GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycanlı oliqarxlar Türkiyədə villalar alır

Azərbaycanlı oliqarxlar Türkiyədə villalar alır

Tarix: 11-04-2013, 09:58 Bölmə :Manşet Baxış: 1 911
Azərbaycanlı oliqarxlar Türkiyədə villalar alır

Məmurların qardaş ölkədə aldığı mülklərin sayı
açıqlandı; milyonlar ölkə kənarına daşınır


Azərbaycanlı məmur-oliqarxiyanın qardaş Türkiyədə sahibləndiyi mülklərin sayı açıqlanıb. Türkiyədə son illər daşınmaz əmlak bazarında qeydə alınan ucuzlaşma varlıların bu ölkəyə axın etməsi ilə nəticələnib. Ona görə azərbaycanlı oliqarxlar qardaş ölkədə saysız-hesabsız mülklərə sahiblənir, övladlarının adına mənzil, villa alırlar.
Bu barədə “Gündəm-xəbər”i bilgiləndirən inşaat sahəsində çalışan iş adamlarından biri vurğuladı ki, hökumətdə təmsil olunan nazirlər, bəzi deputatlar, komitə sədrləri və yüksək çinli məmurlar Türkiyənin daşınmaz əmlak bazarına girişiblər. Mənbə Türkiyədə mülklərin getdikcə ucuzlaşdığını və Yunanıstanda da oxşar vəziyyət yarandığını qeyd etdi.
Onun sözlərinə görə, oliqarxlarımız Yunanıstanda dəyər-dəyməz qiymətə villalar, mülklər ala biliblər. Ən çox vəsait isə Türkiyənin mənzil bazarına qoyulur. Qaynağımız əlavə etdi ki, məmurları kimliyi ictimaiyyətə məlumdur və onlar korrupsiyada ən çox adları hallanan nazirlər, komitə sədrləridir. Son 11 ayda 13138 xarici vətəndaş Türkiyədən daşınmaz əmlak alıb.
Onlardan 1609 nəfər 18 may 2012-ci ildə qüvvəyə minən və 6 avqust 2012-ci il tarixində tətbiqinə başlanan yeni qanundan, daha doğrusu, Mülkiyyət Qanununun 35-ci maddəsinə edilən dəyişiklikdən sonra Türkiyədə ev sahibi olub.
Keçən ilin avqustundan bəri Türkiyədə ev sahibi olan Azərbaycan vətəndaşlarının sayı isə 325 nəfərdir. Onlardan 296-sı qat mülkiyyəti (yəni hazır bir binanın mərtəbəsi, mənzili, iş bürosu, mağaza, anbar, zirzəmi üzərində mülkiyyət), 29-u isə ana daşınmaz (bina, torpaq, tarla və s) sahibi olub.
Bu məlumatlar “trtazerbaycan.com”a Türkiyənin Mülkiyyətin Kadastrı Baş İdarəsinin (Tapu Kadastro Genel Müdürlüğü) Xarici İşlər İdarəsindən verilib.
Qanun dəyişikliyindən sonra 81 ölkənin vətəndaşları üçün Türkiyədə daşınmaz əmlak almağın yolu açılıb. Daha əvvəl yaşamaq üçün icazə alan və ya çox məhdud sayda daşınmaz əmlak əldə etmək haqqına sahib olan 40 ölkənin vətəndaşları üçün də bu şərtlər və məhdudiyyətlər ləğv edilib. Beləliklə, ümumilikdə bu qanun 121 ölkənin vətəndaşlarının işinə yarayıb. Yeni qanunun qəbul edilməsindən sonra Türkiyədə ən çox daşınmaz əmlak alan Almaniya vətəndaşlarıdır.
Hazırda xarici vətəndaşlar Türkiyədə hər cür daşınmaz əmlak əldə edə bilirlər. Əcnəbi fiziki şəxslər satın aldıqları boş ərazidə həyata keçirəcəyi layihəni iki il içərisində Türkiyənin müvafiq rəsmi dairələrinə təqdim etməlidirlər. Qanunda xarici vətəndaşlara tətbiq edilən məhdudiyyətlər isə çox deyil. Xarici vətəndaş Türkiyədə ən çox 30 hektarlıq daşınmaz əmlak ala bilər.
Xaricilərin hərbi baxımdan qadağan olunmuş bölgələrdə və təhlükəsizlik sahələrində daşınmaz əmlak əldə etməsi və kirayələməsi mümkün deyil. Xarici vətəndaşlar xüsusi mülkiyyətdə olan qəsəbələrin ərazisinin 10 faizi qədər daşınmaz əmlak ala bilər. Xarici vətəndaşların Türkiyədə daşınmaz əmlak alması üçün yaşayış icazəsinə ehtiyac yoxdur. Ancaq eyni zamanda Türkiyədə daşınmaz əmlak əldə etmək xarici vətəndaşa yaşayış üçün icazə haqqı vermir.
Son səkkiz ayda Türkiyədə daşınmaz əmlak alan azərbaycanlılar əsasən İstanbul, Antalya, Ankara və Muğlaya üstünlük veriblər. Azərbaycan vətəndaşları Türkiyənin ticarət paytaxtı İstanbulda 164, siyasi paytaxtı Ankarada 22, turizm mərkəzi Antalyada 65 və son dövrün inkişaf edən digər turizm bölgəsi Bodrumun bağlı olduğu Muğla vilayətində 17 daşınmaz əmlak alıblar.
Geri qalan 57 Azərbaycan vətəndaşı isə Adana, Afyonkarahisar, Ağrı, Amasya, Aydın, Burdur, Bursa, Dənizli, Əskişəhər, İzmir, Kayseri, Kocaeli, Konya, Mersin, Ordu, Sakarya, Samsun və Trabzon vilayətlərində mülk sahibi olub. Qanunda dəyişiklik edilənə qədər isə Türkiyədə 45 Azərbaycan vətəndaşının daşınmaz əmlakı vardı.
Bunlar Turqut Özal dövründə türk dövlətləri üçün qanundan qarşılıqlılıq prinsipinin çıxarılması sayəsində Türkiyədə mülkiyyət sahibi ola bilənlər idi. Daha sonra qanun dəyişdirilincə bu vətəndaşların haqlarına da toxunulmamışdı. Türkiyədə daşınmaz əmlaka sahiblənən imkanlı azərbaycanlıların kimliyinə gəlincə, bu ölkənin Mülkiyyətin Kadastrı Baş İdarəsi həmin məlumatları açıqlamaq istəməyib.
Göründüyü kimi, idarənin əmlakların kimlər tərəfindən alındığını açıqlamaması bu mülklərin kimlərə məxsus olduğuna eyham vurur. Hər halda Türkiyənin ən gözəl yerlərində malikanə sahibi olmaq üçün orta statistik azərbaycanlının o qədər maddi imkanı yoxdur. Ölkədə nə qədər işsiz və mənzilsiz vətəndaşımızın olduğunu nəzərə alsaq, onların imkanı olsaydı elə Azərbaycanda alardılar.

A.Ağasoy
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı həkimlər Türkiyədə çalışmaq istəyir

    Azərbaycanlı həkimlər Türkiyədə çalışmaq istəyir ...

    31-10-2013, 10:47

  • 
  • “Sığorta Mamed” pullarını Türkiyəyə daşıyır

    “Sığorta Mamed” pullarını Türkiyəyə daşıyır ...

    24-02-2016, 16:46

  • 
  • Azərbaycanlı müğənninin Türkiyədə yeni aldığı  300 000 manatlıq mənzil

    Azərbaycanlı müğənninin Türkiyədə yeni aldığı 300 ...

    10-07-2013, 15:17

  • 
  • Azərbaycanlı zənginlər mülk almaq üçün Çexiyaya axışır

    Azərbaycanlı zənginlər mülk almaq üçün Çexiyaya ...

    13-01-2015, 18:31

  • 
  • Türkiyədə fahişəlik edən azərbaycanlı qadınlar tutuldu

    Türkiyədə fahişəlik edən azərbaycanlı qadınlar ...

    14-11-2013, 13:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu