Ərazidə sürüşmə davam edir, 10-15 evdə təhlükəli vəziyyət yaranıb
Masazırda yenə sürüşmə olub. Şahidlərin ANS PRESS-ə verdiyi xəbərə görə, sürüşmə köhnə bələdiyyənin yaxınlığında kənd yoluna yaxın ərazidə dünən baş verib. Sürüşmənin get-gedə dərinləşdiyi bildirlir. 10-12 metr torpaq sahəsi daha 20 sm sürüşüb. 2 metr eni, 12 metr uzunluğu olan yarğan yaranıb. Hadisə nəticəsində 10-15 evdə təhlükəli vəziyyət yaranıb. Zərərçəkmiş Cəlil İbrahimovun ANS PRESS-ə verdiyi məlumata görə, ən ağır vəziyyətdə olan onun evidir. Onun sözlərinə görə, ağır vəziyyətdə olan evdə hələ Novruz bayramından əvvəl yaşayış mümkün deyil. Şikayətçinin sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəlib maraqlansalar da, onlara bununla bağlı pul köçürülmədiyini, buna görə də bu gün-sabaha salaraq problemi həll etmədiklərini bildirirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?