GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Cavid Qurbanovdan Ziya Məmmədova növbəti zərbə

Cavid Qurbanovdan Ziya Məmmədova növbəti zərbə

Tarix: 15-02-2016, 22:02 Bölmə :Manşet Baxış: 0
Cavid Qurbanovdan Ziya Məmmədova növbəti zərbə

Son vaxtlar Nəqliyyat naziri Ziya Məmmədovun "vurulacağı", indiyədək yığdığı əmlakın isə əlindən alınacağı barədə yayılan xəbərlər səngimək bilmir. Qeyd edək ki, Nəqliyyat naziri bir müddət ortada görünmürdü. Onun uzunmüddətli əmək məzuniyyətinə çıxdığı açıqlandı. Bir çoxları onun elə məzuniyyətdə olduğu vaxtda tutduğu vəzifədən uzaqlaşdırılacağını iddia edirdilər. Lakin nazir ötən ilin payızında məzuniyyətini başa vurub işə çıxdı. Hələ üstəlik, Neftçalada vətəndaşlarla keçirdiyi qəbul zamanı jurnalistlərlə zarafat da etdi. Özündən razı davranışları ilə seçilən Ziya Məmmədov bununla ictimaiyyətə haqqında yayılan söz-söhbətlərin yalan olduğunu göstərməyə çalışdı. Amma reallıq tamamilə başqadır. Belə ki, nazir özünü "vurulmamış" kimi göstərməyə çalışsa da, əslində son dövrlər o ki var sıxışdırılıb. Məsələn, Nəqliyyat Nazirliyinin əsas səlahiyyətləri əlindən alınaraq digər aidiyyəti dövlət qurumlarına verilib. Bundan başqa, hüquq-mühafizə orqanlarının əməkdaşları bir müddət əvvəl nazirin qardaşı oğlu

Aynar Məmmədova məxsus "Nar" kafesində xüsusi əməliyyat keçirdilər. Əməliyyat tədbirləri nəticəsində kafedə qumar oynayan bir neçə şəxs saxlanıldı. Nazirə vurulan ən böyük zərbələrdən biri də qardaşı Elton Məmmədovun mandatsız qalması oldu. Bütün bunlar onu göstərir ki, jurnalistlərlə zarafat edən nazirin gələcək karyerası əslində ciddi təhlükə altındadır. Hamıya bəllidir ki, bu məmur böyük imkanlardan, səlahiyyətlərdən məhrum edilib.

Bundan başqa Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədov işdən çıxarıldı.

İldırım Məmmədov Ucar regional dəmir yolu yanacaq təchizatı idarəsinin rəisi işləyirdi. O, bu il yanvarın 13-də “Azərbaycan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin rəhbəri Cavid Qurbanovun əmri ilə tutduğu vəzifədən azad edildi.

Yeri gəlmişkən, hazırda nazir uzun müddət bir yerdə çalışdıqları Cavid Qurbanovun hədəfinə çevrilib. Yuxarıda dediyimiz fakt - İldırım Məmmədov işdən

çıxarılması buna sübutdur. Ancaq başqa faktlar da var. Bu barədə bir qədər sonra.

Hələliksə Cavid Qurbanovun Ziya Məmmədovu tədricən necə gölgədə qoymasından danışacağıq. Vaxtilə Ziya Məmmədovun necə deyərlər, qılıncının dalı və qabağının kəsdiyi vaxtlarda Cavid Qurbanov onun qanadının altında idi. Hazırda isə Ziya Məmmədov Cavid Qurbanovun gölgəsində itməkdədir.

Hər şey ondan başladı ki, prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tabeçiliyindən çıxarıldı. Bununla da Ziya Məmmədovun çöküşü fonunda Cavid Qurbanov parlamağa başladı.

Həmin sərəncamdan dərhal sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov mətbuata müsahibə verdi və açıq şəkildə olmasa da nazirini

tənqid etməyə başladı. Sərəncam barədə danışan Cavid Qurbanov o zaman demişdi: “Bu, cənab prezidentin qərarıdır. Yəqin belə məsləhət görüb. Mənim təklif etməyimə gərək yoxdur. Bu işlər cənab prezidentin müstəsna hüquqlarına daxildir. Bu dəyişiklik dəmir yol təsərrüfatının işində yəqin ki, müsbət dönüş yaradacaq. Biz də çalışmalıyıq müsbət dəyişiklər olsun. Bu, idarəetmənin təkmilləşməsidir.

Prezident bizə bu sahəni tapşırıbsa, nazirlik olmadan da o tapşırığı can-başla yerinə yetirib dövlət başçısının etimadını doğrultmaq lazımdır.

Məsələ ondadır ki, dəmir yolu özü pul qazanmalıdır. Sadəcə hazırda dünyada daşımaçılıqdan əldə olunan gəlirlər azalıb. Hardasa 30-40 faizə qədər enib gəlirlər. Amma bu sahənin yeniləşməsi lazımdır. Çalışmaq lazımdır ki, beynəlxalq yüklərin daşınmasında biz də iştirak edək. İpək yolu işə düşsün, Bakı-Tbilisi-Qars dəmir yolu tezliklə açılsın. Bu sahədə işlər artıq yekunlaşmaq üzrədir. Şimal-cənub marşrutunun inkişafı ilə məşğul olmaq lazımdır. Yəqin ki, möhtərəm cənab prezident bunları nəzərə alıb və bu

cür qərar qəbul edib. Hər halda mən belə başa düşürəm”.

Cavid Qurbanov sərnişindaşımada keyfiyyət dəyişikliyi, vaqon parkının yenilənməsindən, xidmətin artırılmasından tutmuş, qatar bələdçilərinin sərnişinlərlə davranışına qədər çox ciddi məsələlərdən də danışmışdı: “Bunlar çox ciddi məsələlərdir. Bilirsiniz, bu sadalananları mütləq etmək lazımdır. Mən buna təkcə bu struktura rəhbərlik edən məmur kimi yanaşmıram, həm də bir vətəndaş kimi yanaşıram. Nəinki sərnişindaşımada, bütövlükdə dəmir yolu sistemində köklü dəyişikliklər olmalıdır. Sürət artmalıdır, rahatçılıq, komfort olmalıdır, vaqonların keyfiyyəti yüksəldilməlidir, bələdçi heyətinin xidmətində, davranışında müsbət dönüşə nail olunmalıdır.

Bələdçilərin mədəni səviyyələrinin artırımaq üçün onlara kurslar keçiriləcək. Bələdçilərə sərnişinlə mədəni davranışın yolları öyrədiləcək. Biz müəyyən kriteriyalara uyğun gəlməyən, kobud, mədəni səviyyəsi aşağı olan bələdçilərlə vidalaşmalı olacağıq.

Bələdçilər sərnişinlərlə bəzən 8-10 saat təmasda olurlar. Biz elə etməliyik ki, sərnişin bu uzun müddətlik yolçuluqda xidmətdən razı qalsın. Bunun üçün də ciddi işləməli, ölkə başçısının etimadını tam doğrultmalıyıq.

Bunlara təkcə inzibati üsullarla nail olmaq doğru yanaşma deyil. İlk növbədə buna vətəndaş mövqeyindən, dövlətçilik prinsipindən yanaşmalıyıq. Dəmiryolçu siyasətlə məşğul olmamalıdır. Dəmiryolçu texniki məsələlərlə məşğul olmalıdır. Bu sahədə keyfiyyətin yüksəldilməsinə çalışmalıdır. İnşallah, elə edəcəyik bu işlər yoluna düşsün. Yəqin ki, tezliklə bu müsbət dəyişiklikləri görəcəksiz.

Mən istəyirəm ki, bütün yaxşı arzularımız həyata keçsin. Dövlətimizə, onun rəhbərinə və millətimizə xidmət edə bilək. Sizə söz verirəm, nə qədər ki, canımda can var, çalışacam, dəmir yolunda hər şey yüksək səviyyədə olsun”.

Cavid Qurbanov hələ o zaman yaxın vaxtlarda nəqliyyat naziri təyin ediləcəyi barədə fikirlərə də münasibət bildirmişdi: “Bilirsiniz, bəzən vəzifəyə

başqa cür yanaşılır. Əslində vəzifə çox ciddi məsuliyyətdir. Bunlar ara sözləridir. Xahiş edirəm, belə şeylərə fikir verməyin. Vəzifəyə təyin edən, vəzifədən çıxaran ölkə başçısıdır. Bu işlər onun müstəsna səlahiyyətidir. Qərarları cənab prezident verir. Bilmirəm qəzetdə kim nə yazır, vallah mənim bu işlərdən xəbərim yoxdu. İnanın səmimiyyətimə, heç o haqda fikirləşmirəm. Dövlətin başçısı mənə kifayət qədər ciddi iş tapşırıb, üzərimə məsuliyyət qoyub. Mən bu an o işləri yüksək səviyyədə görüb, ortaya ciddi nəticələr qoymaq haqda düşünürəm”.

“Mətbuat son sərəncamı Ziya Məmmədovun vurulması kimi təqdim edir. Bu, hazırkı nəqliyyat nazirinin səlahiyyətlərinin əlindən alınması, onun siyasi baxımdan gözdən düşməsi kimi yozulur” sualına isə o, belə cavab vermişdi:

“Doğru yanaşma deyil. Nazirlik təsərrüfat işi ilə yox, dövlət siyasəti ilə məşğul olmalıdır. Dəmir yolu da təsərrüfat qurumudur. Yəqin cənab prezident də fikirləşir ki, təsərrüfatla təsərrüfat qurumları məşğul

olsun. Nazirlik də dövlət siyasətində iştirak etsin, konsepsiyasını hazırlayıb təqdim etsin. Yolçu getsin yolunu tiksin, dəmiryolçu öz işini görsün, dənizçi dənizçiliyini etsin”.

Beləliklə, Cavid Qurbanov ciddi-cəhdlə Ziya Məmmədovla konfliktə olmadığını sübut etməyə çalışırdı. Ancaq çox keçmədi ki, o, Ziya Məmmədovun karlarını və yaxın adamlarını sıxışdırmağa, vəzifədən çıxarmağa başladı.

Ziya Məmmədovun qardaşını işdın çıxarandan sonar Cavid Qurbanov onun yeznəsini yoxlatdırdı.

Belə ki, bir müddət öncə Şirvanda baş vermiş intihar hadisəsinə dair sensasion detallar məlum oldu.

Məlumata görə, "Azərbaycan Dəmir Yolları” QSC-nin yerli idarəsinin baş mühasibinin intiharına səbəb QSC-nin rəhbəri Cavid Qurbanovun xüsusi göstərişi ilə aparılan yoxlama və üzə çıxan külli miqdarda yeyinti, korrupsiya faktları olub.

Üstəlik məlum olub ki, həmin idarənin rəisi nəqliyyat naziri Ziya Məmmədovun ailə üzvlərindən biridir.

İnformasiya agentliklərinin xəbərlərində deyilirdi ki, iyulun 18-də günorta saatlarında Şirvan şəhəri, Natəvan küçəsi, 61 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Kərimov Rəmzi Elxan oğlu özünü həyətində yerləşən üzüm çardağından asaraq intihar edib.

İntihar edən şəxs "Azərbaycan Dəmir Yolları” QSC-nin Şirvan dəmiryol idarəsinin baş mühasibi olub. İntiharın mümkün səbəblərinin araşdırıldığı göstərilirdi.

Özəl mənbələrdən bildirildiyinə görə, Yanacaq və Sürtkü Materialları Təchizatı İdarəsində Cavid Qurbanovun göstərişi ilə yoxlama aparılıb. Yoxlama nəticəsində ciddi qanun pozuntuları, xüsusilə iri məbləğdə dizel yanacağının mənimsənilməsi aşkar edilib. Həmin yanacaq "Azərbaycan Dəmir Yolları”

QSC-yə dövlət qiymətindən aşağı qiymətə ayrılmışdı və dəmir yolu ilə daşınaraq topdansatış bazalarında satılırdı.

Məlum oldu ki, idarənin rəisi Ziya Məmmədovun bacısının əri Adil Məhərrəmovdur. Bundan əlavə idarədə nazirin xeyli yaxın və uzaq qohumları da işləyir.

Son günlər isə Cavid Qurmanov Ziya Məmmədova daha tez-tez hücum etməyə başlayıb.

“Bu vəzifəyə təyin olunandan sonra gördüm ki, texniki heyəti, kadr potensialı bərbad vəziyyətdədir. Ona görə də mövcud vəziyyətlə bağlı ölkə başçısına, baş nazirə məruzə etdim”.

Bunu iki gün öncə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib. Bu vəzifəyə təyin olunduğu 1 il müddətində gördüyü işlərdən danışan C. Qurbanov biz sıra tənqidlər də səsləndirib: “Bu ağır və böyük struktura dəmiryolu rəhbərliyi, onun işçiləri tərəfindən lazımi diqqət göstərilməyib. Bunların hamısı o vəziyyətə gətirib çıxarıb ki, biz bu formada davam etsəydik, 2020-2022-ci illərə qədər dəmiryolu parkında vaxtı keçməmiş, istismara yararlı olan vaqon və lokomotiv parkından çox cüzi miqdarda qalardı. İndiki parkın təxminən 5 faizi qalacaqdı. Ölkə prezidenti tərəfindən 4 il budan öncə inkişaf proqramı təsdiqlənib. Onun punktları var, tapşırıqlar verilib. Amma mövcud durum göstərirdi ki, bu tapşırıqların icra olunması gecikib. Yoxlamalar göstərirdi ki, layihələr illərlə gecikdirilib və yerinə yetirilməyib. Baxmayaraq ki, dövlət başçısı pul ayırıb, tapşırıqlar verib”.

Cavid Qurbanov bir vaxtlar rəhbərlik etdiyi “Azəryolservis”in tabe olduğu Nəqliyyat Nazirliyi haqda da sərt fikirlər səsləndirib: “Nazirliklər əsasən dövlətin onlara tapşırdığı siyasətlə məşğul olmalıdır. Tutaq ki, Nəqliyyat Nazirliyi ölkənin nəqliyyat siyasəti ilə məşğul olmalıdır. Amma çox vaxt bizim

nazirliklər və məmurlarımız öz sahəsi üzrə olan siyasətlə təsərrüfat fəaliyyətini qarışdırırlar. Hesab edirəm ki, ümumiyyətlə, nazirliklər daha çox dövlətin o sahə üzrə siyasətini yerinə yetirməlidir. Subyektlər konkret olaraq təsərrüfat fəaliyyətini yerinə yetirir. Bu da daha çox kömək əvəzinə idarəetmədə tıxac əmələ gətirir. Ona görə də belə qərar qəbul olundu ki, iqtisadiyyatın böhranlı günlərində daha çox operativliyi, çevikliyi təmin etmək, cəld qərarlar qəbul etmək üçün təsərrüfat subyektlərinə sərbəstlik verilsin. Bu, zərurətdən əmələ gəldi. Özü də bu, təkcə bizdə həyata keçirilmir. Qonşu Gürcüstanda, Rusiyada, Qazaxıstanda belədir”.

Samir

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ZİYA MƏMMƏDOVA MƏXSUS HOLDİNG AYLARDIR İŞÇİLƏRİN MAAŞINI VERMİR

    ZİYA MƏMMƏDOVA MƏXSUS HOLDİNG AYLARDIR İŞÇİLƏRİN ...

    25-02-2016, 16:54

  • 
  • Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı

    Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı ...

    5-10-2015, 21:39

  • 
  • Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin yeni vəzifəsi nə olacaq?

    Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin ...

    17-08-2015, 16:18

  • 
  • Ziya Məmmədova qarşı 20 məhkəmə hökmü

    Ziya Məmmədova qarşı 20 məhkəmə hökmü ...

    13-05-2014, 10:35

  • 
  • Ziya Məmmədovun qardaşının əmlakları da satışa çıxarıldı - İDDİA

    Ziya Məmmədovun qardaşının əmlakları da satışa ...

    4-05-2019, 11:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu