GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakimiyyətin dözümsüzlük bəlası

Hakimiyyətin dözümsüzlük bəlası

Tarix: 8-04-2013, 10:06 Bölmə :Manşet Baxış: 809
Hakimiyyətin dözümsüzlük bəlası

Fərqli fikirlərə qarşı aqressivlik siyasi böhrana aparır

Çox qəribə vəziyyət yaranıb. Ölkədə hər qrupdan olan insanları həbs edirlər. Aylarla maaşını ala bilmədiyinə görə etiraz edən fəhlə də, təhqir olunduğuna dözə bilməyib hikkələnən rayon sakini də, “əsgər ölümlərinə dur”-deyən gənc də zindana atılır, hansısa cümə xütbəsində kəskin fikirlər səsləndirən dindar da. Bəs, bu cür inzibati metodlarla cəmiyyətdəki narazılığın qarşını almaq mümkündürmü?
İlk əvvəl ondan başlayaq ki, bir ölkədə fəhlədən tutmuş ziyalıya, gəncdən tutmuş din xadiminə qədər hər kəs etiraz edirsə, deməli orada böyük problemlər var. Ortaya çıxan etirazlar da problemlərin nəticəsidir. Mübarizə aparılacaqsa, o, səbəbə qarşı yönəlməlidir, nəticəyə qarşı yox. Üstəlik, təcrübə də göstərir ki, narazılığın kök saldığı toplumlarda nəticəyə qarşı aqressiv tutum nəinki effektli olmur, əksinə, problemləri dərinləşdirir. Xüsusilə də o zaman ki, nəticəyə qarşı mübarizə problemi lokallaşdırmağa yox, əhatə dairəsinin böyüdülməsinə xidmət edir.
Hakimiyyətin fərqli fikir daşıyıcılarına qarşı apardığı mübarizə də əslində mahiyyət etibarilə problemin lokallaşmasına deyil, daha da genişlənməsinə və nəticədə qorxulan xofun reallığa çevrilməsinə xidmət edir. Çünki fərqli fikirlər bir çoxlarının təsəvvür etdiyi kimi dağıdıcı xarakter daşımır, əksinə o, istənilən cəmiyyəti sosial təlatümlərdən qoruyan, toplumun dinc və əmin-amanlıq şəraitində inkişafını təmin edən əsas ünsürdür. Müxtəlif fikirlərin rəqabəti, qarşılıqlı təsir imkanları sayəsində demokratik dövlətlər indiki inkişaf səviyyəsinə qədəm qoymuş və uzunömürlülük qazanmışlar. Başqa fikirlərə qarşı aqressiv münasibət bəsləyən ölkələr isə özünü layiq olduğu kimi inkişaf etdirə bilməmiş və tarix səhnəsindən silinmişlər. Bu mənada fikir plüralizmi yalnız vətəndaşın söz və ifadə azadlığı deyil. Həm də cəmiyyətin hərtərəfli inkişaf mexanizmi, dövlətin ömrünü uzadan ən effektli vasitədir. Nə yazıq ki, fikir plüralizmi sahəsində onsuz da büdrəyən cəmiyyətimizin getdikcə bu təməldən uzalaşdığını müşahidə edirik. Bu uzaqlaşmanın əsas səbəbi isə hakimiyyətinin təkdüşüncəli toplum yaratmaq istəyindən irəli gəlir. Sovet sisteminin qalıntıları olan məmurlar ordusunun hələ də iş başında olması və onların yeni tərzdə işləyə bilməməsi istər-istəməz fərqli fikirlər arasındakı münasibətləri sakit məcradan çıxarır, onları qarşı-qarşıya qoyur.
Hakim düşüncənin cəmiyyətdəki bütün digər fikir daşıyıcılarına düşmən gözüylə baxması və onları eyni anda cəzalandırmağa çalışması isə vəziyyəti daha da tündləşdirir, bütün tərəflərin eyni cəbhədə birləşməsinə, və fikir müxtəlifliyinin inkişafının qarşısını kəsməsinə xidmət edir. Nəticədə cəmiyyət ətrafa yalnız ağ və ya qara rəngi görə bilən gözlüklə baxmağa başlayır, “ya məndən ol, ya mənə qarşı ol” fəlsəfəsinin hakim olduğu topluma çevrilir. Bu isə sabahın mütləq mənada qarşı-qarşıya gələn, ideoloji münaqişələr və savaşlar içərisində çabalayan toplumunu yaratmaq deməkdir.
Tək təfəkkürlü toplum yaxın tarixə qədər bəlkə də hakimiyyətləri qorumağın ən asan yolu idi. Müasir çağımızda isə bu cür siyasi bölünmələr ən böyük zərbəni hakimiyyətin özünə vurur. Ən azı ona görə ki, həm bütün rəqiblərin daha sıx birləşməsinə yol açır, həm də narazılar auditoriyasının artması istər-istəməz cəmiyyətin bu vaxta qədər passivliyi ilə seçilən təbəqələrini də aktivləşdirir.
Buna ən bariz misal olaraq Hacı Talehin həbsinə etiraz edən dindar elektoradın Nardaranda keçirdikləri mitinqdə “Nida” Vətəndaş Hərəkatını açıq şəkildə dəstəkləyən çıxışlar etməsini göstərmək olar. Halbuki, indiyə qədər cəmiyyətimizdə dünyəvi və dini düşüncə mənsubları bir-birini həzm edə bilmir və biri digərini anti-milli qüvvələrlə əməkdaşlıqla günahlandırırdılar. Hətta dindar kəsimin haqlarını müdafiə etdiyi Hacı Taleh Bağırov həbsindən bir neçə həftə əvvəlki çıxışlarından birində müxalifətlə iqtidarın bir medalın iki üzü olduğunu söyləyirdi. Eynilə, özünü demokratik müxalifət adlandıran digər kəsim də dindarlara İranın və ya Səudiyyə Ərəbistanının adamları kimi baxırdılar. İndi isə iki fərqli qütbün, hətta belə demək mümkünsə, çarpışan tərəflərin adamları getdikcə eyni cəhbədə birləşməyə doğru gedirlər.
Onların ittifaqlarını gücləndirən amillər də var, təbii. Bu amilləri ölkədəki iqtisadi böhranın dərinləşməsi, sosial ədalətsizliyin baş alıb getməsi və informasiya texnologiyalarının qloballaşması kimi başlıqlar altında sıralamaq olar. Qısa şəkildə desək, cəmiyyətimizdə sosial narazılığın artması və iqtisadi böhranın dərinləşməsi getdikcə birləşmə meyli göstərən qütblərarası ittifaqların sıralarını yeni qüvvələr hesabına sıxlaşdırır və gücləndirir. Digər tərəfdən sosial şəbəkələrin ictimai rəy yaradıcılığında rəsmi KİV-ləri üstələməsi və kökü xaricdə bitən bu informasiya ağaclarının budamasında rəsmilərin qarşılaşdıqları çətinliklər qüvvələr nisbətini hakim zümrənin əleyhinə çevirir. Bu vəziyyətdə sosial təlatümlər risqini azaltaq üçün ən gözəl yol fikir plüralizminin qarşısını kəsən addımlar atmaq yox, əksinə buna münbit şərait yaratmaqdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nüfuzlu din xadiminə qarşı zorlama ittihamı – şok video

    Nüfuzlu din xadiminə qarşı zorlama ittihamı – şok ...

    22-08-2013, 13:08

  • 
  • Sərdar Cəlaloğlu Milli Şuranın mitinqinə qarşı çıxdı

    Sərdar Cəlaloğlu Milli Şuranın mitinqinə qarşı ...

    13-12-2013, 16:21

  • 
  • İrəvan mitinqində siyasi tələblər səsləndi

    İrəvan mitinqində siyasi tələblər səsləndi ...

    10-07-2015, 12:22

  • 
  • Leninin heykəlinin uçurdulmasına Azərbaycandan ETİRAZ

    Leninin heykəlinin uçurdulmasına Azərbaycandan ...

    9-12-2013, 11:18

  • 
  • Nazir Putini təhqir etdi

    Nazir Putini təhqir etdi ...

    19-06-2014, 10:28


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu