“Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının nümayəndələrinin – ziyalıların görüşü planlaşdırılsa da, hələlik bu məsələdə bir irəliləyiş yoxdur”.
Bunu AzNews.az-a açıqlamasında “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin üzvü, Milli Məclisin deputatı Flora Qasımova deyib. O bildirib ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının yaxınlaşması prezidentlərin bu gün keçirilən görüşünün nəticəsindən asılıdır:
“Əslində icmaların görüşünü əhəmiyyətsiz hesab edirəm. Çünki ermənilər işğalçılıq və ərazi iddiasından əl çəkdikdən sonra sülh danışıqlarının effektivliyindən danışmaq mümkündür. Bunu erməni ictimaiyyəti anlamalı və səmimi olmalıdırlar”.
F. Qasımova deyib ki, illər boyu türkə qarşı aşılanan nifrətin aradan qaldırılması məəsuliyyəti ermənilərin üzərinə düşür:
“Qarabağdakı ermənilərlə azərbaycanlılar arasında münasibətlər o zaman səmimi olacaq ki, Ermənistan bu məsələdə Rusiyadan müstəqil siyasət yürütsün. İcmaların effektli görüşünün qarşısını alan məqam da budur. Bütün bundan sonra ziyalılarımızın görüşü də məna kəsb edəcək”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?