"Gündəm xəbər" qəzetinin təsisçisi Şirin Cəfəri ilə bağlı xeyli müddətdir ki, Yasamal rayon Məhkəməsində məhkəmə prosesi keçirilməkdədir. Prosesə səbəb, onunla bağlı Vergilər Nazirliyinin Audit Departamenti tərəfindən heç bir əsası olmayan 71428 manat cərimə qərarının varlığıdır. Çünki, əldə olan lazımi sənədlər bir daha onu sübut etməyə əsaslar verir ki, çıxarılmış qərar olduqca qərəzli və həqiqəti ifadə etməyən qərardır. 24 fevral 2016-cı il tarixdə saat 11.20-ə təyin olunmuş məhkəmə prosesi bir daha təxirə salındı. Buna səbəb, Şirin Cəfərinin vəkili Zaur Niftəliyevin edəcəyi son çıxışı, məhkəmə heyyətinə yazılı surətdə təqdim etmək istəyinin varlığı oldu və buna görədə o, hakim Hüseyn Səfərovdan müəyyən müddətə möhlət vaxtı da istədi. Vəkilin təklifinə razı olduğunu bildirən hakim, növbəti məhkəmə prosesinin 01 mart 2016-cı il tarixdə saat 10:10-da keçirilməsini elan etdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?