Spidli xəstə Anjela Petrosyan Bakıda... Ermənilərin Azərbaycana, xüsusən də Bakıya ən güclü hücumu bəlkə də Anjela Petrosyanın günəşli Azərbaycanın paytaxtında zühuru olmuşdu. Əslində bu səfər erməni ideoloqlarının düşündüyü məkrli siyasətin ən əsas tərkib hissələrindən biri idi... Bu taktika artıq Ermənistan tərəfindən soyuq və ya informasiya müharibəsi yox, "bioloji müharibə" hesab olunurdu. Erməni mütəxəssisləri bəyan edirdilər ki, Azərbaycana ancaq müxtəlif növ təsir vasitələrindən birgə istifadə etməklə qalib gəlməklə mümkündür. Belə planlara Anjela Petrosyanın Bakıya yönləndirilməsi də daxil idi. ...Anjela Petrosyan SPİD-ə Fransada yoluxub Ermənistana qayıtmış, oradan Dağıstana gəlmiş və saxta sənədlərlə Bakıda peyda olmuşdu. O, Bakı sakinlərini, məxsusi olaraq azərbaycanlıları, məqsədyönlü şəkildə SPİD-ə yoluxdurmağa başlayır. Anjela Petrosyan aldığı təlimat əsasında dəqiq müəyyən edilmiş plan üzrə hərəkət edirdi. O, Bakının Montin, Gənclik, Əhmədli, mikrorayonlar, Bayıl kimi rayonlarında avaralanırdı. Sonradan bu barədə müfəssəl danışacağıq. Ermənilərin bu fəndi müharibə tarixində yeni bir "icad" deyil. Ermənilərin bu fəndi müharibə tarixində yeni bir "icad" deyil. Belə əxlaqsız mübarizə üsullarından Şimali koreyalılar öz cənublu həmvətənlərinə qarşı istifadə etmişdilər. Özünün "Ermənistan və həyasızlıq" kitabında Yuriy Rockov Anjela Petrosyanı qeyd etmişdi. Y.Rockov yazırdı: "Ermənistana nəticə lazımdır, onları təkcə müharibədə qələbə qane etmir. Onlara azərbaycanlıları bütövlükdə məhv etmək lazımdır. Onları heç olmasa içəridən parçalamaq istəyirlər. Özünün SPİD missiyası ilə Anjela Petrosyan bu rola tam uyğun gəlir". Anjela Petrosyan Ermənistan-Azərbaycan münaqişəsinin əvvəlində hələ gözə dəymir. O, səhnəyə 2002-ci ildə çıxır. Onun haqqında Erməni informasiya agentliyi "Noyan- Topan"ın internet səhifəsində nə vaxtsa yazılmışdı ki, ali tibbi təhsilə malik Anjela Petrosyan rəsmi həkim missiyası ilə bir neçə dəfə Bakıda olub. Anjela Petrosyan ixtisasca həkim-pediatrdır. Bu yerdə onun haqqında qısaca danışmağın əsl vaxtıdır. 1971-ci il təvəllüdlü Anjela Qarikovna Petrosyan Yerevanda doğulub. Bu gözəl dinc qadının Parisdə və Lionda qohumları var idi. Anjela mütəmadi olaraq onlara baş çəkirdi. Yeri gəldikcə, mən onun portretini daha müfəssəl cızmağa gözləriniz önündə canlandırmağa çalışacağam. Fransadakı türk diasporasının nümayəndələri 2004-cü ildə yerli qəzetlərdə Anjela Petrosyan adlı erməni qızının artıq 30 azərbaycanlını SPİD-ə yoluxdurduğu barədə məlumat çap etmişdilər. Bu sağalmaz bəlaya ümumilikdə 48 həmvətənimiz yoluxdurulmuşdu. Mən onlardan bəziləri ilə şəxsən görüşüb, Anjela haqqında söhbət edə bilmişəm. Müəllif həmçinin Anjelanın yoluxdurduğu bir neçə "qurban"ı da bir-biri ilə görüşdürür. Onlar bu dəhşətli erməni qadınının mövcudluğu haqqında məlumatı təsdiq edirlər. Anjelanın ən böyük fəallıq əmsalı təsdiq edilmiş dövrün 2003-2006-cı illərinə təsadüf edir. O Bakıdan gedəndən yarım il sonra yoluxdurulmuş azərbaycanlılar həyəcan təbili çalmağa başladılar. Yoluxanlar arasında aparılan sorğunun nəticələri göstərdi ki, Anjela Petrosyan çox peşəkar və xaincəsinə hərəkət edərək öz "missiyasını" həyata keçirə bilmişdir. - Bunun nəticəsi olmaya bilməzdi, - Anjelanın müştərilərindən biri olan Emil Qasımov bildirir. -O, məni elə yoluxdurmuşdu ki, heç ruhum da inciməmişdi. Özümdə narahatlıq hiss edəndə isə maşınımın radiosundan SPİD-li xəstələri yoxlayan müəssisənin telefonunu eşitdim. Yerini öyrəndim, getdim. ...Analizlərdən məlum oldu ki, SPİD-ə yoluxmuşam. O dəqiqə Anjela yadıma düşdü. O bunu ustalıqla, çox böyük məharətlə etmişdi. Bu haqda danışmaq artıq gecdir, həyatım puç edilib. Amma Anjelanın bunu təkcə mənimlə törətdiyinə təminat varmı? Mütəxəssislər taleyinə Anjelayla yatmaq düşmüş çoxlu sayda insanlar müəyyən ediblər. Komissiya 2003-cü ilin martında artıq Bakıda 27 kişinin SPİD-ə yoluxduğunu aşkara çıxarıb. Növbəti qurban rolunda çıxış etmək Ələkbər Haşımovun bəxtinə düşür. -Mən üzərində dəhşətlər daşıyan bu qadını Montin qəsəbəsində Nərimanov kinoteatrının yanında gördüm. O, özünü Jalə kimi təqdim etdi. Əlbəttə ki, onun erməni olduğundan xəbərsiz idim. Eh, əgər bilsəydim... Mən onu əvvəllər də orda görmüşdüm. Tez-tez parkda avaralanır, mağazalara, restoranlara, barlara girirdi. Çox mehriban çöhrəli qız təsiri bağışlayırdı. Ən əsası isə suyuşirin idi. Əlindən hər iş gəlirdi. Ona gözüm düşdü. Tanış olduq. "Araz" restoranında ona qonaqlıq verdim. Sonra onunla yatdıq. Harda yaşadığı ilə maraqlananda cavabı qısa oldu. -Elə buradaca, yaxınlıqda. Daxilən hiss edirdim ki, o, yerli deyil. Amma olacağa çarə yoxmuş... Onu bir neçə dəfə də görüşə çağırmağa cəhd etdim. Amma elə bil ki, daha mənimlə görüşmək istəmirdi. Onunla bizim rayonda - Montində tez-tez rastlaşırdım. Əvvəl bir kişi ilə, sonra digəri ilə gördüm. Yaxşı başa düşürdüm ki, onlar bu qızla yatırlar. Lakin onu tanıdığım qonşumla görəndə artıq özümü saxlaya bimədim. Bir gündən sonra yaxınlaşıb qonşumu məlumatlandırmaq qərarına gəldim. Qonşum dedi ki, bu xanımı birinci dəfə görübmüş və onunla əylənmək arzusundaymış... ...Bundan sonra mən Jaləylə görüşüb məsələləri aydınlaşdırmağa cəhd etdim. O, sanki nəsə hiss edib yoxa çıxmışdı. Mən onu bir daha görmədim. Bir aydan sonra həmin qonşum Alşan tələsik yanıma gəlib dəhşətli xəbəri verəndə məni elə bil tok vurdu: -Alik, özümü yoxlatdırdım, məndə SPİD tapdılar. O vaxt ümid edirdim ki, bu, mənlik deyil. Mən nə bilim Alşan kiminlə yatıb. Amma bu dediklərimə heç özümün də inanmağa gəlmirdi. Daim içim sızıldayırdı. Nəsə pis bir hadisə baş verəcəyini hiss edirdim. ...Təəssüf ki, ağlıma gələnlərin hamısı başıma da gəldi. Yarım ildən sonra isə məlum oldu ki, sən demə bu "Jalə", əslində erməni qızı Anjela Petrosyan imiş... Anjela Petrosyan məşhur idi. Onu televiziyaya çıxarırdılar. O, bir neçə dəfə RTR televiziyasında Akopovun heç də bu tipli məsələlərdə sonuncu rol oynamayan "məqsədli verilişləri"nə dəvət edilmişdi. Görənlər deyirdilər ki, jurnalist qadın sual, Anjela Petrosyan isə cavab verirmiş. Mövzu qadınlar, xəstəliklər, uşaqların qidalanması və s. ilə bağlı imiş. Anjela vaxtaşırı baş redaktoru David Balayan olan "Severnoye siyaniye" qəzetinin səhifələrində çıxış edirdi. Yenə də zərərsiz bir mövzu üzrə:qadınları hansı heyvanlar maraqlandırır. Heç kim şübhələnmirdi ki, bu yırtıcı erməni qadın hamını SPİD-ə yoluxdurur. Aşağıda müəllif onun Yerevana yazdığı məktubları qeyd edir. Onlar internet vasitəsilə yazılıb və çox böyük çətinliklə üzə çıxarılıb. Xoş bir təsadüf üzündən bu məktublar məhv edilməyib. Elə möcüzə nəticəsində saxlanılmış gündəlikləri də. Özünün məktub və gündəliklərində (xüsusən də gündəliklərində) Anjela sanki hesabat verir. Hər bir qurbanının adını və neçənci olduğunu qeyd edir. Amma bunlar hamısı xırda şeydir. Müəllif Anjela Petrosyanla şəxsən görüşə bilmişdir. Bu barədə oxucu bir qədər sonra təfsilatı ilə öyrənəcək. Anjelanın qurbanı Abdulla Əlizadə deyir: -Mən Bakının 5-ci mikrorayonunda, 211 saylı orta məktəbdən bir qədər aralıda yaşayıram. Özüm də elə bu məktəbi qurtarmışam. Bir dəfə, 2003-cü ilin yazında, mülayim bir havada həyətdə gəzirdim. Kölgəli küçə, yasəmən qoxusu, parlaq günəş adamın könlünü açırdı. Birdən gördüm ki, gənc bir qadın mənə müraciət edir: -Cavan oğlan, bu evi tapmağa kömək edərsinizmi? Yaşayacağım yerin ünvanını veriblər, amma mən bu küçələri tanımıram. Tblisidən gəlmişəm. O bizim evin yaxınlığında olan bir yerin ünvanı yazılmış kağız göstərdi. Onu həmin ünmvana apardım. Mənə təşəkkür edib, bir fincan qəhvə içmək üçün yuxarı qalxmağı təklif etdi. Suyuşirin, qılıqlı qadın idi. Bir az ordan-burdan danışdıq, bir az göz-qaş elədik, nəhayət... yatağa uzandıq. Onun telefonunu alıb mənzildən çıxdım. Amma iş ondandır ki, bundan sonra onu heç vəchlə tapa bilmirdim. Bir neçə dəfə mənzilinə başqa oğlanları apardığını görmüşdüm. Təqribən doqquzunu saymışdım. İkisini tanıyırdım, onlar da bizim mikrorayonda yaşayırdılar. Nəhayət anladım ki, Nadya (o, özünü belə təqdim eləmişdi) fahişədir. Amma onun erməni qızı Anjela olduğunu və bütün kişiləri SPİD-ə yoluxdurduğunu əlbəttə ki, bilmirdim. Biləndə, artıq gec idi. İndi dəhşət içindəyəm. Anjela mikrorayonlar üzrə ixtisaslaşmışdı. Mən belə başa düşürəm ki, o, Bakı mikrorayonları boyu gəzib özünə qurban axtarırmış. Ac kişilər isə kifayət qədərdir. Həm də bu murdar qadın qəşəng idi – deyə Abdulla söhbətini bitirdi. Amma bunu az adam başa düşmüşdü. Qalanları tamahlandırıcı budları, qara gözləri, cəlbedici dodaqları olan cavan qadınla daha bir dəfə əylənmək üçün onunla əlaqə saxlamağa özləri can atırdılar... Anjela Petrosyanın zalımlığının zirvəsi onun Azərbaycan DİN-in əməkdaşı, hazırda mərhum Əli Abbasovu bu dəhşətli xəstəliyə necə yoluxdurması olmuşdur. Əli “Gənclik” metro stansiyasının yaxınlığında yaşayırdı. Yoluxmanın baş tutduğu o müdhiş günlərdə Əli DİN-in kadrlar şöbəsinin sərəncamında imiş və işsiz-gücsüz küçələrdə avaralanırmış. Bu zaman o mebellərə baxmaq üçün mebel salonuna girir. Salonda çoxdan göz qoyduğu dəbdəbəli kresloya tamaşa edərkən yanında gözəl, gənc bir qadının dayandığının görür. O, qadına kompliment söyləyir. Qadın cavabında ona nə isə təklif edir. Daha doğrusu, qulağına nə isə pıçıldayır və onlar ikisi də mağazadan çıxırlar. Bütün bunları salonun işçsi Fuad Qazıyev deyir: -Hə onlar mağzadan bir yerdə çıxdılar. Sonra mən onları yenə bir yerdə gördüm. Bir həftədən sonra həmin qqadın yenidən bizim salona gəlmişdi və artıq başqa kişiyə tilov atırdı. Hər şey əvvəlki kimi təkrarlandı. Onlar bir yerdə çıxdılar və harasa getdilər. Anjela ovu toruna salan kimi, onun virusu obyektin canına düşür, özü isə gözdən itir və daha həmin rayonda görünmürdü. Onu kimin buraxdığı, təlimatlandırdığı aydın deyil. Bunu bilsəydik...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?