Abgül Süleymanov həbsxanadan məktub göndərdi: “Müxalifətlə çiyin- çiyinə verib, ədaləti bərpa edəcəyik”
Vicdan məhbusu, ilahiyatçı alim Abgül Süleymanov “Azadlıq”a məktub göndərib. Məktubu olduğu kimi dərc edirik: “Azərbaycanda yaranmış İslam hərakatının vəziyyətinə özümüz nəzarət edəcəyik. İslam fitri dindir. Kim bu dinə qəlbən bağlıdırsa onun səlahiyyəti var dinin qeyrətini çəksin. Biz imkan verməyəcəyik ki, müqəddəs islam dini naməhrəmlərin əlində oyuncaq olsun. Gec tez Azərbaycanda Müqavimət hərakatına və islamın rəhbərliyinə özümüz nəzarət etməliyik. Tale Bağırovun azad olması üçün hər kəs əlindən gələni etməlidir. Mən bütün islam alimlərini vəhdətə çağırıram. Biganə qalsaq bu hadisə hamının başına gələcqk. Necə ki, gəldi də! Biz bu gün hadisələrə birdəfəlik son qoymalıyıq. Vəhşi heyvanlar bizi diri-diri parçalasalar da islamın müdafiəsindən əl çəkməyəcəyik. Ya islam düşmənlərinin əlini kəsəcəyik, ya da Allaha qovuşacağıq. Ölkədə pozulmuş hüquqlarını tələb edən vətəndaşların ( islamçı, müxalifətçi, ticarətçi və ya fəhlə fərq etmir) qanunsuz həbslərinə son qoyulmasa, hicab qadağası həll olmasa, hicab məhbusları azad edilməsə bütün gücümüzlə seçkilərdə müxalifətlə çiyin çiyinə ölkəmizdə ədalətin bərpası uğurunda mübarizə aparacağıq. Biz dinimizi, dövlətimizi xalqımızı sevirik. Bu keçirilən aksiyalar da hərəkatın gücünün cüzı bir hissəsidir” Xatırladaq ki, Abgül Süleymanov “Cəfəri heyət” dini təşkilatının rəhbəridir. 2012- ci ilin avqust ayında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Süleymanovun sədrliyi ilə keçirilən prosesdə 11 il həbs cəzasına məhkm edilmişdir. Ona qarşı ixtişaşlar törətmə, ictimai təhlükəsizliyin pozulmasına cəhd və adamları itaətsizliyə təhrik etmək ittihamı irəli sürülüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?