GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » ABŞ-dan hakimiyyətə sərt çağırış

ABŞ-dan hakimiyyətə sərt çağırış

Tarix: 15-03-2013, 10:19 Bölmə :Manşet Baxış: 1 126
ABŞ-dan hakimiyyətə sərt çağırış

Jurnalistləri Müdafiə Komitəsinin direktoru İlham Əliyevə yazdığı məktubda
seçki ilini xatırladaraq mətbuata hücumlara son qoymağı tələb etdi


Təkcə “Gündəm xəbər” qəzeti 1 ildə məmurlar tərəfindən terrora məruz qalıb, dəfələrlə qəzeti bağlamaq cəhdləri olub
Mərkəzi ofisi ABŞ-da yerləşən beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi təşkilatının direktoru Coel Saymon Azərbaycan prezidenti İlham Əliyevə açıq məktub yazıb. Məktubda deyilir ki, Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda mətbuat azadlığının vəziyyətinin pisləşməsini diqqətinizə çatdırır və bildirir ki, bu, sizin ölkə hökumətinin mətbuat azadlığı və insan hüquqları üzrə öhdəliklərini pozur, ölkənin beynəlxalq imicinə zərbə vurur, sizin yenidən seçilməyi planlaşdırdığınız qarşıdakı prezident seçkilərinin şəffaflığına əngəl törədir.
Biz sizi bu tendensiyanı dəyişməyə və mətbuata sərbəst, azadlıqdan məhrum edilməkdən, hücumlardan və ya məhkəmə iddialarından qorxmadan yazmağa imkan verməyə çağırırıq. Bununla belə, JMK bunun əksini hesab edir: sizin ölkədə mətbuat azadlığı ab-havası sizin və məmurlarınızın təsvir etdiklərindən çox pisdir. Əvvəlkitək hökumət onu tənqid edən jurnalistləri həbs edir, prokurorlar jurnalistlərə hücumları araşdırmır, məhkəmələr böhtan ittihamı ilə müstəqil KİV-i cərimə edir. Qanunvericilər yerli QHT-lərin beynəlxalq maliyyələşdirilməsini məhdudlaşdırmağa cəhd göstərir və İnternetdə söz azadlığının qarşısını almaq istəyirlər.
Araşdırmalarımız göstərir ki, bu repressiyalar bir il əvvəl – Bakının iki böyük beynəlxalq tədbiri - "Eurovision" mahnı müsabiqəsini və İnternet İdarəçiliyi üzrə Forumu keçirdiyi vaxtdan artıb.
Beynəlxalq təzyiqlərə baxmayaraq, Azərbaycan hakimiyyəti hökumətdəki korrupsiya və insan hüquqlarının pozulması ilə bağlı məlumat verən jurnalistləri həbsə almaqda davam edir.
Redaktorlar da daxil olmaqla, 9 jurnalist həbsdə saxlanılır: Əvəz Zeynallı, Hilal Məmmədov, Araz Quliyev Nicat Əliyev, həmçinin Vüqar Qonaqov, Zaur Quliyev. Bundan başqa jurnalistlər Fuad Hüseynov, Fərəməz Novruzoğlu (Allahverdiyev) və Tofiq Yaqublu həbsdədir. Onların əksəriyyəti siyasiləşdirilmiş ittihamlar – narkotik maddə saxlanması, xuliqanlıq, pul tələb etmə və vətənə xəyanət üzrə həbs olunub. 2012-ci il dekabrın 1-nə olan məlumata görə, Azərbaycan həbs olunmuş jurnalistlərin sayına görə ikincidir”.
Cənab Saymonun Əliyevə məktubunda qeyd olunan məqamlar biz jurnalistlər üçün yeni deyil. Çünki yerli mətbuat və azad söz sahibləri hökumətin mətbuata basqısını öz üzərində hiss edir. Saymonun məktubu isə təsadüfi deyil. Hazırda “Gündəm-xəbər”, “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə qarşı iri ranqlı nazirlərin, məmur-oliqarxların hücumları daha da kəskinləşib. Qəpik-quruşla dolanan qəzetçilər milyonlara sahiblənmiş korrupsioner məmurlar tərəfindən məhkəmə yolu ilə cərimələnir, iqtisadi sanksiyalar tətbiq edilir və tənqidçi qəzetlər çökdürülür.
Elə “Gündəm xəbər” qəzetini götürsək son dövrlər hakimiyyət nümayəndələrinin dəfələrlə bu qəzeti bağlatdırmaq cəhdləri olub. Onlar qəzetin təsisçisi Şirin Cəfəriyə və qəzetə qarşı çirkin kampaniya aparır, həbsinə nail olmaq istəyirlər. Və iqtidar elə bilir ki, mətbəxdə baş verənlər kənara çıxmayacaq. Budur Saymonun acı və sərt məktubu göz qabağındadır və ABŞ-da ofisi yerləşən bir təşkilat tərəfindən seçki ilində Əliyevə çağırış olunur.
Bəli, birbaşa çağırış. Saymonun məktubda “Eurovision” və İnternet Forumlarını xatırlatması dəqiq riyazi hesablanmış bir addımdır və bu tədbirləri yada salmaqla hakimiyyəti biabır etmiş olur. Saymonun Mətbuat Şurasına yönəlik çağırışı da ibrətamizdir. Məhz MŞ-nin şikayətləri əsasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Ş.Cəfəri barəsində cinayət işi açıb.
MŞ-nin işi isə “reketlik” edib qəzetləri məhkəməyə vermək olmamalıdır. MŞ-nin vəzifəsi mətbuatın inkişafına töhfə vermək, qəzetləri yırtıcı məmurlardan qorumaq, jurnalistlərin qayğısına qalmaqdır. Ancaq deyəsən yanılmışıq. MŞ məmurlara qahmar çıxıb onların “haq”larını müdafiə edir. Bunun axırı isə heç də müsbət gələcək vəd etmir. Ən azı Saymonun məktubuna diqqət yetirmək lazımdır...

A.Ağasoy
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İslamçıların həbsinə beynəlxalq reaksiya

    İslamçıların həbsinə beynəlxalq reaksiya ...

    10-04-2013, 10:20

  • 
  • Putindən İlham Əliyevə təbrik məktub

    Putindən İlham Əliyevə təbrik məktub ...

    23-12-2014, 14:02

  • 
  • Xədicə İsmayılın həbsinə beynəlxalq reaksiyalar

    Xədicə İsmayılın həbsinə beynəlxalq reaksiyalar ...

    6-12-2014, 23:47

  • 
  • «Vahid Millət» Dövlətçiliyə Dəstək İ.B jurnalistləri təbrik edir

    «Vahid Millət» Dövlətçiliyə Dəstək İ.B ...

    22-07-2013, 11:11

  • 
  • Avropa Birliyi Azərbaycanda insan hüquqlarının pozulmasını diqqətlə izləyir

    Avropa Birliyi Azərbaycanda insan hüquqlarının ...

    4-03-2014, 10:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (483)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu