GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Demokratiya üçün iki böyük təhlükə

Demokratiya üçün iki böyük təhlükə

Tarix: 10-04-2013, 09:58 Bölmə :Manşet Baxış: 648
Demokratiya üçün iki böyük təhlükə

Rusiya və Azərbaycanın Avropa dəyərlərini gözdən salması

«Carnegie Europe» təşkilatının İnternet saytına yazan Judy Dempsey həm də «International Herald Tribune» qəzetinin sütun yazarıdır. O, son məqaləsində Təhqiqatçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun (İCİJ) ötən həftə açıqladığı sənədlərdən bəhs edir. Müəllif yazır ki, bu sənədlər Qərb mətbuatında geniş işıqlandırılsa da, bu, Rusiya və Azərbaycan kimi yarımdemokratik ölkələrdə baş verməyib.
J. Dempsey yazır ki, belə sənədlərin açıqlanmasını prezidentlər Putin və Əliyev, əlbəttə ki, arzulamırlar. Müəllif qeyd edir ki, bu iki lider arasında başqa bənzərliklər də var. Onların hər ikisi hakimi-mütləq olaraq qalmaq üçün QHT-lər üzərinə ciddi hücuma keçiblər. Onların ikisi də seçkilərə nəzarət edən ATƏT-dən narazıdırlar.
Judy Dempsey-in fikrincə, hər iki lider öz iqtisadiyyatlarını enerji üzərində quraraq inanır ki, Qərb investor və siyasətçiləri enerji ehtiyatlarına çıxış qazanmaq naminə Rusiya və Azərbaycanda insan haqlarının bərbad vəziyyətinə göz yumacaqlar. Müəllifə görə, əslində, Avropa Şurasında son vaxtlar elə bu baş verir.

Azərbaycan və Rusiya Avropanı içəridən sarsıdir

Müəllif yazır ki, Azərbaycan və Rusiya Sovet İttifaqının çökməsindən sonra AŞ-yə üzv olarkən demokratik dəyərlərə sayqı göstərəcəklərini vəd etmişdilər: «Ancaq Rusiya və Azərbaycan, uyğun olaraq, 1996 və 2001-ci illərdə bu təşkilata daxil olandan bəri Avropa Şurasını içəridən sarsıtmaq üçün əllərindən gələni edirlər. Onlara tez-tez şuranın digər üzvləri – İspaniya, Türkiyə, Böyük Britaniya, Fransa, Macarıstan və Polşa da dəstək verir».
Judy Dempsey daha sonra xatırladır: «Almaniya sosial-demokratı, Şuranın Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Christoph Strässer bildirib ki, baş verənlər onda ikrah hissi doğurur». Christoph Strässer Azərbaycanı müdafiə edən deputatların, adətən, bu ölkəyə dəbdəbəli səfərlərə dəvət edildiyini də bildirirdi. Almaniyalı məruzəçinin Azərbaycanda siyasi məhbuslara dair qətnamə layihəsi AŞPA səsverməsində məğlub olandan sonra o, Carnegie Europe təşkilatına belə demişdi:

«Biz öz dəyərlərimizi qoruya bilmədik».

AŞPA-da Britaniya mühafizəkarlarını təmsil edən Robert Valter cənab Ştrasseri Azərbaycandakı həbsxana və məhbuslara baş çəkmədiyinə görə qınamışdı. Halbuki Azərbaycan hökuməti ölkəyə gəlmək üçün məruzəçiyə viza verməkdən imtina etmişdi. Sözügedən səsvermədə Almaniya hökuməti və müxalifəti tərəfindən tam dəstəklənən Strässer demişdi ki, Avropa Şurasının nüfuzu onun öz içindən zəiflədilir.

Avropa Birliyinə dərs

Judy Dempsey bunu «Avropa Birliyi üçün də mühüm dərs» sayır və soruşur: «Avropa Birliyi və Avropa Şurası Avropanın demokratik dəyərlərini qorumalıdırsa, onda nədən bu dəyərlərə hər hansı üzv ölkə zərbə vurur?».
Müəllif Avropa Birliyinin çoxsaylı problemlərini də yada salır: Rumıniya və Bolqarıstanda korrupsiya, Macarıstanda ədliyyənin işinə müdaxilə, Çexiya və Slovakiyada milli azlıqların hüquqlarının tapdanması və sair: «Lakin bunlardan heç biri Azərbaycanın və Rusiyanın törətdiyi pozuntularla müqayisəyə gələ bilməz», deyə müəllif yazır. Cənab Ştrasserin fikrincə, ən ideal variant hər iki ölkəyə sanksiya tətbiq etməkdir, amma bunun üçün gərəkli yekdil dəstək heç vaxt əldə olunmaya bilər.

Avropa Azərbaycan və Rusiyaya qarşı qətiyyətli olmalıdır

Ştrasser belə düşünür ki, Azərbaycan və Rusiyaya qarşı tənqidi mövqe tutmaq üçün Avropa Birliyinin lazımi vasitələri var. Axı Azərbaycan Avropa Qonşuluq Siyasəti çərçivəsində Brüssellə daha yaxın münasibətlərdə olmaq istəyir və Rusiya da Avropa ilə vizasız gediş-gəliş rejiminə can atır. Ştrasserin bu fikrini QHT-lər də bölüşür.
Judy Dempsey 1975-ci ildə Helsinki Yekun Aktının qəbulunu xatırladaraq yazır ki, kommunist bloku və Qərb arasında anlaşmanı hədəfləyən bu sənəd Şərqi Avropa və keçmiş Sovet İttifaqında dissident hərəkatlarına psixoloji stimul verdi. Onlar inandılar ki, Qərbi Avropa və Birləşmiş Ştatlar onlara mənəvi kompas verib: «Bu gün bənzər kompasa Avropada və onun hüdudlarından kənarda həmişəkindən daha çox ehtiyac var. Avropa Birliyi, Avropa Şurası və ATƏT, nəhayət ki, Avropa dəyərlərini sarsıtmaq və hətta məhv etmək istəyən üzvlərə qarşı açıq çıxış etməlidir».

Zülfüqar Rüfətoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putinlə Ərdoğanın əsas fərqi - sensasion təhlil

    Putinlə Ərdoğanın əsas fərqi - sensasion təhlil ...

    30-10-2014, 10:30

  • 
  • Qərb Rusiya enerjisindən tam imtina edə bilər

    Qərb Rusiya enerjisindən tam imtina edə bilər ...

    1-10-2014, 13:10

  • 
  • Çar vs. Sultan

    Çar vs. Sultan ...

    27-11-2015, 17:04

  • 
  • Rusiya Ukrayna və Suriyada ciddi resurslar xərcləyib

    Rusiya Ukrayna və Suriyada ciddi resurslar ...

    3-03-2016, 14:55

  • 
  • «Reuters»: Azərbaycan lideri qalib gələcək, lakin irəlidə problemlər var…

    «Reuters»: Azərbaycan lideri qalib gələcək, lakin ...

    6-10-2013, 01:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu