QMKİDK sədri köçkünləri yenidən qaçqın salaraq özünün biznes imperiyasını genişləndirir
Son günlər baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Əli Həsənov Bakı və Bakıətrafı ərazilərdə məskunlaşan məcburi köçkünlərin köçürülməsi prosesinə start verib. Məlum proses isə icyimaiyyətə məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması və dövlətin qaçqınlara qayğısı kimi təqdim edilir. Halbuki, məcburi köçkünlərin yerləşdirilməsi üçün yeni mənzillər doğrudan da tikilsə də, burada söhbət heç də qaçqınların mənzil şəraitini yaxşılaşdırmaq deyil, Bakını – “ağ adamlar şəhəri”ni məcburi köçkünlərdən təmizləmək, şəhərdaxili sıxlığı qaçqınların yenidən qaçqın salınması hesabına azaltmaqdır. Məsələ ilə bağlı daxil olan məlumatlarda bildirilir ki, Əli Həsənov hakimiyyət timsalında sistemli iş aparır ki, bunun nəticəsində yüzlələ qaçqın ailəsi Bakı şəhərini tərk etmək məcburiyyəti qarşısında qalıb. Mənbənin sözlərinə görə, artıq bir neçə ildir ki, Bakıda məskunlaşan qaçqınların bir hissəsinin Füzulu, Ağdam və s. rayonlardakı kəndlərdə məskunlaşdıırlması siyasəti yürüdülür: “Dövlətin Bakıda yaşayan köçkünlərin önəmli bir qismini yenidən cəbhəyanı rayonlara köçürməsi, həmin ərazilərdə müasir qəsəbələrin salınması qaçqınlara olan dövlət qayğısından irəli gəlmir. Əli Həsənov sadəcə olaraq, insanları heç bir məşğulluq imkanı olmayan ərazilərdə məskunlaşdırmaqla, sadəcə olaraq onları ölkə paytaxtından uzaqlaşdırmağa, Bakını “ağ adamlar”ın əyləncə və istirahət şəhəri kimi qoruyub saxlamağa çalışır. Bir sözlə QMKİDK sədri "yuxarıların" sifarişini məharətlə həyata keçirir". Bundan əlavə mənbə bildirir ki, Əli Həsənovun "qaçqınsız Bakı" palnının arxasınada özünün biznes lahiyələri də dayanır. Belə ki, qaçqın və məcburi köçkünləri Bakıdan köçürməklə bölgələrdə yeni inşa edilən evlərin bir qismini sataraq Əli Həsənov sərvət toplamaqla məşğuldur. Digər tərəfdən isə Bakıda boşaldılacaq yerlərə də Əli Həsənov əl qoyub. Çünki QMKİDK sədri özünün biznes imperiyasını genişləndirməyə çalışır. Məhz bu baxımdan da hər il yüzlərlə köçkün ailəsinin Bakıdan rayonlara doğru yol aldığı müşahidə edilir. Məlumatlı mənbənin sözlərinə görə, hazırda Bakıda məskunlaşan digər məcburi köçkün ailələrinin də yaxın gələcəkdə ətraf əraizlərə köçürülməsi planlaşdırılır. Əli həsənov hesab edir ki, Bakı təmizlənməli və ölkə paytaxtında yalnız siyasi elita təmsilçiləri yaşamalıdır. QMKİDK sədri isə boşaldılan ərazilərdə özünə yeni-yeni obyektlərin, istirahət mərkəzlərinin inşasında israrlıdır. Əli Həsənovun planına görə, əslində Bakıda məcburi köçkünlərin mövcudluğu “lüzumsuz insan”sayını artırır. Qaçqınların görkəmindən yoxsulluq və məhrumiyyət yağan binaları da şəhərin estetik görünüşünü pozan tikiilər hesab edilir. QMKİDK sədrinin düşüncəsinə görə, Bakıda yalnız məmur ailələri və bir də onların qulluqçuları qalmalıdır. Qalan bütün şəxslər “ağ adamlar şəhəri”ni tərk etməli, özünə başqa yerdə yurd-yuva düzəltməlidir. Bu baxımdan hazırda Bakıda məskunlaşan digər məcburi köçkün ailələrinin də ətraf ərazilərə köçürülməsi planlaşdırılır. Bakı isə bu günə qədər olduğu kimi bundan sonra da xalqı ikinci dəfə didərgin salan Əli Həsənov kimi məmurların zövq və əyləncə şəhəri olaraq qalacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?