“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı FHN-in istifadəyə verilmiş evlərin siyahısı üzrə Zaqatalada monitorinq keçirir
Ölkənin gərgin bölgələrindən biri Zaqatala olaraq qalır. Ötən ilin mayında bu rayonda 6 bal gücündə zəlzələ olub. Zəlzələnin fəsadlarının aradan qaldırılması üçün dövlət büdcəsindən öncə 20 milyon manat, daha sonra 300 milyon manat vəsait ayrıldı. Bölgədə 3 min 500 evin, 35 məktəbin tikilib istifadəyə verilməsi nəzərdə tutulub. FHN-nin yanvarın 27-də açıqladığı rəqəmə görə, 2 min 984 ev istifadəyə verilib. Bu isə ciddi şübhələrə yol açmışdı. Çünki zəlzələdən sonra ilk 6 ay ərzində 682 ev tikən nazirliyin 2 ay müddətinə birdən-birə, az qala, 3 min evin inşasını bitirməsi inandırıcı görünmür. Tikinti zamanı vəsaitin yarısından çoxunun nəyə xərclənməsi də sual doğurur “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı hazırda bölgədəki real durumu araşdıraraq FHN-in istifadəyə verilmiş evlərin siyahısı üzrə rayonda monitorinq keçirir. Monitorinq «Kür» koordinatoru Oqtay Gülalıyev, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin rəhbərliyi altında aparılan monitorinqə jurnalist heyəti də cəlb edilib.
Sorğu
Yeni dizaynımız necədir?