GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İşğaldakı bölgənin başçısı biznesini paytaxta daşıyır

İşğaldakı bölgənin başçısı biznesini paytaxta daşıyır

Tarix: 29-02-2016, 13:18 Bölmə :Manşet Baxış: 0
İşğaldakı bölgənin başçısı biznesini paytaxta daşıyır

İşğaldakı bölgənin başçısı biznesini paytaxta daşıyır

Füzuli rayon rəhbəri Alı Alıyev fermer və parnik təsərrüfatlarını artırır, sahibkarlarla fermerlərə isə divan tutur; onun əməllərindən ifşaedici materiallar prezidentə ünvanlanıb

Füzuli rayon icra başçısının biznes imkanları genişlənir. Alı Alıyev ticari əlaqələrini paytaxtda inkişaf etdirməyə üstünlük verir. İşğal olunmuş bölgənin sahibi isə nə devalvasiya, nə sosial gərginlik, nə işsizlik probleminə görə narahatdır. Onun işi biznes imperiyasını böyütməkdir.

Başçı biznesini necə artırır?

“Gündəm-xəbər”in əldə etdiyi məlumata görə, A.Alıyevin fermerlərə çatacaq subsidiyaları mənimsəməsi nəticəsində varidatının miqyasını şaxələndirib. Xəbərlərə görə, icra başçısı Şamaxı, Qobustan, rəhbəri olduğu Füzuli və Bakının Qaradağ rayonunda fermer təsərrüfatları, parniklər yaradıb.

Bu gəlirli sahələrə nəzarəti isə ən yaxın adamlarına həvalə edib. Dövlət başçısının sahibkarlara dəstək verilməsi, iş yerlərinin açılması haqda göstərişlərinə A.Alıyev bu şəkildə addım atmaqla cavab verib. O, öz biznesini gücləndirməklə iş adamlarının, fermerlərin bazarında inhisarçıya çevrilib.

Digər bir xəbər isə ondan ibarətdir ki, icra başçısı yol tikintisi üçün ayrılan xərclərdən də külli miqdarda vəsait mənimsəyib. Bu kapital isə başçının rayonda obyektlərini artırmağa kömək edib. Hətta başçı bir sahibkara pul atıb.

Ona hotel tikməyi tapşırıb və prezidentin açılışda iştirak edəcəyini söyləyib. İş adamı milyonlar xərcləyib. Yekunda isə başçı ona nə kömək edib, nə hotel açılıb. Sahibkar isə təzyiqlərlə üzləşib və həbs olunacağından qorxduğu üçün şikayət etməyib.

Füzuli rayon icra başçısı Alı Alıyevin daha bir fırıldağı prezident sonuncu dəfə Horadiz şəhərinə səfər edərkən bir sıra sosial obyektlərin və digər inzibati binaların açlışında olub. Elə dövlət başçısı Horadizdə açlışını etdiyi iş yerlərindən biri də Tikiş fabriki olub. İcra başçısı bəh-bəhlə irəliyə çıxıb ölkə başçısını məhz elə burda aldadıb.

Prezidentə iki yalan

Belə ki, prezidenti aldadan Alı Alıyev qohum əqrabalarını, tanış bilişini tikiş fabrikinə yığaraq öz yalanları ilə prezidenti aldadıb. Prezident gedəndən dərhal sonra "işçiləri" çıxardaraq qapını bağlayır.

Dövlət baçısı da elə bilir ki, Horadizdə tikiş fabriki var və fəaliyyət göstərir. Daha bilmir ki, hələ də bu günə qədər açılışını etdiyi "Tikiş Fabriki" işləmir Alı Alıyev oranı öz dədə mülkünə çevirib.

Apardığımız araşdırmalar zamanı o da məlum olub ki, Füzuli rayonunda sahibkarlar Alı Alıyevin əlindən qan ağlayırlar. Şöhrət ordenli icra başçısı indi də sahibkarlara qənim kəsilib. Belə ki, Füzuli rayonun da barmaqla göstəriləsi bir dənə də olsun belə sahibkara rast gəlmək mümkün deyil. Əslində sahibkar var, amma sahibkar fəaliyyəti ilə məşğul olan yoxdur.

Çünki ona görə yoxdur ki, icra başçısı onların fəaliyyətini dondurub. Sahibkarlara göz verib işıq verməyən icra başçısı bu sahədə də prezidenti aldadır. Buna misal olaraq deyə bilərik ki, Horadizdə beton zavodu fəaliyyət göstərir, amma icra başçısı prezidentə həmin zavodun fəaliyyət göstərdiyini yalan məlumat verib.

Götürüək elə Zobcuq 2 qəsəbəsində ki, çörək sexini fəaliyyəti başçı tərəfindən dayandırılıb prezident isə elə bilir ki, Füzulidə çörək sexi var və fəaliyyət göstərir, xeyi sayda da insanlar orada çalışır və dolanırlar.

Əslində isə bütün bunlar, yəni prezidentə verilən məlumatlar Alı Alıyevin frıldağının məhsuludur ki, prezidenti aldadaraq ona yalan məlumatlar verib. Götürüək elə dünyada brend olan"Qarabağ Broyler"i.

Əldə etdiyimiz məlumatlara görə oölkə prezidentinin özünün açılışını etdiyi "Qarabağ Broyler" artıq öz fəaliyyətini dayandırıb. Məlumatlara görə, buranında dayandırılmasına səbəb məhz elə icra başçısıdır.

Sahibkarlara divan tutulur

Azərbaycanda yerli məmurların daha çox özbaşınalıqla məşğul olması səbəbindən onlar haqqında yuxarı instansiyalara edilən şikayətlər də çox olur.

Prezident Admnistrasiyası artıq bir neçə ildir ki, daha çox şikayət olunan icra başçılarının «reytinq cədvəli»ni də hazırlayaraq, onu cəmiyyətə açıqlayır. Məlumatda bildirilir ki, yeni ilin ilk ayı üzrə hazırlanmış «reytinq cədvəli»ndə də maraqlı məqamlar var.

Məlumatlarda deyilir ki, Prezident Admnistrasiyasına müraciət edən vətəndaşların ən çox şikayətçi olduqları yerli məmurlardan biri də Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyevdir. Füzuli rayonunun rəhbərinin özbaşınalığı, qanunları saya salmaması, habelə total korrupsiyaya yol verdiyini əhatə edən bu şikayətlərin ümumi sayının yüzlərlə olduğu bildirilir.

Rayonda sahibkarların sıxışdırılması, onlardan qanunsuz ödəmələrin tələb olunması artıq ənənə halını alıb. Prezident İlham Əliyevin bu kimi neqativ hallara qarşı barışmaz olacağını və bu vədində nə qədər ciddi olduğunu atdığı addımları ilə sübut etməsinə baxmayaraq Füzulinin icra başçısı əməllərindən qalmır.

Rayonda yarıtmaz idarəçilik səbəbindən problemlər kifayət qədərdir. Bir neçə gün öncə, daha dəqiqi, yanvarın 13-də Füzulidə bir qrup sakinin etiraz aksiyası keçirməsi də məhz bunun nəticəsidir. Həmin hadisələr isə rayondakı digər problemlərin də üzə çıxmasına səbəb oldu.

Bəlli oldu ki, rayonda Alı Alıyevin etimad göstərərək yüksək vəzifələrə təyin etdiyi məmurlar üçün dövlətçilik maraqları anlayışı ümumiyyətlə yox imiş. Hər halda məlum aksiyadan sonra Füzuli rayonunda həyata keçirilmiş həbslər və həmin həbslərlə bağlı verilən açıqlamalardan çıxan nəticə budur.

Alıyev müsavatçıdır yoxsa...?

Füzuli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Alı Alıyevin barəsində yayılan qalmaqallı məlumatlar səngimək bilmir. Bu məmurun adı indiyə qədər bir çox qanuna zidd işlərdə çəkilib və o dövlət büdcəsinə külli miqdarda ziyan vurmaqda ittiham olunub.

Buna baxmayaraq, icra başçısının barəsində hələ də heç bir ölçü götürülmür və bundan istifadə edən məmur qanunsuz əməllərini sıralayır. Aparılan araşdırmalar göstərir ki, Alı Alıyev hazırda iqtidar komandasında təmsil olunsa da, əvvəllər müxalifət düşərgəsində yer alıb.

Yayılan məlumatlarda bildirilir ki, o vaxtı ilə hazırkı müxalifət partiyalarının birinin üzvü olub: «Alı Alıyev 90-cı ildən başlayaraq Füzulidə yüksək vəzifələrdə işləyib, hətta uzun müddət rayonda “Aqroprom”un sədri də olub.

Onu yüksək vəzifəyə «Meliorasiya və Su Təsərrüfatı» Açıq Səhmdar Cəmiyyətinin sədri olan Əhməd Əhmədzadə gətirib. Bir neçə il öncə Alı Alıyevin icra başçısı təyin edilməsində də Əhməd Əhmədzadənin xüsusi rolu olub.

AXCP-Müsavat hakimiyyətə gəldiyi vaxtda Alı Alıyev Füzulidə tutduğu yüksək vəzifəsindən azad edilib. Lakin o, rayonda vəzifədə işləmək üçün rayon rəhbərliyinə müraciət edib. Həmin vaxt Alı Alıyevə iqtidar partiyasına üzv olmaq təklif edilir və o təklifi qəbul edir. Deyilənə görə, Müsavat partiyasına üzv olmaq üçün partiyanın rayon təşkilatına ərizə ilə müraciət edir və partiyaya üzv qəbul olunur».

Adıçəkilən məmurla bağlı ən maraqlı məqam onun hələ də Yeni Azərbaycan Partiyasına (YAP) üzv olmamasıdır. Bildirək ki, bununla bağlı başçının tərcümeyi-halında heç bir məlumat yerləşdirilməyib.

İddialara görə isə Alı Alıyev hələ də müsavatçıdır: «Bu barədə 1992-93-cü ildə Füzuli rayonunda rəhbərlikdə olan şəxslərdən soruşmaq olar. Həmin vaxt Alı Alıyev rayonda yüksək vəzifə tutub.

Fermerlər başçını ifşa edib

Rayon icra başçısı Alı Alıyevin əməllərini ifşa edən materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub. Ölkə başçısının məmurlara etdiyi xəbərdarlıqdan sonra bu müraciət nəzarətə götürülüb. İddialara görə, icra başçısının son hadisələrdən sonra fəaliyyətinin təftiş edilməsinə

başlanıb. Fermerlər bildirirlər ki, Füzuli rayonunda subsidiyalar mənimsənilir. Bu Füzili Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin başçılığı ilə edilir. Bu işdə ona kənd təsərrüfatı naziri Heydər Əsədov da yardım edir. İcra başçısının təzyiqlər ilə üzləşəcəklərinə görə müraciət müəllifləri adlarının açıqlanmasını istəyiblər. Müraciətdə deyilir ki, ölkə prezidenti İlham Əliyev kənd təsərrüfatı istehsalçılarına buğda əkininə görə subsidiyaların verilməsində şəffaflığın təmin edilməsinə göstəriş versə də, Füzuli rayon icra başçısı buna məhəl qoymayıb.

Rayonun Horadiz kəndi işğalda olmasına baxmayaraq torpaqdan istifadə hüququna dair sənədi olmayan bir qrup adamlara kənd icra nümayəndəsi Ağayev Rasim Muradxan oğlu kolxoza aid torpaqları özünə və subsidiya yazılmasından xəbəri olmayan 21 nəfərə 700 hektar arpa və yonca sahəsini buğda əkini kimi göstərərək subsidiyalar yazmışdır. Göründüyü kimi təqdim olunan subsidiya siyahısı tamamilə saxtadır.

İllər əvvəl başlanan maxinasiyalar...

Alıyevin maxinasiyaları illər əvvəldən başlanıb. Xatırladaq ki, İlham Əliyev 2011-ci ildə Füzuli rayonunun Əhmədbəyli-Alxanlı-Zobuçuq kəndlərarası yolların təmiri və çəkilməsi üçün 7 milyon manat vəsait ayırıb.

Həmin yol Bakı-Füzuli-Ağdam magistral yolu olduğu üçün ancaq yolun üzərinin asfalt örtüyü üzündən təmir edilib. Ayrılmış vəsaitin isə hara xərclənməsi məlum olmayıb. Sözügedən magistiral yolu əks etdirən “Ala qapı” adlanan yol göstəricisi ləğv edilmiş, əvəzinə həmin yerdən iki kilometr qabaqda, kiçik bir yol göstəricisi yolun kənarında vurulub.

Horadiz şəhərinin abadlığı üçün 2011-ci ildə Heydər Əliyev Fondundan 2 milyon, Neft Fondundan 2 milyon və bununla bərabər əhalidən yığılan pullarla, ümumilikdə 8 milyon manatı guya bu yollara və rayondakı abadlıq işlərinə xərclənib.

Üstəlik, Horadiz şəhərinin abadlığı və quruculuğu ilə bağlı 2006-2008-ci illərdə 4 milyon manat pul ayırılıb. Həmin illər rayona təhkim edilmiş Dərin Özüllər zavodu isə 3 milyon manatı ilə geniş tikinti işləri aparıb.

Zavodun tikdirdiyi hasarların bir hissəsi Alı Alıyev tapşırığı ilə rənglənmiş, İlham Əliyevin keçəcəyi yerlər isə aqlay örtüklə üzlədilıb. Bununla da Horadizin abadlıq və quruculuq işlərinə yazılan 15 milyon manatın xərcləndiyi qeyd edilib. Ancaq bu belə deyil, bu ad altında külli miqdarda pul mənimsənilib.

Rafiq Qara

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Alı Alıyevin prezidentə yalanlarının şok detalları…

    Alı Alıyevin prezidentə yalanlarının şok ...

    16-12-2015, 02:28

  • 
  • Alı Alıyev Füzulidə yas mərasimi qadağan etdi - ŞOK!!

    Alı Alıyev Füzulidə yas mərasimi qadağan etdi - ...

    19-08-2014, 17:49

  • 
  • Füzulinin icra başçısı Bakıya niyə çağırılıb?

    Füzulinin icra başçısı Bakıya niyə çağırılıb? ...

    30-03-2014, 21:45

  • 
  • Vilayət Eyvazov icra başçısının oğluna vəzifə verdi - FOTO

    Vilayət Eyvazov icra başçısının oğluna vəzifə ...

    26-08-2019, 13:36

  • 
  • FÜZULİNİN İCRA BAŞÇISI MÜSAVATÇI İMİŞ – ŞOK İDDİA

    FÜZULİNİN İCRA BAŞÇISI MÜSAVATÇI İMİŞ – ŞOK İDDİA ...

    25-02-2016, 16:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu