Fövqəladə hallar naziri Kəmaləddin Heydərovu bitirmək istəyirlər. Bu barədə etibarlı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, xüsusilə oliqarxlardan biri "fövqəlanazir"in "vurulmasında" canfəşanlıq edir. Mənbə həmin oliqarxın və onun Kəmaləddin Heydərovla bağlı cızdığı planın təfərrüatlarını da diqqətimizə çatdırıb. Lakin bəzi dəqiqləşdirmələr apardığımızdan ad çəkmək istəmirik. Eyni zamanda Kəmaləddin Heydərovla bağlı planın detallarını da açıqlamağı hələlik məqsədəuyğun saymırıq. Yalnız onu deyə bilərik ki, həmin oliqarxın planında ilkin mərhələdə Kəmaləddin Heydarovla hakimiyyətdəki güclü fiqurların arasını vurmaq, bu məqsədlə mətbuatda müxtəlif materiallar dərc etdirmək, həmçinin nazir barədə ilginc kompromatları ictimailəşdirmək yer alır. Planın sonrakı mərhələsi isə daha dəhşətlidir. Bununla bağlı mənbə əlavə edib ki, Kəmaləddin Heydərovun "vurulması" onun son vaxtlar daha çox önə çıxmasından sonra gündəmə gəlib. Diqqətə çatdıraq ki, Prezident Administrasiyasında son dəyişiklər bunu deməyə əsas verir. Xüsusilə PA-da "fövqəlçeviriliş" niyyətində olduğu bildirilən Kəmaləddin Heydarovun adının keçməsi onu hədəfə gətirib. Hətta bildirilir ki, bu istiqamətdə Kəmaləddin Heydərov bəzi imtiyazlar da əldə edə bilib. Kifayət qədər böyük pulların dövr etdiyi qurumları nəzaritində saxlayan Kəmaləddin Heydərov sözün əsl mənasında təhlükəli fuqurlardan sayılır. Bu isə bəzi oliqarxları narahat edir
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?