GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “EL” elin hərəkatı olacaqmı?

“EL” elin hərəkatı olacaqmı?

Tarix: 25-03-2013, 10:24 Bölmə :Manşet Baxış: 835
“EL” elin hərəkatı olacaqmı?

Ziyalıların və siyasətçilərin yeni yaratdığı təşkilata sözardı...

Etirazçı və dəyişiklik istəyən gənclik nə ZF-nin, nə İP-in, nə də “EL”in yanındadır, onlarla işləmək lazımdır

Ziyalı ya meydanda, ya da zindanda xalqa çağırış edir. Azərbaycan isə tarix boyunca vətəndaş mövqeyi sərgiləyən ziyalı çatışmazlığından əziyyət çəkib. Son 20 ildə ziyalıların “quzu susqunluğu”, şan-şöhrət, ordenlər naminə hakimiyyəti mədh etməsi böyük hiddətlə qarşılanırdı.
Azadfikirli yazarlar ziyalıları daş-qalaq edir, onları etiraz etməyə çağırır, rejimin anti-xalq mahiyyətini diqqətə çatdırırdılar.
Ziyalılar isə sistemin “ət maşını” ilə yediyi xalqı “Şöhrət” ordeni, prezident təqaüdü, toxunulmazlıq statusuna qurban verirdilər. Və qəflətən ziyalıların dilə gəlməsi, nüfuzlu elm-sənət adamlarının hakimiyyətə qarşı cəbhə açması siyasi kluarlarda təəccüb və sevinclə qarşılandı. Ölkənin işıqlı və parlaq nicatını ziyalı mövqeyində görən insanlar ümid etməyə başladı ki, cəmiyyət oyanır, ziyalılar hərəkətə keçir və xalqın siyasiləşməsi prosesinə təkan verəcəklər.
Biz Ziyalılar Forumunda təmsil olunan hörmətli insanların hakimiyyətlə üz-üzə dayanması, Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli, Rafiq Əliyev, Rasim Balayev kimi şəxsiyyətlərin hücumlara məruz qalması barədə geniş şərh vermişik.
Növbə martın 12-də elan olunan “EL” hərəkatına çatıb. Hərəkat “hərəkət” sözündən qaynaqlanır.
Harada hərəkət varsa, orada hərəkat yaranır. “EL” hərəkatı isə elan edildiyi ilk gündən məni bədbin ovqatla çulğaladı. Çünki bu hərəkatda təmsil olunan şəxslərin biri-birinə ziddiyyət təşkil etməsi, mövqelərindəki haçalanmalar və onların siyasi bioqrafiyası bəzi nəticələr çıxarmağa əsas verir. Ən azından hərəkat olmadığı halda buna Hərəkat adı vermək və belə təqdim etmək fəaliyyəti ilk gündən kiçiltməkdir.
İkinci bir tərəfdən “EL” mənə Ziyalılar Forumunun plagiatını xatırlatdı və yeni bir sima, personaj görünmədi. Köhnə adamlar, köhnə çıxışlar və sadəcə yeni biçimdə. Bu nəyi dəyişəcək ki? Əgər yenə də səhnədə ənənəvi müxalifət liderləri, onların ətrafındakı qüvvələr və ZF-dakı şəxslərdirsə, onda qələbə perspektivindən danışmaq hələ tezdir. O mənada tezdir ki, bu heyətlə hərəkata başlamaq müşküldür. “EL” hərəkatı ZF-nun ayrıca filialına oxşayır. Onlarla əməkdaşlıq edənlər isə İctimai Palatada təmsil olunan siyasi qüvvələrdir.
Bu isə mənim üçün yenilik deyil. Biz orada elin dərdini çəkən, siyasətdən uzaqlaşmış və səmimi şəkildə Azərbaycan naminə 2013 mübarizəsinə başlamaq istəyən adlar görməliydik. Görmədiksə, “köhnə hamam, köhnə tas”. Hələ qarşıda Milli Şura da elan olunacaq. Və yenə də eyni adamlar səhnəyə çıxacaq. Ya ölkənin siyasi kadr potensialı tükənib, ya da “evcik-evcik” oyunu gedir. Ən yaxşı halda bu qurumlar bir şəxsin sosial şəbəkədə bir neçə profil səhifəsi açmasına bənzəyir.
Üstəlik, Ziyalılar Forumunda “EL”i açıq şəkildə dəstəkləməyən ziyalılar var. Onların sırasında Rafiq Əliyev, Ramiz Rövşən, Cəmil Həsənlinin adlarını çəkə bilərik. Onlar görüntü və dostluq naminə “EL”in təqdimat mərasimində lakonik çıxış etdilər.
Daha doğrusu, C.Həsənli çıxış etmədi, R.Əliyev dolayısı ilə ZF və “EL”in ayrı-ayrı mövqelərdə olduğunu şərh etdi. Bu ondan xəbər verir ki, ZF-də olanlar siyasi proseslərə qoşulmağın əleyhinədir və onlar hesab edir ki, sadəcə ayda bir dəfə toplaşıb hakimiyyətə təkliflər vermək olar.
“EL” isə artıq siyasi fəaliyyət proqramı olan hərəkatdır. Bu təşkilatla gərək iqtidarla savaşa çıxasan. Bunu edəcəklərmi? Sualın cavabı mənə qaranlıqdır. Lakin “EL”in potensialı xalq hərəkatının yetişdirilməsinə qeyri-adekvatdır. Ən azından proseslərin lokomotivi olan gəncliyi nəzərə almaq lazımdır.
Etirazçı və dəyişiklik istəyən gənclik nə ZF-nin, nə İP-in, nə də “EL”in yanındadır. Onlar ayrıca, lidersiz, təşkilatsız mübarizə istəyir.
Bütün səhvləri və doğruları ilə məsuliyyəti də öz çiyinlərinə götürüblər. İP və “EL” isə onların yanında deyil, gəncliyin maraqlarını öyrənmək istəmir, köhnə klassik texnologiya ilə hakimiyyətlə rəqabətə girişir.
Strategiya və taktika dəyişməsə “EL” ilk gündən məğlubiyyətə məhkumdur. Çoxları ümid edə bilər ki, R.İbrahimbəyov Hərəkatın önünə keçib liderlik missiyasını yerinə yetirəcək. Əvvəla bunu zaman göstərər. İkincisi, İbrahimbəyovun gəlişi qeyri-müəyyən olaraq qalır. Onun davranışları daha çox Rusiyadan asılıdır.
Doğrudur, “EL”i “Milyarderlər İttifaqı” ilə əlaqələndirən ekspertlər var və onların fikrincə, ortada Kremlin böyük bir layihəsi həyata keçirilir. Bu illüziyalar isə reallaşmayana qədər fərziyyə olaraq qalacaq.
Bizim tənqidlərimizin canı budur ki, “EL” xalq hərəkatını yetişdirmək üçün geniş insan resurslarına malik deyil. Bunun üçün hərəkatdan öncə hərəkət olmalıdır. Necə deyərlər, “EL”, sel gücü. Yaxud El bir olsa dağ oynadar yerindən...

Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cənub Ziyalılar Birliyi Azərbaycan Ziyalılar Birliyi ilə birləşdi

    Cənub Ziyalılar Birliyi Azərbaycan Ziyalılar ...

    22-01-2013, 10:26

  • 
  • Səkinə İsmayılova “Şöhrət” ordeni ilə təltif edildi

    Səkinə İsmayılova “Şöhrət” ordeni ilə təltif ...

    24-02-2016, 21:46

  • 
  • Prezident Rövnəq Abdullayevə "Şöhrət" ordeni verdi - Sərəncam

    Prezident Rövnəq Abdullayevə "Şöhrət" ...

    3-04-2015, 13:26

  • 
  • “Azərbaycanlı və erməni ziyalıların görüşü keçirilə bilər”

    “Azərbaycanlı və erməni ziyalıların görüşü ...

    19-11-2013, 15:33

  • 
  • Cəmil Həsənli: “Ziyalı dostlarımız öz işlərini görürlər”

    Cəmil Həsənli: “Ziyalı dostlarımız öz işlərini ...

    2-09-2013, 22:09


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu