Vergilər Nazirliyinin saxta qərarı azad sözə basqı, mediaya təzyiqdir
Məlumat verildiyi kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərini Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə göndərilib. Ötən həftə Gəncə şəhər Kəpəz rayon Məhkəməsində “Gündəm xəbər" qəzetinin təsisçisi Şirin Cəfərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Yaşar Həşimovun rəhbərliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra Ş.Cəfəri dövlət tərəfindən ona ayrılan vəkil Yusif Hüseynovdan başqa vəkil tutmaq istədiyini bildirmişdi və məhkəmə təxirə salınmışdı. Bu gün məhkəmə prosesi davam edəcək. Biz bu prosesi azad sözə basqı, mediaya təzyiq hesab edirik. Baş verənlər hakimiyyət üçün beynəlxalq aləmdə də nüfuz gətirməyəcək. Məqsəd “Gündəm Xəbər”in fəaliyyətinə maneçilik törətmək və bu cür addımlarla onun qapadılmasına çalışılmaqdır. Biz məruz qaldığımız ittihamlarla razılaşa bilmərik. Məhz bu səbəbdən də, məhkəmə qarşısında iddia qaldırmışıq. Biz həm səyyar vergi yoxlanılması aktının etibarsız elan hesab edilməsini, həm də, məsuliyyətə cəlb olunması haqqında qərarın ləğvi məsələsini qoymuşuq. Tələbimizin əsası da var. Çünki səyyar vergi yoxlanması keçirilib və sonda akt tərtib edilib”. “Gündəm Xəbər” kollektivi öz haqqını sona qədər müdafiə edəcəyini bəyan edir: “Əgər haqqımız burada təmin edilsə, əlavə şikayət verməyəcəyik. Yox, əgər təmin edilməsə, şübhəsiz ki, Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedəcəyik”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?