GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Gündəm-xəbər”i qandallamaq istəyənlərin bəsirət gözləri...

“Gündəm-xəbər”i qandallamaq istəyənlərin bəsirət gözləri...

Tarix: 8-02-2016, 19:08 Bölmə :Manşet Baxış: 497
“Gündəm-xəbər”i qandallamaq istəyənlərin bəsirət gözləri...

Prokurorun Şirin Cəfəriyə 5 il həbs istəməsi prezidentə qarşı növbəti təxribatdır; dövlətin yanında olan tənqidi medianı susdurmaq kimlərə yarayır?

Müstəqil mətbuatın qalalarından olan “Gündəm-xəbər” qəzetini həbs etmək istəyirlər. Artıq daha bir tənqidi medianın ağzını yummaq, qollarını qandallamaq üçün çırmanıblar.

Prezidentin mətbuata verdiyi dəstəyin fonunda bəzi məmurların hələ də bu siyasətə qarşı çıxması, 4-cü hakimiyyət nümayəndələrini zindana saldırmaq niyyəti qüvvəsində qalır. Prokurorun qəzetimizin baş redaktoru Şirin Cəfəriyə 5 il həbs cəzası istəməsi buna nümunədir.

Media-hakimiyyət münasibətlərinin inkişaf etdirildiyi bir vaxtda bəzi məmurların qəzetlərin üstünə getməsi sadəcə, prezident İlham Əliyevin fəaliyyətinə maneçilikdir. Prokuror isə bir qəzeti bağlatmaq, baş redaktorunu həbs etdirmək üçün əlindən gələni əsirgəməyib.

Prezident İlham Əliyev jurnalistlərin dostu elan olunanda bəzi məmurlar mətbuata qarşı düşmənçiliyini davam etdirdilər. Ölkə başçısının mediaya maddi və mənəvi dəstəyi olduğu zamanlarda, KİV nümayəndələrinin mənzillə təmin olunduğu vaxtlarda yenə də ayrı-ayrı vəzifəlilər öz ayıblarına kor olmaq əvəzinə qələm əhlinə hücum xəttini seçdilər.

“Gündəm-xəbər” qəzeti və təsisçisi Şirin Cəfəri də iki ildir məhkəmə çəkişmələrindədir. Bəzi dövlət məmurları öz təzyiq rıçaqlarından istifadə edərək bir media orqanını çökdürmək, baş redaktorunu həbsə göndərmək üçün çırmanıblar.

“Gündəm-xəbər” qəzeti çap mediasında öz müstəqilliyini qoruyub saxlayan qəzetlərdən biridir və bu günə kimi azad söz uğrunda mübarizədə ön cərgələrdə yer alıb.

Korrupsioner məmurların ifşası, onların vətəndaşlara qarşı etdiyi qanunsuzluqlar, dövlətin vəsaitlərini şəxsi maraqları naminə xərcləməsi faktları hər zaman bu qəzetin səhifələrində çap edilib.

Bunun nəticəsidir ki, “Gündəm-xəbər” qəzeti indiyə qədər məmurlar tərəfindən təzyiqlərə məruz qalır, prezidentin mediaya dəstək verdiyi halda vəzifəlilərin basqıları ilə qarşı-qarşıya qalır.

Baş redaktor Şirin Cəfərinin prezident İlham Əliyevə müraciətində bu faktları sadalaması geniş şəkildə öz əksini tapıb. Belə ki, “Gündəm Xəbər” qəzeti işıq üzü gördüyü illər ərzində dövlətçiliyə xidmət edən bir mətbu orqan olub.

Yəqin ki, Şirin Cəfərinin həbsi, müstəqil mətbuata təzyiq kimi də qiymətləndiriləcək və dövlət ittihamçısının ədalətsiz ittihamı irəli sürməsi isə, onun ictimai qınaqla üz-üzə qalmasına da səbəb olacaq.

“Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri, həbsinə saylı günlər qaldığını bildirir. Baş redaktorun mətbuata verdiyi açıqlamalara görə, artıq proses özünün arzuolunmaz sonluğuna yaxınlaşmaqdadır.

O, bildirir ki, “03.02.2016-cı il tarixdə saat 09:40-a təyin olunmuş məhkəmə prosesində şahid qismində dindirilən Yasamal rayon Məhkəməsi icra şöbəsinin rəisi Zaur müəllim ifadə verdikdən sonra, prokuror son çıxışını etdi və barəmdə 5 il azadlıqdan məhrumetmə cəzasının seçilməsini bildirdi.

Hər kəsə bəllidir ki, həbsimə heç bir əsas yoxdur. Çünki, Vergilər Nazirliyinin barəmdə çıxardığı 71 428 manat 16 qəpik cərimə qərarı, olduqca qərəzli və heç bir əsasa söykənməyən qərardır.

Bunu onunla izah edirəm ki, hələ bir neçə il bundan əvvəl “Gündəm Xəbər” qəzetinin təsisçisi olaraq mənə qarşı, heç bir əsası olmayan, həqiqəti özündə ifadə etməyən, yəni guya vergidən yayınmağımla bağlı Azərbaycan Respublikası CM-nin 213.2-ci maddəsi ilə cinayət işi qaldırıldı və Gəncə şəhər Kəpəz rayon Məhkəməsində məhkəmə prosesinə də başlanıldı.

20 may 2013-cü il tarixdə keçirilən məhkəmə prosesində, barəmdə üç il şərti, iki il isə sınaq müddətinə məhkəmə hökmü elan olundu. Çıxarılmış qərarla razılaşmayıb, Gəncə Apelliyasiya Məhkəməsinə apelliyasiya şikayəti etsəm də, Apelliyasiya Məhkəməsi Kəpəz rayon Məhkəməsinin çıxartdığı qərarı qüvvədə saxladı.

Bununla da razılaşmayıb, çıxarılmış qərardan Ali Məhkəməyə müraciət etməli oldum. 02 sentyabr 2015-ci il tarixdə isə, birinci instansiya məkhəməsinin çıxartdığı qərar, Ali Məhkəmə tərəfindən də qüvvədə saxlandı.

Belə bir qərarların çıxarılması onu söyləməyə əsaslar verir ki, tənqidə dözümsüzlük nümayiş etdirən məmurlar tərəfindən verilmiş sifarişlər, məhkəmələrin mənimlə bağlı ədalətsiz qərarlar qəbul etmələri ilə nəticələndi.

20 may 2015-ci il tarixdə barəmdə çıxarılmış iki il şərti cəza müddəti başa çatdıqdan sonra, 23 oktyabr 2015-ci il tarixdə Ədliyyə Nazirliyinin İstintaq

İdarəsində, təkrar Azərbaycan Respublikasının CPM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməyimə dair 152950067 nömrəli cinayət işinə başlanıldı və ittiham aktının araşdırılması üçün toplanmış iş materialları, CM-nin 306.2-ci maddəsi ilə təqribən iki ay bundan əvvəl Yasamal rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun icraatına göndərildi.

Onu da bildirim ki, vəkilim Zaur Niftəliyev, müdafiəmlə bağlı son çıxış etmək üçün hakimdən vaxt istədi. Hakim növbəti prosesin 16 fevral 2016-cı il tarixdə saat 11:00-da keçiriləcəyi və son çıxışların da olacağı elan etdi".

Şirin Cəfərinin Vergilər Nazirliyi tərəfindən fantastik rəqəmlə, yəni 71.478 manat 16 qəpik məbləğində cərimə olunması, əslində müstəqil mətbuata qarşı təzyiq kimi qiymətləndirilməli və olduqca da pislənməlidir. Axı, əldə olan vergi hesabatları çıxarılmış qərarın sifarişli, həqiqəti əks etdirməyən qərar olduğunu tam isbat etməyə tam əsaslar verir.

Zöhrab Təmrazov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prokuror Şirin Cəfəriyə 5 il həbs cəzası istədi

    Prokuror Şirin Cəfəriyə 5 il həbs cəzası istədi ...

    3-02-2016, 20:10

  • 
  • KXCP “Gündəm Xəbər”in müdafiəsinə qalxdı

    KXCP “Gündəm Xəbər”in müdafiəsinə qalxdı ...

    14-05-2013, 00:42

  • 
  • Mətbuat Günündə müstəqil qəzetə “mükafat”

    Mətbuat Günündə müstəqil qəzetə “mükafat” ...

    26-07-2016, 23:35

  • 
  • Şirin Cəfəri həbsin astanasında - Proses növbəti dəfə təxirə salındı

    Şirin Cəfəri həbsin astanasında - Proses növbəti ...

    31-03-2016, 14:34

  • 
  • QƏZET SAHİBİNƏ 3 İL ŞƏRTİ HƏBS CƏZASI KƏSDİLƏR

    QƏZET SAHİBİNƏ 3 İL ŞƏRTİ HƏBS CƏZASI KƏSDİLƏR ...

    20-05-2013, 15:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu