Daşkəsənin icra başçısının 4 ay əvvəl açılışı edilmiş avtovağzalı istifadəsiz qoyduğu deyilir
Daşkəsən camaatı icra başçısı Əhəd Abıyevdən davamlı olaraq şikayət edirlər. Onların iddiası odur ki, rayonun rəhbəri dövlət büdcəsini talamaqla yanaşı, problemləri də həll etmir.
gundemxeber.az Jam.az-a istinadən xəbər verir ki, hər il dövlət büdcəsindən Daşkəsənə milyonlarla manat vəsait ayrılsa da, rayonun küçələri bərbad vəzhiyyətdədir. «4 ildir rayonda nə küçələrə, nə də məhlələrə bir qarış belə asfalt vurulmayıb. Hasarlar dağılıb gedir. Su İdarəsinin müdiri ilə birləşən icra başçısı Xoşbulaq su xəttini satıblar. Amma satdıqları bu xəttin təmiri üçün hər il 100 minlərlə manat vəsait ayırtdırıb, guya, təmir etdirirlər».
Daşkəsənlilər onu da bildirir ki, Əhəd Abıyev dövlət başçısını da aldatmaqdan çəkinmir. Onların bildirdiyinə görə, açılışı ölkə rəhbəri tərəfindən 4 ay bundan əvvəl edilmiş və 2 milyon manata başa gəlmiş avtovağzal hələ də işləmir. «Avtovağzal indiyə qədər bağlı qalıb. Aparılan tikinti işləri də dağılmaq üzrədir».
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?