Azərbaycan İslam Partiyasının sədr müavini Ruhullah Axundzadənin vəziyyəti ağırdır
Bu barədə vəkil Anar Qasımlı məlumat verib: «Mayın 8-də ona telefonla danışma hüququndan yararlanmağına icazə verməyiblər. Dini filmlərə baxmasına maneçilik törədiblər. Son 3 aydır ki, ona qarşı ciddi nəzarət tətbiq edilir. Ayın 8-dən sonra o, infarkt keçirib. Bu gün vəziyyəti elə pis idi ki, mən 15 nəfərin saxlandığı palataya qalxmalı oldum. Vəziyyəti çox pis idi. Onu da Vaqif Abdullayevin aqibəti gözləyə bilər». Anar Qasımlı məhbusun saxlanma şəraitindən narazı olduğunu deyir: «Həkimlərindən narazılığı yoxdur. Ancaq dərman preparatları çatışmır. Onları yaxınları alıb göndərir. Biz onunla bağlı aidiyyəti qurumlara müraciət edəcəyik».Qeyd edək ki, Rufulla Axundzadə 15 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. islamazeri.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?