GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Əhəd Abıyevin “hesabatı” necə faş oldu? – Təfsilat

Əhəd Abıyevin “hesabatı” necə faş oldu? – Təfsilat

Tarix: 7-03-2016, 16:54 Bölmə :Manşet Baxış: 0
Əhəd Abıyevin “hesabatı” necə faş oldu? – Təfsilat

İcra başçısının konfransda rayondakı inkişafdan ağızdolusu danışdığı yalan və quru statistikanı bir jurnalist təhqiqatı alt-üst elədi; Daşkəsən rəhbəri “Gündəm-xəbər”in yazdığı faktlara başqa mediada ad çəkmədən reaksiya verib

Ötən ay Daşkəsən rayon İcra Hakimiyyətində hesabat tədbiri keçirilib. Rayonun icra başçısı Əhəd Abıyev ictimaiyyət qarşısında illik hesabat verib. Hesabat konfransında rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, millət vəkilləri, ayrı-ayrı səhiyyə və təhsil işçiləri, ayrı-ayrı rəsmi şəxslər iştirak ediblər.

Hesabat yoxsa?

Ə.Abıyev tədbirdə rayonda görülən işlərdən, inkişafdan ağızdolusu danışıb. İcra başçısı tədbirin yekununda Bakıdan gələn şəxslərə qonaqlıq verməyi də unutmayıb.

Bu barədə mötəbər mənbədən “Gündəm-xəbər”ə məlumat daxil olub. Qaynağımızın sözlərinə görə, icra başçısının saxta hesabatı və yalan statistikası ilə əhatələnmiş çıxışı gurultulu alqışlarla başa çatıb. Paytaxtdan gələn qonaqlar isə icra başçısının hesabından olan ziyafətdə iştirak ediblər.

Əldə etdiyimiz məlumata görə, rayonda problemlərin dizə qədər olması, çətinliklərin xirtdəyə çatması, məmur özbaşınalıqlarının həddini aşmasına baxmayaraq Daşkəsənin inkişafından bəh-bəhlə danışılıb. Halbuki bu ucqar dağ rayonunda nələr baş verdiyini görmək və bilmək üçün mətbuatda gedən son yazılara nəzər yetirmək kifayətdir.

Elə qəzetimizin ötən saylarının birində də bu haqda geniş məqalə dərc olunub, faktlar ortaya qoyulub. Ə.Abıyevin biznes əlaqələri, qanunsuzluqları, rayondakı problemləri tək-tək qeyd edilib. İcra başçısı haqda həmin geniş araşdırma yazısı ciddi rezonans doğurub.

Başçının reaksiyası...

Qəzetimizdə çap olunduqdan sonra müxtəlif saytlar və qəzetlər də istinadla yazını dərc ediblər. Tutarlı və geniş bir yazıya isə icra başçısı “Gündəm-xəbər”də reaksiya vermək, münasibət bildirmək əvəzinə ayrı mətbu orqanda açıqlaması ilə kifayətlənib. Ə.Abıyev qəzetlərdən birinə müsahibəsində “Gündəm-xəbər”in yazdıqlarına ad çəkmədən münasibət bildirib, araşdırma yazısındakı detallara toxunub, yazıdakı tənqidi fikirləri öz mövqeyini bildirib.

Halbuki, icra başçısı yazının dərc olunduğu qəzetlə əlaqə saxlaya və açıqlama verə bilərdi. “Gündəm-xəbər” qəzetinin də Ə.Abıyevə qarşı heç bir qərəzi yoxdur və məmnuniyyətlə onun fikirlərinə peşə etikasına uyğun olaraq yer ayıra bilərdi. Ancaq icra başçısı başqa qəzetdə “Gündəm-xəbər”də çap olunmuş yazının tezislərinə münasibət bildirməyə üstünlük verib.

Qəzetimizdə tənqidi bir yazı dərc olunub, təhqirə yol verilməyib və bir rayon haqda, onun rəhbəri barəsində məlumatlar ictimailəşdirilib. Ə.Abıyevə bu məsələlərlə əlaqədar zəng etməyə çalışsaq da, danışmaq mümkün olmadı. İstənilən halda onun mövqeyini dərc etməyə yenə hazırıq. Bəs həmin yazıda nələrdən həs olunurdu? O məlumatlar ki, icra başçısı hesabat tədbirində bir kəlmə də danışmayıb.

Karxanaların təkzibi?

Ondan başlayaq ki, Abıyevin neçə ildir başçılıq etdiyi Daşkəsən rüşvət və problemlər bataqlığında çabalayır. Rayonun rəhbəri Əhəd Abıyevin əsas vaxtını Bakıda keçirməsinə görə ucqar dağ rayonu başdı-başına qalıb.

Nəticədə Ə.Abıyev rayonda qanunsuzluqların çoxalması üçün əlverişli imkan yaradıb. İcra başçısı filiz biznesindən, daş karxanaların sahiblərindən, Xoşbulaq və Narzanda yerləşən istirahət mərkəzlərindən və ayrı-ayrı idarələrdən aylıq bac, xərac toplamasa onların fəaliyyətinə imkan verməz. Salyanın icra başçısı Tahir Kərimovun Daşkəsəndəki obyektləri, daş karxanaları Əhəd Abıyev tərəfindən idarə olunur. T.Kərimov Daşkəsənə rəhbərlik edərkən bu rayonda bir neçə daş karxanası olub. Vəzifəsini dəyişəndən sonra təbii ki, obyektlərini özü ilə aparası deyildi. Əhəd Abıyevlə “dostcasına” razılığa gəliblər. T.Kərimovun yeni başçıya “haqq” verməsi müqabilində. Rayonun kəndləri isə səfalət içində yaşayır. Onlar işsizlikdən gileylənir. Çünki vəzifələrdə qonşu rayonların adamları yerləşdirilib. Ə.Abıyevin bu bölgənin insanlarına ögey münasibəti rəhbər təyin olunduğu vaxtdan müşahidə olunur. Eyni zamanda manatın üzən məzənnəyə keçidi əhalinin vəziyyətini çətinləşdirib. İcra başçısı isə qiymətlərin tənzimlənməsinə nəzarət etmir. Çünki başının biznesinə qarışdığı qeyd olunur. Odur ki, ölkə prezidenti İlham Əliyevə ünvanlı müraciətlərdə Əhəd Abıyevin Xoşbulaqdakı toxunulmaz dövlət torpaq sahələrini dağıdaraq hasarlaması, torpağın darmadağın edilərək xəndəkləməsi qeyd olunub.

Sosial problemlərin siyahısı

Sosial problemlərə gəlincə, Daşkəsən rayonu 5 ildir su üzünə həsrət qalıb. Rayon su idarəsinin müdiri Pənah Əhmədov vəzifəyə gələndən su sayğaclarının quraşdırılması dayandırılıb. Yerli sakinlər qeyd edirlər ki, idarə müdiri suyu fermer təsərrüfatlarına satıb, əhalini isə susuz qoyub. P.Əhmədov bu “əməliyyat” hesabına böyük gəlirlər əldə edib. Abonentlərdən su pulu isə yığılması öz növbəsində davam edir. Daşkəsənlilər 5-9 gündən bir su görür ki, o da cəmi yarım saat. İdarə müdirinin başı isə su borularının təmiri adı altında pul silinməsinə qarışıb. Rayonun istixanaları da darmadağın edilib. 1860 abunəçisi olan şəhərin 70 faizində su sayğacı yoxdur. Bu hesabla sayğacı olan sakinlərdə su sayğacı 30-50 qəpik yazdığı halda sayğacı olmayan sakinlərdən adambaşı hesabla 2-4 manat pul yığılır. O da orta hesabla hər ay 4-5 min manat artıq pul yığılıb mənimsənilməsinə gətirib çıxarır. Yay aylarında Qoşqar su xəttini hər heyvan sürüsünə 1000-2000 manat olmaqla, hər bağ evinə 100-300 manat olmaqla alınaraq Xoşbulaqda satılır. Bu da orta hesabla hər il yay aylarında 30000-45000 manat pul deməkdir. Pənah Əhmədov ustalıqla bu pulu mənimsəyir və əhali də susuz qalır. Hər il Baş İdarədən rayon su xəttini təmirinə 100 000 manat pul ayrılır. Cari ildə təmir adı altında saxta sənədlə Pənah Əhmədov vəsaiti mənimsəyib. Bundan başqa, bir müddət əvvəl Əhəd Abiyev yaylaq qalmaqalı ilə gündəmə gəlib, çobanlara Daşkəsən yaylağına qalxmaq üçün rüşvət tələb edib. Çobanlar isə bununla bağlı prezident İlham Əliyevə, ölkənin birinci xanımına və hüquq-mühafizə orqanlarının rəhbərlərinə şikayət ərizəsi ilə müraciət ediblər. Çobanlar bildirirlər ki, Əhəd Abiyevin özbaşına əməlləri nəticəsində onların yaylaq hüquqları kobud şəkildə pozulub. Belə ki, Ə.Abiyevin Bakı şəhərində yanacaqdoldurma məntəqələri, istehsalat sahələri, Xətai rayonunda 680 kv.m, 1460 kv.m və 5543,4 kv.m torpaq sahəsi, Badamdarda 3 ədəd villası, Qaradağ rayonunda milyonlarla manat qiyməti olan bağ evi, Qaxda, Nabranda, Xaçmazda, Qubada istirahət mərkəzləri, otellər, villalar məhz qohumlarının adınadır.

4.2 milyona yeni bina

Daşkəsənin icra başçısı Dövlət Büdcəsindən rayona ayrılan 8 milyon manata yaxın vəsaitin 50 böyük hissəsini təyinatı üzrə xərclənməsinə imkan verməyib. Bu pulun 4.2 milyon manatına icra başçısı Əhəd Abıyev İcra Hakimiyyətinin yeni binasının inşasına xərcləyib.

Daşkəsəndə görülmüş abadlıq və yenidən qurma işlərinə gəldikdə isə durum bir qədər fərqlidir. Verilən məlumata görə, Heydər Əliyev prospektində istinad divarlarının təmir işlərini həyata keçirmək üçün büdcədən 349303,7 manat qoparmağa nail olan icra başçısının məqsədi elə həmin pulu almaq olub. Çünki həmin divarlara vurulan daşlar bir yağışdan sonra sökülməyə başlayıb. Abadlıq işləri və Daşkəsən şəhərində H.Əliyev prospekti və ona bitişik yollarda təmir və abadlıq işlərinin satın alınması üçün ayrılmış 2 milyon manat da eyniylə bu şəkildə xərclənib və nəticələr yolların dağılmasından başqa bir şey deyil. Bir başqa yeyinti yeri kimi isə Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun əsaslı təmir işləri göstərilir. Buraya 1,3 milyon manat ayrıldığı və görülən işlərin də bərbad vəziyyətdə olduğu vurğulanır. Bu yolun əsaslı təmiri üçün isə daha 140 min manat pul

almağı bacaran icra baçısı imkan daxilində üçüncü dəfə də pul əldə etmək üçün hökumətə müraciət edə bilər.

Əhəd Abıyev 1958-ci il yanvarın 15-də Masallıda anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və "Təfəkkür" Universitetinin hüquq fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə Masallı Konserv Zavodunda başlamışdır. 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur.

1979-1980-ci illərdə Azərbaycan Avtomobil Nazirliyinin 1 saylı tikinti-quraşdırma idarəsində usta, 1980-1982-ci illərdə Bakı şəhər Mənzil İdarəsində texnik, 1982-1984-cü illərdə "Azərittifaq" Universal bazasında iqtisadçı, 1984-1991-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991-1995-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Parlamentdəki fəaliyyəti dövründə Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü, Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Əlcəzair, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2011-ci il tarixli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Bütün bu iddialarla bağlı icra başçısını dinləməyə, müsahibə götürməyə hazırıq.

R.Qara

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Əhəd Abıyev prezidentə yalan danışmaqda ittiham olunur — Daşkəsən avtovağzalı 4 ay əvvəl açılsa da…

    Əhəd Abıyev prezidentə yalan danışmaqda ittiham ...

    6-02-2015, 23:04

  • 
  • Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Əhəd Abıyev Zəylik kəndində sakinlərlə növbəti səyyar qəbulunu keçirib

    Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Əhəd ...

    25-02-2019, 16:28

  • 
  • DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV  ƏHMƏDLİ VƏ DARDƏRƏ  KƏND SAKİNLƏRİNİN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB - FOTOLAR

    DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ...

    20-12-2018, 11:16

  • 
  • İcra Başçısı növbəti səyyar qəbulunu keçirib

    İcra Başçısı növbəti səyyar qəbulunu keçirib ...

    30-08-2018, 11:01

  • 
  • Əhəd Abıyevi Daşkəsəndən Nəsimi rayonuna aparan yol

    Əhəd Abıyevi Daşkəsəndən Nəsimi rayonuna aparan ...

    1-05-2015, 11:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu