Kiyevdə keçirilən aksiyada qadın müxbir naziri sual atəşinə tutub
Ukraynanın müvəqqəti xarici işlər naziri Andrey Deşitsya Rusiya prezidenti Vladimir Putini təhqir edib. Paytaxt Kiyevdə Rusiyaya qarşı keçirilən etiraz aksiyası zamanı Hromadske televiziyasının qadın müxbiri naziri sual atəşinə tutub. Tərəflər ölkənin şərqində yaşanan zorakılıqlarla əlaqədar mübahisə aparıblar. Bu vaxt ikili arasında qəribə dialoq baş tutub. Andrey Deşitsya: - Gəlin sabah birlikdə Luqanska gedək və orada məskunlaşan rusları öldürək. Lakin mən bir deputat kimi heç kim öldürməyəcəm. Jurnalist: - Siz nə danışırsınız, heç kimi öldürmürük. Andrey Deşitsya: - Bəs, onda niyə bura gəlmisiniz? Jurnalist: - Dinc şəkildə etiraz etmək üçün. Andrey Deşitsya: - Elə isə, mən də etiraz edirəm. Etirazlara qarşı çıxmıram. Sizinlə burada bir yerə toplaşıb «Rusiya, Ukraynadan cəhənnəm ol çıx» sözlərini deməyə hazıram. Bəli, Putin ... dur. Nazirin bu sözlərinə fəallar da dəstək veriblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?