bəlli bir məbləğ dəyərində “hərəkət etməklə” yeni mənzillərə sahib olurlar”.

Qaçqın olmayanlara mənzil yardımı

Bəzi qaçqınkomların hətta qaçqın olmayan vətəndaşları da mənzillə təmin etdiyini bildirən mənbə, bu cür olayların son vaxtlar daha da intensivləşdiyini qeyd edib: “Yerlərdəki qaçqınkomlar yalnız məcburi köçkünlərin deyil, bəzi hallarda bu kateqoriyaya daxil olmayan şəxsləri də məcburi köçkün kimi yeni mənzillərə qeydiyyata salır ki, bu da qanunsuz prosedurlar vasitəsi ilə baş tutur. Belə ki, işğal edilmiş rayon qeydiyyatında olan, fəqət həmin rayonlardan erməni işğalı nəticəsində deyil, dinc dövrdə köçən şəxslər bəlli bir məbləğ qarşılığında yaşadıqları rayonlarda məcburi köçkün kimi qeydiyyata salınırlar. Qaçqınkom dövlətin ona verdiyi yetkidən istifadə edərək həmin şəxsi arxiv materiallarına da məcburi köçkün kimi qeyd edir. Bundan sonra, həmin şəxs digər məcburi köçkünlərlə eyni hüquqa malik olur ki, bu da ona yalnız məcburi köçkünlər üçün nəzərədə tutulan sosial yardımlardan deyil, həm də mənzil təminatından yararlanmaq imkanı verir. Beləliklə də, həm qaçqınkomlar öz vəzifələrinin öhdəsindən layiqincə gəlir, həm də vətəndaşlar dövlətin onlara olan qayğısından məmnun qalırlar”.

Göydələnlərdə mərtəbə alveri

Mənbənin məlumatına görə, şəhər və rayon qaçqınkomlarının digər “çörək pulu” mənbələrindən biri də göydələnlərdəki mərtəbələrlə bağlıdır. Belə ki, insanların əksəriyyəti göydələnlərin nisbətən aşağı mərtəbəsində məskunlaşmaq istədikləri üçün onların bu arzusu qaçqınkomlara əlavə pul qazanmaq üçün imkan yaradır: “Göydələnlərin yuxarı mərtəbələrində məskunlaşmaq yalnız yaşlı insanlar üçün deyil, gənc və orta yaşlı insanlar üçün də arzuedilməz hesab edilir. Məhz bu baxımdan da, eyniylə sovet dönəmində olduğu kimi hər kəs nisbətən daha aşağı mərtəbələrdən mənzil almağa çalışır ki, bu məsələdə də söz sahibi qaçqınkomlar hesab edilir. Belə ki, əgər kimsə daha aşağı mərtəbələrdə məskunlaşmaq istəyirsə, o zaman qaçqınkomla görüşərik ona “mərtəbə haqqı” ödəməlidir. Nə qədər ki, belə bir “mərtəbə haqqı” ödənilməyib, o zaman tam məskunlaşma prosesinin hətta son anında belə qaçqınkom hansısa məcburi köçkünün daha yaşlı və ya səhhətindəki problemin daha ciddi olduğunu əsas gətirərək bu mənzili onun ilk istifadəçisindəın ala bilər. Lakin elə ki, “mərtəbə haqqı” ödənildi, o zaman qaçqınkom özü məlum şəxsin arzuladığı mənzildə məskunlaşması üçün bütün lazımi prosedurları həyata keçirir”.
İlqar Rəsulov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qaçqınlar “Qaçqınkom”un qabağında aksiya keçirəcək

    Qaçqınlar “Qaçqınkom”un qabağında aksiya keçirəcək ...

    8-01-2014, 18:29

  • 
  • Əli Həsənovun tikinti maxinasiyaları

    Əli Həsənovun tikinti maxinasiyaları ...

    1-02-2013, 10:56

  • 
  • Əli Həsənovun qohumluq siyasəti

    Əli Həsənovun qohumluq siyasəti ...

    22-01-2013, 09:39

  • 
  • Qazax rayonunda  “Qaçqınkom” maxinasiyası

    Qazax rayonunda “Qaçqınkom” maxinasiyası ...

    6-12-2012, 14:41

  • 
  • Bakı rayonlarının İcra hakimiyyətlərindəki qaçqın şöbələri ləğv edilir

    Bakı rayonlarının İcra hakimiyyətlərindəki qaçqın ...

    16-01-2014, 16:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

İyul 2025 (590)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu