GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiya Ukrayna və Suriyada ciddi resurslar xərcləyib

Rusiya Ukrayna və Suriyada ciddi resurslar xərcləyib

Tarix: 3-03-2016, 14:55 Bölmə :Dünya Baxış: 0
Rusiya Ukrayna və Suriyada ciddi resurslar xərcləyib

Rusiya ilə təhlükəsizlik sahəsində əlaqələr Ermənistanın regiondan təcridini gücləndirir

Bu başlıqlı məqaləni «World Politics Review» dərc edib. Ötən ay Rusiya Ermənistana silah almaqdan ötrü 200 milyon dollarlıq kredit ayırdığını elan edib. Xarici Siyasət üzrə Araşdırma İnstitutundan Michael Cecire deyir ki, Rusiya-Ermənistan əlaqələrinin güclənməsinin bir səbəbi Türkiyə-Rusiya böhranıdır.
«200 milyon dollarlıq silah krediti açıqlaması Azərbaycanın müdafiə xərclərini azaltmaq planlarına ziddir, eyni zamanda, regionda güc balansına elə də yaxşı təsir göstərmir. Bu, Ermənistan-Rusiya hərbi əməkdaşlığında da yeni bir eranın başlanması demək deyil», - Cecire deyir.
Təhlilçinin fikrincə, Rusiya Ukrayna və Suriyada ciddi resurslar xərcləyib. Hər iki ölkədə Rusiyanın hərbi əməliyyatları ermənilərə əzəmətli bir siqnal vermiş olub – Rusiya etibarlı müttəfiqdir:
«Ancaq Rusiya ordusu imkanlarından maksimum istifadəyə məcbur olub. Azərbaycanla Ermənistan genişmiqyaslı müharibəyə başlasalar, Rusiyanın Ermənistanın köməyinə dərhal gəlməyə resursu yetməyə bilər. Ukrayna və Suriya meydanından qüvvələrin bir hissəsinin Ermənistana cəlbi çətin olacaq və vaxt aparacaq».
«Hələ Türkiyə, İran, yaxud başqa bir ölkənin müdaxiləsi formasında xarici faktoru nəzərə almırıq. Bu halda Moskvanın Yerevanla saziş öhdəliklərinə problem yaranır. Bundan əlavə, Rusiya Ukrayna və Suriyada iştirakını artırdıqca, Azərbaycanla münasibətlər istiləşib. Azərbaycan Qərbdən çox Rusiya və İrana yaxınlaşıb. Bu, Rusiyanın ermənilərin gözündə etibarlılığını daha da qəlizləşdirir».
Təhlilçinin fikrincə, Moskva-Ankara gərginliyi Türkiyə-Ermənistan münasibətlərində hər hansı normalaşmanı da çıxdaş etmiş olub. ABŞ və Avropada bəzi müşahidəçilər ümid edirdilər ki, bu əlaqələr normallaşsa, Ermənistan regional təcriddən qurtulmuş, Qərbə daha artıq inteqrasiya etmiş olardı. Ancaq Qərblə Türkiyənin Rusiya ilə münasibətləri gərginləşdikcə, Ermənistan Rusiyanın bir bazasına çevrilib.

Rusiya Ukrayna və Suriyada ciddi resurslar xərcləyib

ƏRDOĞAN TÜRKİYƏNİ MƏHV EDİR?

Karneqi Fondundan Judy Dempsey bu sualla bir neçə ekspertə müraciət edib.
Beynəlxalq Araşdırmalar Mərkəzindən Bayram Balçı deyir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəni dağıtmır, ancaq Suriya böhranı Türkiyə də daxil olmaqla, bütün Yaxın Şərqi məhv edir.
Ekspert ərdoğan və hakim AKP-nin 2002-ci ildən Türkiyədə müsbət dəyişiklik yaratdığını, Ərdoğanın PKK rəhbərliyi ilə birbaşa ünsiyyət quran ilk türk lideri olduğunu vurğulayır:
«2011-ci ildən Ərdoğan dəyişməyə başladı və getdikcə tanınmaz hala gəldi: avtoritarlaşdı, müttəfiqlərindən ötrü etibarsız, proqnozlaşdırılmayan birinə çevrildi, hakimiyyət bölgüsünə hörmətsizlik etdi. Bu anlamda, Ərdoğanın müasir Türkiyəni dağıtması fikri formalaşıb».
Təhlilçi Ərdoğanın avtoritarlaşmasını Suriya böhranına bağlayır: «Ərdoğan təbiətcə diktator deyil, onu Suriya böhranı diktatora çevirib. Ərdoğan Türkiyənin ərazi bütövlüyünü avtoritar metodlarla qorumağa çalışır ki, durum daha da pisləşməsin».
Harvard Universiteti nəzdində Avropa Araşdırmaları Mərkəzindən Dimitar Bechev düşünür ki, Türkiyə Yaxın Şərqin problemlərini idxal etməkdədir. Ərdoğanın seçicilərinə vəd etdiyi sabitlik əldən çıxır və ölkə rəhbəri kimi o, məsuliyyət daşıyır: «Türk dövlətinin iflası deyil, 1990-cı illərə qayıtmaq riski var. Keçmiş prezident Turqut Özal dönəmində Türkiyə inam və dinamizm saçırdı. Onilliyin ortalarına doğru problemlər içində boğulmağa başladı. Təkcə kürd məsələsi deyil, Qərblə münasibətlər də gərginləşdi. O vaxtın kövrək koalisiya kabinetləri xatirələrdən silinsə də, indi bir dejavü hissi yaranmaqdadır. Türkiyə iqtisadiyyatı, o dövrdəki kimi, siyasətə qurban getsə, durum pisləşər. Bu səbəbdən, Ərdoğan iqtisadi qərarlardan qaçmağa çalışır. Hər halda, Türkiyə, parlaq uğur qazanmasa da, çökən də deyil».

Rusiya Ukrayna və Suriyada ciddi resurslar xərcləyib

TÜRKİYƏNİ SURİYANIN XİLASINA QURBAN VERMƏYİN

Bunu isə «The Guardian» qəzetində Jean-Marie Guéhenno yazır.
Müəllif Türkiyənin, bütün çətinliklərinə baxmayaraq, bir sıra geosiyasi qarşıdurmalarda lövbər rolu oynadığını vurğulayır – Rusiya ilə Qərb, Yaxın Şərqlə Avropa, hazırkı dünya düzəni və onun zorakı ekstremist alternativ arasında dayanır. 80 milyonluq ölkə 57 müsəlman ölkəsi içərisində ən demokratik, dünyəvi və iqtisadi baxımdan öndə gedəndir.
«Türkiyə və Qərb Suriya kürdləri məsələsində ortaq məxrəcə gəlməlidir. İŞİD-lə mübarizə adıyla ABŞ Suriyada kürd silahlıları – YPG ilə əməkdaşlıq edir. YPG ABŞ və AB-nin terrorçu təşkilat kimi tanıdığı, Türkiyəyə qarşı 31 illik savaş açmış PKK-nın bir qoludur».
«Qərb siyasətini uzlaşdırmalıdır. Türkiyənin kürdlərin hüquqları məsələsində beynəlxalq standartlara əməl etməsinə çalışmalı, Ankaranı dilə tutmalıdır ki, PKK ilə sülh danışıqlarını bərpa etsin. Ancaq onu da anlamalıdırlar ki, PKK atəşkəsin pozulmasında böyük rol oynadı, Suriyada Qərbdən aldığı dəstək sayəsində Türkiyədə də qazanc əldə edəcəyini düşündü».
«Türkiyə inanır ki, Rusiyayla İran məhz onu tapdalamaq, Qərblə münasibətlərini zəiflətmək üçün PKK-nı dəstəkləyir. Ərdoğan Qərb tərəfdaşları ilə konstruktiv işləməlidir. PKK ilə sülh danışıqlarını bərpa etməli, YPG ilə birbaşa danışıqlara getməli, Türkiyə sərhədinin təhlükəsizliyini təmin etməlidir. Qərb də, öz növbəsində, PKK-ya xəbərdarlıq etməlidir ki, Türkiyədə sabitsizlik yaratmaq olmaz; Türkiyə-Rusiya gərginliyinin azaldılmasına çalışmalı; Türkiyə-AB münasibətləri daha geniş cəbhədə qurulmalıdır» - deyə məqalədə bildirilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Rusiya İrəvana 200 milyonluq silah verdi

    Rusiya İrəvana 200 milyonluq silah verdi ...

    23-07-2018, 10:18

  • 
  • Rusiya ermənilərə silah satışını sadələşdirdi

    Rusiya ermənilərə silah satışını sadələşdirdi ...

    27-11-2013, 00:49

  • 
  • Ermənistan Rusiyadan silah almağa başladığını təsdiqlədi

    Ermənistan Rusiyadan silah almağa başladığını ...

    4-05-2016, 11:28

  • 
  • Rusiya XİN Ermənistana silah satışı ilə bağlı açıqlama verdi

    Rusiya XİN Ermənistana silah satışı ilə bağlı ...

    26-02-2016, 12:18

  • 
  • Rusiya Ermənistan – Türkiyə sərhədində nəzarəti gücləndirir

    Rusiya Ermənistan – Türkiyə sərhədində nəzarəti ...

    15-07-2020, 13:37


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu