GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Bilinməyən Xocalı dəhşətləri… – tükürpədən FAKTLAR və FOTOLAR

Bilinməyən Xocalı dəhşətləri… – tükürpədən FAKTLAR və FOTOLAR

Tarix: 26-02-2016, 12:47 Bölmə :Manşet Baxış: 0
Bilinməyən Xocalı dəhşətləri… – tükürpədən FAKTLAR və FOTOLAR

Son illərdə ermənilərin Xocalıda Azərbaycanlılara qarşı törətdiyi soyqırımla əlaqədar dərc olunan yazıların və keçirilən tədbirlərin sayı əhəmiyyətli dərəcədə artıb. Artıq, nəticələr göz qabagındadır – dünyada Xocalı faciəsindən məlumatlı insanların sayı günbəgün artmaqdadır.

Bu nəşrlərin və tədbirlərin effektivliyini artırmaq üçün professor Çapay Sultanov təklif edir ki, – xüsusilə o ölkələrdə ki, Azərbaycana qarşı təcavüzdən məlumatsızdılar, – orada Xocalı hadisələri haqda məlumatlardan öncə erməni tərəfinin Azərbaycanda törətdiyi qanlı hadisələrin xronologiyasını təqdim etsinlər.

Bu, Xocalıda azərbaycanlıların ugradıgı soyqırımın heç də təsadüfi olmadıgını, Ermənistan və Azərbaycan tərəfinin Qarabag müharibəsi dövründəki qarşıdurmasından da yaranmadıgını və əslində erməni tərəfinin 100 illər boyunca həyata keçirdiyi qlobal strateji planın tərkib hissəsi oldugunu sübut edər.

Tanınmış alim Çapay Sultanovun aşagıda oxuculara təqdim etdiyimiz araşdırması da buna hesablanıb.

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri tarixin müxtəlif dövrlərində və müxtəlif siyasi şəraitlərdə Azərbaycan xalqının ermənilər tərəfindən soyqırıma məruz qalmasıdır.

Bilinməyən Xocalı dəhşətləri… – tükürpədən FAKTLAR və FOTOLAR

XX əsrin əvvəllərində azərbaycanlıların ermənilər tərəfindən soyqırımı (arxiv materialları)

Bilinməyən Xocalı dəhşətləri… – tükürpədən FAKTLAR və FOTOLAR

XX əsrin əvvəllərində azərbaycanlıların ermənilər tərəfindən soyqırımı (arxiv materialları)

Bilinməyən Xocalı dəhşətləri… – tükürpədən FAKTLAR və FOTOLAR

Ermənilər tərəfindən azərbaycanlıların soyqırımı

Bilinməyən Xocalı dəhşətləri… – tükürpədən FAKTLAR və FOTOLAR

Ermənilər tərəfindən dağıdılmış və yandırılmış Şuşa şəhəri

Bilinməyən Xocalı dəhşətləri… – tükürpədən FAKTLAR və FOTOLAR

31 mart 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım

Bilinməyən Xocalı dəhşətləri… – tükürpədən FAKTLAR və FOTOLAR

Bakıda qətlə yetirilmiş azərbaycanlılar

Bilinməyən Xocalı dəhşətləri… – tükürpədən FAKTLAR və FOTOLAR

Ermənilər azərbaycanlı məhəllələrini güllə-baran edir

Bilinməyən Xocalı dəhşətləri… – tükürpədən FAKTLAR və FOTOLAR

Bazar küçəsi, (indiki Azərbaycan prospekti,) ermənilərin törətdiyi qırğından sonra

Bilinməyən Xocalı dəhşətləri… – tükürpədən FAKTLAR və FOTOLAR

mart 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım

İrandan göndərilmiş məktub. Təbiət elmləri üzrə magistr, İran konsulu Vəziri-Marağai Bakıda qanlı mart günlərindən sonra müsəlman (azərbaycanlı) qurbanlarının yanında

Bilinməyən Xocalı dəhşətləri… – tükürpədən FAKTLAR və FOTOLAR

Ölülərin Bakı küçələrində daşınması. Mart. 1918-ci il

Bilinməyən Xocalı dəhşətləri… – tükürpədən FAKTLAR və FOTOLAR

Bakının tatar (azərbaycanlı) məhəlləsində 1918-ci ilin mart aqibəti

Britaniya hərbi korpusuna komandanlıq edən general Denstervil 1918-ci ilin 12 sentyabr tarixində öz gündəliyində yazmışdı: “Bu kinli ermənilər Məhəmməd ümmətinə qarşı olan öz vəhşi münasibətlərindən heç vaxt əl çəkməyəcəklər. Keçən gecə onlar tatar evinə hücum etdilər”. (“These wicked Armenian never cease their Mahometan atrocities. Last night they raided the Tatar hous”).

Həmin illərdə ermənilərin hərbi texnika, silah və əsgəri təchizat almaqda heç bir problemləri yox idi.

Bilinməyən Xocalı dəhşətləri… – tükürpədən FAKTLAR və FOTOLAR

Ermənilərin sıra təlimləri. Bakı, 1918-ci il

Bilinməyən Xocalı dəhşətləri… – tükürpədən FAKTLAR və FOTOLAR

1890-1914-cü illərdə erməni terroristləri üçün silah və əsgəri təchizatların əldə olunması və daşınması sxemi
(Abbas İslamova görə)

Göndərmə nöqtəsi imperiyanın silah paytaxtı olan Tula şəhəri idi. Məhz burada 1892-ci ilin sonundan başlayaraq yeni Mosina tüfənglərinin istehsalına başlandı. Mütləq qeyd etmək lazımdır ki, Çar Rusiyasında ordu silahlarının böyük partiyalarının sərbəst şəkildə nəğd pula satılması üçün ticarət mərkəzləri yox idi. Dövlətin Tulada yerləşən dövlət silah anbarlarından silahların terrorçulara verilməsi yalnız Rusiyanın müvafiq icazəsi ilə mümkün ola bilərdi. Silahların Tiflisə daşındığı dörd marşrut (Tula-Kiyev, Tula-Xarkov, Tula-Voronej və Tula-Bakı) şübhəsiz ki, uzun illər ərzində müəyyən edilmiş və həmçinin Rusiyanın hakimiyyət orqanları ilə sıx əməkdaşlıq qurularaq bu istiqamətdə dayanmadan çalışılmışdır.
Təəssüf ki, bu “təcrübədən” SSRİ-nin son illərində və Yeltsin dövründə də istifadə olunmuşdur: çox böyük sayda silahlar SSRİ-nin bütün ucqarlarından Ermənistana gəlirdi və oradan da Dağlıq Qarabağa daşınırdı. Bütün bunlara baxmayaraq üstəlik Yeltsin Ermənistanın silahlandırılması üçün dövlət səviyyəsində Ermənistana 1 milyard ABŞ dolları hədiyyə etdi.

Bilinməyən Xocalı dəhşətləri… – tükürpədən FAKTLAR və FOTOLAR

İnsanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri azərbaycanlıların Xocalıdakı soyqırımıdır.

Xocalıda 613 nəfər soyuqqanlılıqla qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70 nəfəri isə yaşlılardır.8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Yaralananlar – 487 nəfər, onlardan 76-sı uşaqdır. Əsir götürülmüşlər – 1275, itkin düşənlər – 150 nəfərdir.

Məşhur ingilis politoloqu, yazıçı və jurnalisti Tomas De Vaal Xocalıda azərbaycanlıların soyqırımı haqqındakı məşhur kitabında Serj Sərkisyanın həyasızcasına dediyi bu cümlələri verir: “Xocalıya qədər azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat etmək mümkündür; onlar düşünürdülər ki, ermənilər dinc əhaliyə toxunmazlar. Biz bu stereotipi dağıda bildik.”

Bir anlıga təsəvvür edək ki, o dövrdə Azərbaycana rəhbərlik edənlərdən kimsə Sumqayıt hadisələrinə belə bir münasibət sərgiləyəydi, o zaman nə baş verərdi: ”Onların bu yerləri unutmaları üçün bunu etməmiz çox vacibiydi”. Müəllifin zərrə qədər də şübhəsi yoxdur ki, həmin rəhbəri faşist elan edərək bütün Avropa ölkələrinə gedişinə qadaga qoyar və hərbi cani kimi Haaqa məhkəməsində mühakimə edərdilər. Avropa belədir!

Bilinməyən Xocalı dəhşətləri… – tükürpədən FAKTLAR və FOTOLAR

azərbaycanlıların soyqırımı

Bilinməyən Xocalı dəhşətləri… – tükürpədən FAKTLAR və FOTOLAR

Xocalıda qətliam və talanlar. Foto: Viktoriya İvleva. Mənbə: www.xocali.net

Bilinməyən Xocalı dəhşətləri… – tükürpədən FAKTLAR və FOTOLAR

Xocalı qurbanları

Bilinməyən Xocalı dəhşətləri… – tükürpədən FAKTLAR və FOTOLAR

Azərbaycanlıların Xocalıdakı soyqırımınının “qəhrəmanları” – marşal E.Şapoşnikov və 366-cı alayın komandiri Y.Zarviqorov

Rus zabiti ruhunda tərbiyə almış rus hərbi qulluqçuları onlar haqqında nifrətlə danışırdılar.

Xocalı soyqırımının törədilməsində təqsirli bilinən müqəssirlərin siyahısı:

1. Zarviqorov Yuriy Yuryeviç – 366-cı alayın komandiri
2. Çitçyan Valeriy İsaakoviç – 366-cı alayın birinci taborunun qərargah rəisi
3. Nabokix Yevqeniy Aleksandroviç – 366-cı alayın 3-cü taborunun komandiri
4.Ayriyan Vaçaqan Qriqoryeviç – 366-cı alayın kəşfiyyat rəisi
5.Akopyan Movses Qrantoviç – 366-cı alayın 1-ci tabor 2-ci bölüyünün komandiri
6.Abramyan Poqos Qarnuşeviç – Xankəndi sakini
7.Kisebekyan Qriqoriy Akopoviç – 366-cı alayın rabitə bölüyünün komandiri
8.Arutyunyan Slavik Vadimoviç – 366-cı alayın 5-ci bölüyünün komandiri
9.İşxanyan Andrey Artyuşeviç – 366-cı alayın 1-ci bölük təchizat tagımının komandiri
10.Beqlaryan Serqey Yurikoviç – 366-cı alayın 2-ci taborunun tagım komandiri
11.Arutyunyan Kamo Rafaeloviç – 366-cı alayın təmir bölüyünün tagım komandiri
12.Danilyan Armen Borikoviç – 366-cı alayın təmir bölüyünün tagım komandiri
13.Qarmaş Viktor Anatolyeviç – 366-cı alayın zabiti
14.Smaqin Aleksandr Vladimiroviç – 366-cı alayın zabiti
15.Balyazin Oleq Viktoroviç – 366-cı alayın zabiti
16.Beqlaryan Armen Volodyeviç – 366-cı alayın 1-ci bölüyünün baş texniki
17.Ayrapetyan Aleksandr Aleksandroviç – 366-cı alayın praporşiki
18.Mirzoyan Vaçik Qrantoviç – 366-cı alayın 2-ci bölüyünün giziri
19.Ayrapetyan Vaçik Qurqenoviç – 366-cı alayın 3-cü bölüyünün giziri
20.Abramyan Armo Aramoviç – Xankəndi Şəhər Daxili İşlər Şöbəsinin rəisi
21.Qukasyan Mavrik Araratoviç – Əskəran Rayon Daxili İşlər Şöbəsinin rəisi
22.Agacanyan Karlen Levonoviç – Əskəran Rayon Daxili İşlər Şöbəsinin keçmiş rəisi
23.Barseqyan Şaqen Semyonoviç – Əskəran Rayon Daxili İşlər Şöbəsinin rəis müavini
24.Petrosyan Karo Vaniyeviç – Əskəran Rayon Daxili İşlər Şöbəsinin yangından mühafizə bölməsinin rəisi
25.Koçaryan Serjik Sumbatoviç – Xankəndi şəhərinin türmə rəisi
26.Ayriyan Samvel Samurkayeviç – Əskəran Rayon Daxili İşlər Şöbəsinin inspektoru
27.Qriqoryan Edik Emirvaroviç – Əskəran Rayon Daxili İşlər Şöbəsinin əməkdaşı
28.Qriqoryan Ararat Rantikoviç – Əskəran Rayon Daxili İşlər Şöbəsinin əməkdaşı
29.Akopyan Oleq Nikolayeviç – Həsənabad kənd sovxozunun üzvü
30.Tumasyan Seyran Aprakoviç – Xasq kəndində sürücü
31.Babayan Qeorqiy Qinikoroviç – Həsənabad kənd sovxozunda sürücü
32.Qriqoryan Valerik Serqeyeviç – Həsənabad kənd sovxozunun üzvü
33.Balasanyan Vitaliy Mixayloviç – DQMR xalq cəbhəsinin sədri
34.Mirzoyan Maksim Mixayloviç – Xankəndi şəhər 2718 saylı avtobazanın rəisi
35.Babayan Bahadur Qiniqoroviç – Əskəran rayon sakini
36.Manqasaryan Artik Qurqenoviç – Əskəran rayonu Daşbulaq kənd sakini
37.Kaqramanyan Hamlet Asriyeviç – Əskəran rayonu Daşbulaq kənd sakini
38.Qriqoryan Canpolad Xanlaroviç – Xankəndi şəhər sakini
39.İşxanyan Yura Qeorqiyeviç – Əskəran rayonunda yeməkxana müdiri işləyib

Vladislav Krapivinin “Bürünc oglan” romanında belə bir sətirlər var:”Martın ortasında televizor xarab oldu. Babam tüpürərək-”Bu dəlixanaya kinoskop da dözmədi”-dedi. Dogrudan da, nə baş verdiyindən yalnız şeytan baş aça bilərdi. Qarabagda, eləcə də Ermənistan və Azərbaycan arasında əməlli-başlı müharibə gedirdi, ”Qrad” raket qurguları işə düşmüşdü. Xocalı şəhəri ətrafında baş verənləri göstərəndə Varya xala otaqdan çıxdı. Çünki ekranda qarla örtülmüş ərazi, ərazidə isə uşaqlı-böyüklü yüzlərlə meyit göstərirdilər…”

Dünyaca məşhur araşdırmaçı Erix Fayql müxtəlif zamanlarda müxtəlif xalqların soyqırımlarının tarixi rakursunda Xocalıda azərbaycanlıların soyqırımını belə təqdim edib (şəkilaltı şərhlər Erix Fayqlın özünündür):

Bilinməyən Xocalı dəhşətləri… – tükürpədən FAKTLAR və FOTOLAR

1941-ci il, Litva, Raynyay: kommunistlər marksizm nəzəriyyəsinə müqavimət göstərə biləcək hər kəsi öldürdülər. Lakin, insanlıga qarşı törədilmiş bu cinayətlərə görə hələ də bu günə kimi heç kim cinayətə cəlb olunmayıb, heç kim cavabdehlik daşımayıb.

Bilinməyən Xocalı dəhşətləri… – tükürpədən FAKTLAR və FOTOLAR

Xocalı, 26 fevral 1992-ci il. Erməni silahlı dəstələri keçmiş SSRİ hərbi birləşmələrinin köməyilə Azərbaycanın Xocalı şəhərini darmadagın etdilər.

XATIN, 1940-cı il, Rusiya: Smolensk yaxınlıgındakı Qnezdovo kəndinin Xatın meşəsində kütləvi divan. Minlərlə polyak zabiti qətl edilib.

Bu fakt hamıya məlumdur, ilk əvvəl də Stalinə, Beriyaya və onların yaxın çevrəsinə – marşal Varaşilova və sovetlər dövrünün ən qəddar və cəzalandırılmamış dövlət xadimlərindən biri olan erməni Anastas Mikoyana. Hələ Kalininin (qədim Keniqsberq şəhəri indi onun adını daşıyır) və çoxlu sayda hərbi əsirin ölüm hökmünü imzalayan Kaqanoviçin adlarını qeyd etmirik.

Bilinməyən Xocalı dəhşətləri… – tükürpədən FAKTLAR və FOTOLAR

UNDED-Nİ: Bütöv bir irqin məhvinin simvolu -Vunded-nidəki meyitlər, Cənubi Dakota, 29 dekabr 1890-cı il. Onları fərqli dini inanclarına görə qətl ediblər. Həmin gün 300 hindu qətlə yetirilib, onlardan da 200-ü qadın və uşaqlar olub. Adamların cəsədlərini üst-üstə qalaqlayıb yuxarısına da tüfəng sancırdılar ki, sonra şəkil çəkdirib satsınlar. “Ag adamlar” bu şəkil çəkilişinə tamaşaya yıgılırdılar.

Bilinməyən Xocalı dəhşətləri… – tükürpədən FAKTLAR və FOTOLAR

Minlərlə kamboca kəndlisi əzablı ölümlə qətlə yetirildildilər. Buna nə Avropada nə də BMT-də reaksiya vermədilər… Bu, heç kimi narahat etmirdi.

Bilinməyən Xocalı dəhşətləri… – tükürpədən FAKTLAR və FOTOLAR

Xocalı – Azərbaycanın bu kiçik şəhəri keçmiş SSRİ hərbi birləşmələrinin köməkliyi ilə erməni silahlı dəstələri tərəfindən yer üzündən silindi. Bu, iyirminci əsrin sonlarında Serbiya Srebreniçesiylə müqayisə ediləcək ən dəhşətli cinayətlərdən biriydi. Əgər, serb qatilləri tezliklə bəziləri istisna olmaqla beynəlxalq məhkəmə qarşısına çıxarılaraq ictimai qınaga məruz qaldılarsa, onlardan fərqli olaraq Xocalıdakı bu amansız aktın cavabdehləri və günahkarları olan ermənilər bu günə kimi başlarını dik tutaraq qürurla gəzir və üstəlik beynəlxalq ictimaiyyət tərəfindən “zərərçəkmiş” kimi qəbul olunurlar.

Erix Fayqlın gözüylə Xocalı faciəsi xalqların soyqırım tarixində

Bilinməyən Xocalı dəhşətləri… – tükürpədən FAKTLAR və FOTOLAR

Bunlar isə, o cəhənnəmdən qurtula bilənlərdir: əyinlərinə nə gəldi geyinib, evlərini və mal-mülklərini atıb qaçırlar. Foto: Frederique Lengaigne, mənbə: www.xocali.net

Dostoyevskinin “Karamazov qardaşları” romanının qəhrəmanı Alyoşa Karamazov soruşurdu: “Əgər xoşbəxt bəşəriyyətin binasını ucaltmaq üçün tək bircə uşaga əzab vermək lazım olsaydı, sən bu binanı onun göz yaşları üzərində tikməyə razı olardınmı?”

Qətlə yetirilmiş Xocalı uşaqlarının qorxudan bərəlmiş gözlərinə baxanda dəhşət hissindən sonra adamın aglına ilk gələn bu olur: “DQR”-nın “müstəqilliyinə” məhz bu yollamı getmək lazım idi?

Xocalı faciəsi komissiyasının materiallarından: ”1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-cı alay Xocalıya hücum etdi. Xocalıya hücumu təkcə Stepanakert tərəfdən deyil, həm Əskəran və həm də üst tərəfdən təşkil etmişdilər. Xocalı hücumunda təkcə 366-cı motoatıcı alay deyil, həm də digər erməni-rus hərbi birləşmələri iştirak ediblər”.

Eybəcər hala salınmış meyitləri Çingiz Mustafayevlə bərabər daşıyıb çıxaran Leonid Kraveç 366-cı alay haqqında görün nə yazır: ”Münaqişənin mərkəzində 366-cı alay dururdu. Onu gah çıxarır gah da geri qaytarırdılar. Nəhayət, alayın Qarabagdan çıxarılması haqqında yekun qərar qəbul etdilər. 1992-ci ilin martında biz onu Qarabagdan çıxartdıq. Ancaq bu köç kifayət qədər qəribə şəkildə baş verdi. Belə ki, texnikanın demək olar hamısı və 100-ə yaxın əsgər orda qalası oldu. Zabitlərin hamısı getdi,100-ə qədər əskər isə erməni ordusunda xidmət etmək üçün qaldı. Onlara o dövr üçün agılgəılməz bir məbləğdə pul təklif etmişdilər, onlar bu məbləgdə pulu o vaxta qədər heç yerdə görməmişdilər. Bu əsgərlər Xankəndində qaldılar.”

Məlum qüvvələr əvvəlcədən 366-cı alayı qanlı əməliyyata hazırlayırdılar.

“23-cü diviziyanın tərkibinə Xankəndində yerləşdirilmiş və Azərbaycanda nifrətlə xatırlanan 366-cı motoatıcı alay daxil idi. Bu alayın hərbi əməliyyatlar zamanı erməni tərəfində aktiv fəaliyyəti sizə məlum idimi?” – deyə B.Batıyev Qırmızı Bayraqlı 4-cü Ümumqoşun Ordusunun Azərbaycanda yerləşən 23-cü diviziyasının siyasi məsələlər üzrə rəisi polkovnik Vilya Salimullindən soruşur.

Onun cavabı isə belə olur: “1988-ci ildən diviziyada həqiqi hərbi xidmət keçən gizir və zabitlərin kütləvi yerdəyişdirilmələrinə başlandı. Milliyətcə erməni olanları Stepanakertə (Xankəndi-red.), azərbaycanlıları isə – Kirovabada (indiki Gəncə) dəyişdilər. 1989-cu ildə Tiflisdə hərbi müşavirədə (Zaqafqaziya hərbi dairəsinin qərargahı burada yerləşirdi-red.) mən bu sualı qaldırdım, əvəzində isə töhmət aldım. Mənə məsləhət gördülər ki, necə deyərlər, “başım girməyən yerə bədənimi soxmayım”.

Mən bilirdim ki, 366-cı alayda yöndə təxribatla məşgul olan bir neçə zabit var. Bu cür qalmaqallar baş verməsin deyə, biz onları oradan kənarlaşdırdıq.

– Bununla belə, 366-cı alayın 1-ci tabor qərargah rəisinin müavini kapitan Serqey Tuşov alayın Azərbaycanın Xocalı şəhərinin işgalı zamanı erməni tərəfində pul qarşılıgında döyüşmüş zabitlərini ifşa etmişdi…

– Mənə bu barədə heç nə məlum deyil. Mən bircə artilleriya divizionunun komandirini bilirdim, Agdam və Xocalını artilleriya atəşinə tutmaq cəhdinə görə biz onu həbs etdik. O, bunu özbaşına həyata keçirməyə cəhd etmişdi. 23-cü diviziyanın komandanlıgı ona belə bir əmr verməmişdi”.

Fevralın 25-i axşam saatlarından başlayaraq agır hərbi texnika və artilleriya qurgularından şəhəri kütləvi atəşə tutdular. Nəticədə şəhərdə yangınlar başlandı. Artıq 26 fevral səhər saat 5-ə qədər alov hər tərəfi cənginə almışdı. Şəhərdə qalmış təxminən 2500 nəfərə yaxın əhali dogma ev-eşiklərini tərk etmək məcburiyyətində qalaraq yeganə ümidləri olan rayon mərkəzi istiqamətinə – Azərbaycan şəhəri Agdama üz tutub qurtulmaq istədilər.

Ancaq bu niyyətləri baş tutmadı. Erməni silahlı dəstələri Xocalı şəhərini darmadagın etmiş motoatıcı alayın hərbi qüvvələrinin də köməyilə xüsusi amansızlıqla günahsız əhaliyə divan tutdular.

Uşaqları, qocaları və qadınları ermənilər Xocalıdan Şelli kəndinə tərəf apararaq yaxınlıqda yerləşən donuz fermasına doldurub elan etdilər ki, onlar əsir sayılırlar və bura onlar üçün daha təhlükəsizdi. Fermaya 3 minədək adam yıgılmışdı. Kim vaxtında Agdam tərəfə qaça bilmişdisə, onlar xilas ola bilmişdilər, kimlər ki, onlara inanıb fermada kömək gözlədilər, səhəri gün güllələndilər. Sonra cəsədləri barbarcasına təhqir olundu: südəmər körpələri süngülərə keçirdilər, bəzilərinin isə başlarını üzdülər.

“1992-ci ilin 26 fevral səhəri biz təxminən Xankəndi tərəflərdən qayıdırdıq, – deyə Kraveç xatırlayır, – birdən ikinci pilot mənə tərəf qışqırdı: ”Baxın, görün aşagıda nə qədər əski-üskü tullayıblar!”
Mən aşagı baxanda gördüm ki, hər yer al-əlvandı. Biz enişə getdik və qəfildən gördük ki, bunlar cəsədlərdir. Öldürülənlərin sayı azından 300-400 olardı və bəlkə də çox idi. Ərazidə yaraqlılar gəzir və yaralıları öldürürdülər. Onlar bizi görəndə helikopteri atəşə tutdular, ancaq uçub uzaqlaşa bildik.

Biz şokdaydıq. Mən həyatda çox şeylər görmüşəm, ancaq beləsini görməmişdim. Bu, dinc əhalinin kütləvi qırgınıydı. Bundan dəhşətli aksiya mən həyatım boyu görməmişəm.

Mən gördüklərimi dərhal öz komandanlıgıma bildirdim, o isə öz növbəsində məlumatı Bakıya ötürdü”.

Bunu isə hərbi helikopterlər bölməsinin komandiri Xanlar Səttarov xatırlayır: ”Xocalı faciəsi baş verərkən biz Zabratdaydıq. Əmr gəldi ki, heyəti yıgıb Agdama uçaq. Biz hələ nə baş verdiyini bilmirdik. Mən “Mi-8”-də uçdum, digərləri “Mi-24”-də. Biz yalnız ertəsi gün xəbər tutduq ki, ermənilər Xocalı şəhərini işgal ediblər. 27 fevral səhəri Əskəranla üzbəzüz dərənin üstündən duman çəkildikdən sonra bizim gözümüzün önündə dəhşətli bir mənzərə açıldı. Dərədəki bütün yarganlara dinc əhalinin cəsədləri atılmışdı. Görünənlərdən aydın olurdu ki, insanlar qorxudan bir-birilərinə qısılıblarmış və onları yuxarıdan güllələyiblər.

Biz “Mi-8”-lə bir az aralıda yerə endik, “Mi-24” isə yuxarıdan bizi qoruyurdu. Bizimlə gələn əskərlər cəsədlərin arasında yaralı və yaxud sag qalmış insanları axtarmaga başladılar və sag qalmış bir qadın tapdılar. Qadın büsbütün donmuş olsa da, sag idi. Bu zaman aralıdakı fermadan bizi atəşə tutmaga başladılar. Cavab olaraq “Mi-24” ferma istiqamətinə bir neçə raket zərbəsi endirib atışmanı yatırtdı. Biz həmin qadını və bir neçə cəsədi helikopterə alaraq Agdama qayıtdıq”.

366-cı alay 2270 №-li hərbi hissəsinin (Daglıq Qarabagda) əks kəşfiyyat şöbəsinin sabiq rəisi polkovnik Vladimir Savelyev Xocalı hadisələrinin şahidi olub və faciəyə dair ilk materialları toplayaraq onları 26 noyabr 1992-ci il, 19 mart 1994-cü il, 22 avqust 1998-ci il və nəhayət 2000-ci ilin iyul, dekabr tarixlərində BMT, Avropa Şurası və Baş Kəşfiyyat İdarəsinə “zabit Puqaçov” təxəllüsüylə təqdim etmişdir. Erməni terror təşkilatlarının və Rusiya silahlı birləşmələrinin Daglıq Qarabagda birgə keçirdiyi hərbi əməliyyatları müşahidə edən polkovnik olanları şərh edərək etiraf edirdi: ”Bütün bu olanlar haqqında mən yazmaya bilməzdim. Hər şey mənim gözlərimin önündə baş verdi. Körpələrin, qadınların, hamilə gəlinlərin güllələnmiş cəsədlərini unuda bilmirəm. Azərbaycanlılar məni bagışlasınlar ki, bu insanlıqdan kənar və qanlı qırgında mən onlara heç cür yardım edə bilmədim. Tək bacardıgım bu oldu ki, Kremlə, Müdafiə Nazirliyinə və həmçinin Baş Kəşfiyyat İdarəsinin generallarına 19 səhifəlik məxfi arayışı göndərə bildim. Qoy rus zabitinin şərəfinin necə ləkələndiyini oxuyub bilsinlər…”

İstintaq materiallarından məlum olur ki, Xocalı sakinlərinə qarşı bu qanlı divanda “ASALA” və “Qnçak” erməni terror təşkilatlarının üzvləri iştirak etmişlər.

XX əsrin əvvəllərində Almaniya imperatoru II Vilhelm müstəmləkəçilərə qarşı növbəti üsyanı yatırtmaq üçün Çinə yollanan avropa (başda almanlar olmaqla) qoşunlarına belə xeyir-dua verib: ”Siz çinlilərə elə bir dəhşət və elə bir qo

Tomas de Vaal Sərkisyandan soruşur: ”Xocalı hadisələri nəyə lazım idi?” Ermənistan prezidenti isə ona belə cavab verir:”Bunu etmək o baxımdan vacib idi ki, onlar bu torpaqları unutsunlar”.
Sərkisyanın əmri elə bu cür də yerinə yetirildi.

Markar Melkonyan yazır: ”Xocalı sakinləri 6 mil yol qət edərək az qala təhlükəsiz əraziyə yaxınlaşmışdılar ki, erməni əskərləri başlarının üstünü aldılar… Sonra bıçaqlarını qınından çıxararaq adamları kəsib dogramaga başladılar”.

“Gümrüdə törədilmiş cinayət hadisəsi qəddarlıgına görə bütün Ermənistanı silkələdi, – 20 ildən sonra R.Köçəryan danışır. – Bu, dəhşətli faciədi. Mən və ailəm bu olanlardan böyük sarsıntı keçirdik və hamı kimi biz də acılarımızı paylaşırıq”. Bəli, əlbəttə, Köçəryan düz deyir, ancaq bununla yanaşı o gərək bu suala da cavab verə: Köçəryanın özünün göstərişiylə Xocalıda törədilmiş o qətliam bu facıədən nə ilə fərqlənirdi və halbu ki, bu qətliam daha kütləvi halda baş vermişdi?

Ermənistan və Daglıq Qarabag ekstremistləri məhz buna nail olmaq istəyirdilər, ancaq tam olaraq əks effekt gördülər – qorxu hissi Xocalıda azərbaycanlıların soyqırımı təşkilatçılarının və təhrikçilərin özlərinin canını bürüdü. Xocalıdakı hadisələrdən sonra Azərbaycan itirilmiş ərazilərini azad etməyə və Xocalıda azərbaycanlıların soyqırımı təşkilatçılarının və təhrikçilərin cəzalandırılmasına daha böyük qətiyyətlə hazırlaşıb.

Azərbaycan hakimiyyəti ciddi cəhdlə çalışır ki, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırsın. ABŞ-ın 15 ştatında, Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Honduras, Peru, Panama, Pakistan, Meksika, İordaniya, Bosniya və Hersoqavina parlamentlərində Xocalı soyqırımını rəsmi olaraq tanıyıblar. (Qaynar.info)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakıda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar yürüş keçirilir

    Bakıda Xocalı soyqırımının 27-ci ildönümü ilə ...

    26-02-2019, 10:27

  • 
  • Ermənistan parlamentində Xocalı soyqırımı etiraf edildi

    Ermənistan parlamentində Xocalı soyqırımı etiraf ...

    4-07-2013, 17:56

  • 
  • BSU-da Xocalı faciəsi yad edilib -FOTOLAR

    BSU-da Xocalı faciəsi yad edilib -FOTOLAR ...

    25-02-2019, 16:21

  • 
  • Ermənilər ilk dəfə Xocalı faciəsini etiraf etdi (FOTO)

    Ermənilər ilk dəfə Xocalı faciəsini etiraf etdi ...

    26-02-2016, 16:05

  • 
  • Xocalı haqqında Zori Balayandan  dəhşətli etiraf

    Xocalı haqqında Zori Balayandan dəhşətli etiraf ...

    26-02-2017, 19:06


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (38)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu