GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Məğlubiyyət acısı düşməni vahiməyə salıb

Məğlubiyyət acısı düşməni vahiməyə salıb

Tarix: 29-04-2016, 01:54 Bölmə :Manşet Baxış: 0
Məğlubiyyət acısı düşməni vahiməyə salıb

Zakir Həsənov bütün qoşunlara ermənilərə layiqli cavab verməyi əmr etdi

Ermənistan hakimiyyəti 20 ildən artıq bir müddətdə həm öz daxili auditoriyasında, həm də xaricdə belə kampaniya aparırdı ki, erməni ordusu güclüdür, cəbhə xəttində qurulan mühəndis- istehkam xətti bərkidilib, bunu yarmaq qeyri-mümkündür. Bir sözlə, düşmən dövlət öz gücü haqqında mif yaradırdı. Təəssüf ki, həm dünya miqyasında, həm də Ermənistanda buna inanalar var idi. Məhz bu səbəbdən Ermənistan hakimiyyəti hər addımda Qarabağı Azərbaycana vermək niyyətində olmadğını nümayiş etdirirdi. Bu xəstəlik təkcə erməni siyasi və hərbi rəhbərliyini deyil, bütün erməni xalqını öz ağuşuna almışdı.

Lakin aprelin 2-5-də Azərbaycan ordusu bu mifi darmadağın etdi. Ermənistanın işğal etdiyi toröaqların bir qismi azad edildi, erməni ordusu ciddi itkilər verdi. 3 gün davam edən döyüşlərdə erməni ordusunun ardıcıl məğlubiyyətləri Ermənistan cəmiyyətində şok yaratdı. Məhz bu səbədən erməni xalqı ayağa qalxıb hakimiyyətdən hesab sorur. Ermənilər bildirir ki, 20 ildir nağıllar oxuyursunuz, bəs niyə ilk cəhdəcə məğlubiyyətə uğradıq? Digər tərəfdən, son vaxtlar beynəlxalq birlik Ermənistana təzyiq etməyə başlayıb. Bu ölkədən Azərbaycanın işğal etdiyi torpaqlardan öz ordusunu çıxarmaq tələb olunur.

Dağlıq Qarabağda yaşayan ermənilər isə 2 aprel hadisələrindən sonra qaçmağa, başqa ərazilərə köçməyə çalışır. Ermənistanın özündə vahimə mühiti yaranıb.

Hazırkı situasiyada ən ciddi məqamlardan biri də odur ki, Ermənistan beynəlxalq dəstəkdən məhrum edilib. Hətta bu ölkə ən yaxın müttəfiqindən – Rusiyadan belə gözlədiyi dəstəyi ala bilmədi. Rusiya tərəfi açıq-aşkar işğal olunan ərazilərin Azərbaycanın hüquqi ərazisi olduğunu, bura müdaxilə etməyəcəyini dolayısıyla ifadə etdi. Lakin Ermənistan hakimiyyəti hələ də ümid edirdi ki, rus əsgəri Qarabağda Azərbaycana qarşı vuruşacaq.Lakin bu, baş vernmədi və hazırda Ermənistanın daxili siyasətində çalxalanma yaranıb. Sərkisyan vahimə içərisindədir və hakimiyyəti itirəcəyindən qorxur.

Elə bu səbəbdən də o, müxtəlif addımlarla vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Belə ki Sərkisyan müdafiə nazirinin kəşfiyyat üzrə müavinini, avtomatik idarəetmə üzrə müavinini, eləcə də təchizat üzrə müavinini vəzifədən

çıxardı. Sərkisyan bununla demək istəyirdi ki, məhz bu generalların hesabına cəbhədə məğlubiyyət yaşanıb. Ancaq bu məğlubiyyət əslində Azərbaycan üstünlüyü ilə bağlıdır. Ordumuz 3 gün ərzində nəyə qadır olduğunu göstərdi. Hazırda Ermənistan hakimiyyəti və xalqı panika vəziyyətindədir.

Məğlubiyyətdən sonra Sərkisyan, bütövlükdə Ermənistan cəmiyyəti düşdüyü durumla razılaşa bilmir. Elə bu səbəbdən də son günlər erməni silahlı qüvvələri daha da azğınlaşıb. Düşmən ölkə bir həftəyə yaxındır ki, əlində olan bütün texnikanı cəbhə xəttinə cəmləyib. Məqsəd itkilərin əvəzini çıxmaq, hücum edib itirilən əraziləri tutmaqdır. Bununla da onlar sübut etməyə çalışır ki, erməni ordusu güclüdür. Ona görə də cəbhədə artıq avtomat, pulemyot deyil, artilleriyadan istifadə edirlər. Bu fakt, əslində,

geniş miqyaslı lokal əməliyyat üçün əsas hazırlayır.

Düşmən ciddi itkilər verməsinə baxmayaraq, hələ də məğlubiyyət acısı ilə barışmaq istəmir.

Son bir ayda yüzlərlə erməni hərbçisi məhv edilib.Ermənilərin rəsmi etirafına görə, təkcə aprel ayında Qarabağ münaqişəsi zonasında baş verən toqquşmalar nəticəsində 159 erməni əsgər yaralanıb. Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Yayılan məlumatda qeyd olunur ki, aprelin əvvəlində 125 erməni hərbçisi yaralanıb. Daha 34 nəfər isə aprelin 5-indən sonra təmas xəttində baş verən atışmalar nəticəsində yaralanıb: “Ən son məlumata görə, artıq tibbi müəssislərində olan 87

erməni hərbçi oradan buraxılıb. Hazırda xəstəxanada olan erməni hərbçilərindən 8-nin vəziyyətinin ağır olduğu bildirilir”.

Azğınlaşan düşmən ən qəddar üsula əl atıb. Belə ki, son günlər ermənilər artilleriya atəşi ilə mülki əhalinin yaşadığı kəndləri vurur.

Elə aprelin 28-də də ermənilər gecə Tərtər rayonunda yalnız mülki əhalinin kompakt yerləşdiyi əraziləri iriçaplı silah və artilleriya atəşinə tutublar.

Bu barədə Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açıqlama verib.

İcra başçısı bildirib ki, erməni silahlı birləşmələri şəhərin mərkəzini və təmas xəttindəki kəndlərdə mülki şəxsləri hədəfə alıb: “Mülki əhali həm iriçaplı silahlardan, həm 120 mm minaatanlardan, həm də ağır artilleriyalardan atəşə tutulub. Dünən 11 yaşayış məntəqəsi və şəhərin mərkəzi atəşə tutuldu. Nəticədə 58 ev, 1 orta məktəb və digər inzibati binalar ciddi zədələnib. Ümumiyyətlə,

aprel ayı ərzində Tərtərdə ermənilərin ağır artilleriyalardan açdığı atəş nəticəsində 256 ev və inzibati binalara ciddi ziyan dəyib. Ermənilər əsasən dinc sakinlərin məskunlaşdığı əraziləri atəşə tuturlar. Tərtərə və kəndlərə əsasən Ağdərə istiqamətindən atəş açılır”.

M.Məmmədov bildirib ki, aprel ayı ərzində Tərtərdə 16 nəfər dinc sakin erməni hərbi birləşmələrinin atəşi nəticəsində həlak olub, 7 nəfər isə yaralanıb. Yaralıların içərisində yaşlı insanlar, qadın və 13 yaşlı uşaq da var”.

M.Məmmədov deyib ki, ermənilər həmçinin Tərtər rayonunun kəndlərini elektrik enerjisi ilə təmin edən elektrik yarımstansiyasına da atəş açıblar: “Nəticədə 20 yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Artıq kəndlərə elektrik enerjisinin verilməsi təmin edilib. Ötən gecə şəhərin 6 saylı orta məktəbinin həyətinə də iki “qrad” mərmisi düşüb və orta məktəb iriçaplı silahlardan atəşə tutulub. Hadisə

gecə saatlarında baş verdiyindən orta məktəbdə heç kim olmayıb”.

Azğınlaşan düşmən yaylım atəşli reaktiv sistemləri – “Qrad” qurğularını işə salıb. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsindədir və nazirliyin əməkdaşları cəbhənin Ağdam istiqamətinə dəymiş ziyanla bağlı evlərə baxış keçiriblər. V.Dərgahlının sözlərinə görə, son üç sutka ərzində erməni tərəfi atəşkəs rejimini ağır artilleriya qurğuları ilə pozaraq, yaşayış məntəqələrini və mülkü şəxsləri atəşə tutur: "Bu, Ermənistanın siyasi rəhbərliyinin Azərbaycana qarşı apardığı təxribat xarakterli siyasətini açıq-aydın göstərir. Ermənilər qadağan olunmuş silahlardan da istifadə edirlər ki, həmin mərmilərin beynəlxalq konvensiyalar tərəfindən istifadə olunmaması göstərilib. Ermənilər isə öz

barbarlığını göstərərək, bu silahlar vasitəsilə yaşayış məntəqələrini atəşə tuturlar. Atəşkəsin pozulması əsasən gecə saatlarında olur. İriçaplı silahlardan, minaatanlardan, D-20 və D-30 haubitsalarından istifadə olunmaqla yaşayış məntəqələri atəşə tutulur".

MN rəsmisi əlavə edib ki, ermənilər ilk dəfə BM-21 yaylım atəşli reaktiv sistemlərindən atəş açmağa da başlayıblar: "Ermənilər bu silahlardan istifadə etməklə bütün beynəlxalq hüquq normalarını pozur. Bunun məsuliyyətini Ermənistanın hərbi və siyasi rəhbərliyi daşıyır".

Erməni hərbi birləşmələrinin güclü artilleriya atəşi nəticəsində mərmilər yaşayış evlərində yanğınlara səbəb olub. Kəndlərin qaz, işıq, su və rabitə xətləri sıradan çıxıb. Erməni hərbi birləşmələri cəbhə xətti istiqamətində daha da azqınlaşıb. Ağdamın Əfətli kəndində ermənilər

bütün yaşayış məntəqələrini ağır artileriyadan atəşə tutur.

Ermənilərin ağır artilleriyadan atdığı mərmilərin ən çoxu Ağdamın Çəmənli kəndinə düşüb. Ermənilərin topdan atdığı mərmilərdən biri yolun ortasına asfalta düşüb və mərminin qəlpələri yaxınlıqdakı elektrik naqillərini qırıb yerə töküb. Hazırda ağdamın yaşayış məntəqələri sözün əsil mənasında güllə yağışı altındadı. Ağdamın işğal altında olan kəndlərindən atılan mərmilərdən biri Ağcabədinin Qaraxanlı kəndində evlərdən birinə düşüb və evdə yanğın baş verib. Hadisə baş verməzdən 10 dəqiqə əvvəl ev sakinləri, nənə və nəvə evi tərk etdiklərinə görə heç kim xəsarət almayıb.

Atılan mərmilərdən biri həmin kənddə yerləşən daha bir kəndlinin tövləsini dağıdıb, toyuq-cücə məhv olub.

Tərtər rayonu Həsənqaya kəndində Kəlbəcərdən olan məcburi köçkün Kamandar Həsənovun evi atılmış qrad mərmisindən tamamilə dağılıb,

Kamandar Həsənovun qızı, 16 yaşlı Türanə Həsənova, bu ilin aprel ayının 5-də top mərmisinin atılması nəticəsində başından aldığı xəsarətdən dünyasını dəyişib. Atılan mərmi nəticəsində kənddə yerləşən daha 6 evə ziyan dəyib, bir kəndlinin qoyunları tələf olub.

Ağdam ərazisindəmərmi partlayışı nəticəsində də mülkü şəxslər arasında ölən və yaralananlar var. Partlayış zamanı bir nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Rayonun Çəmənli kənd sakini Mustafayev Famil Əli oğlu aldığı qəlpə yarasından həyatını itirib. Hüseynov Əli Museyib oğlu və Rəhimov Zahid Vəliş oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılan yaralıların vəziyyətinin ağır olduğu deyilir. Digər yaralılar Fərəcov Zahid Fərəc

oğlu, Abdullayev Anar Nizami oğlu, Tağıyev Elgiz Tofiq oğlu, Məmmədov Elnur Polu oğlu, Kərimov Sirdaş Şükür oğlu və Anar Məmmədova tibbi yardım göstərilib. Onların həyatı üçün ciddi təhlükənin olmadığı bildirilib. Xatırladaq ki, qəlpə yarası alan sakinlərin 7-si Ağdamın Çəmənli kənd sakinidir. Kəndlərin atəşə tutulması nəticə mərmilərdən biri Mahrızlı kənd sakini Bakir Qarayevin evinə düşüb. Partlayış zamanı ev tamamilə yanaraq yararsız hala düşüb. Ev qısa müddətdə əşyaları ilə birlikdə tamam yanıb. Ev sahibi evdə olmadığı üçün xəsarət alan olmayıb. Qonşular yanan evi söndürə bilməsələr də, alovun həyətdəki digər tikiliyə keçməsinə imkan verməyiblər. Atılan top mərmilərindən biri də Çəmənli kənd sakini Vidadi Şükürovun evinin həyətinə düşüb. Partlayış nəticəsində ev tamamilə dağılıb. Təsərrüfatda olan mal-qara tələf olub. Çəmənli kənd sakini Vidadi Şükürov isə deyir

ki, evə mərmi düşdüyü vaxt evdə olublar: "Evdə oturmuşdum, özünüz görürcü, indi ev nə vəziyyətdədir". Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov və rayon icra hakimiyyətinin digər əməkdaşları kəndlərdə olub. Sakinlərə dəyən ziyanla maraqlanıblar. Rayon Fövqəladə Hallar komissiyasından bildirilib ki, rayon ərazisində ümumilikdə 50 evə ziyan dəyib. İki mağaza dağılıb. Bundan başqa, “Qaramal” fermasında 11 baş inək ölüb, 19 baş inək yaralanıb. Əfətli kəndi ərazisində 17 evə ziyan dəyib, 2 ev tamamilə dağlıb. Çəmənli kəndi ərazisində 3 evə ziyan dəyib, 1 ev dağlıb, 1 avtomobil yararsız hala düşüb, 1 at və 1 inək ölüb. Qaradağlı kəndi ərazisində 27 evə ziyan dəyib, 5 ev dağılıb. Zəngişalı kəndi ərazisində 8 evə ziyan dəyib, 1 ev yanıb, 1 mağaza dağlıb və 2 ev dağılıb.

Düşmənin azğınlaşması Azərbaycanın səbrini daşırmaq üzrədir. Bu günə qədər

Azərbaycan atəşkəs razılaşmasına sadıq qalaraq, düşmənin mövqelərinə hücuma keçməyib, yalnız ona cavab atəşi açıb.

Lakin bu gün yayılan xəbərlər görə, Müdafi naziri Zakir Həsənov bütün qoşunlara düşmənə qarşı cavab zərbəsi endirməyi əmr edib.

Bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib. Onun sözlərinə görə, Ermənistan hərbi birləşmələri artıq iki gecədir BM-21 yaylım atəşləri sistemindən də yaşayış kəndlərini atəşə tuturlar:

“İri çaplı silahlardan atırlar. Minaatanlardan, o cümlədən D-20 və D-30 haubitsalarından atırlar. Hətta iki gecədir artıq BM-21 yaylım atəşləri

sistemindən də atırlar. Əsasən atılan mərmilər yaşayış kəndlərinə düşür. Mülki əhalinin yaşadığı kəndlərə düşür. Müdafiə naziri tərəfindən tapşırıq verilib. Bütün qoşunlara əmr verilib ki, düşmənə qarşı cavab zərbəsi açılsın. Və vurulan atəş ancaq onların hərbi obyektlərinə və yaşayış məntəqələrində gizlətdikləri hərbi nöqtələr vurulmalıdır”.

“Azərbaycan mayın 12-də ermənilərə öz yerini göstərəcək”. Bunu isə hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, mayın 12-si atəşkəsin elan olunmasının ildönümüdür: "Mayın 12-nə də az müddət qalıb. Azərbaycan yaxın günlərdə bu məsələdə öz qətiyyətli mövqeyini nümayiş etdirəcək. Çünki ermənilər beynəlxalq hüquq və qaydalara hörmətsizlik nümayiş etdirirlər. Artıq müharibə gedir. Sadəcə, müharibə geniş anlamda başlamayıb. Bu gün hər kəs

müharibənin elementlərini görür. Bu ifadəni dilə gətirməkdən çəkinmək lazım deyil. Çünki Azərbaycan bütün mümkün olan variantlardan istifadə elədi. Həm Rusiyanın istəyini dəyərləndirib müvəqqəti də olsa belə, bir qərar qəbul elədi. Amma görünən odur ki, Rusiyanın özü bu gün Ermənistana bir başa havadarlıq edir".

Ü.Cəfərov qeyd edib ki, bu gün Moskvada keçirilən görüşdə də Rusiyanın müdafiə naziri açıq şəkilə Ermənistanı silahlandıracaqlarını bəyan edib: "Çünki son vaxtlar Rusiya ilə Ermənistan arasında böyük gərginlik hiss olunur. Ermənistanda Rusiyanın bayraqları yandırılır və Rusiya qoşunlarının Ermənistan ərazisindən çıxarılmasıyla bağlı fikirlər səsləndirilir. Bundan əlavə ermənilər artıq həyasızlıqla bütün sədləri aşaraq Tərtər və mülki obyektləri gecə saatlarında insanların

öz evlərində rahat istirahət etdikləri anlarda atəşə tutublar. Bu isə Azərbaycanı əlavə addımlar atmağa məcbur edir". Ekspert Müdafiə Nazirliyinin ermənilərin qadağan olunmuş silahlardan istifadə etməsi ilə bağlı məlumatına münasibət bildirib: "Onlar artıq bütün sədləri aşıblar. Ermənilərlə başqa dildə danışmağın heç bir anlamı yoxdur. Çox təssüflər olsun ki, Rusiya da özünün qeyri-səmimiliyini ortaya qoydu. Biz bundan sonra Rusiyanın yalvarışlarına, hədə-qorxu bəyanatlarına əhəmiyyət verməməliyik. Ərazimizin bərpası ilə bağlı qətiyyətli addımlar atmalıyıq".

Samir

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Bu o deməkdir ki, Azərbaycanla düşməni xətti seçir və bu məmləkəti itirir”

    “Bu o deməkdir ki, Azərbaycanla düşməni xətti ...

    3-05-2016, 18:23

  • 
  • Ermənistan ordusu itki verdi

    Ermənistan ordusu itki verdi ...

    28-08-2015, 20:08

  • 
  • Azərbaycan ordusu 6 erməni əsgərini məhv etdi, yaralılar var

    Azərbaycan ordusu 6 erməni əsgərini məhv etdi, ...

    18-06-2017, 02:04

  • 
  • "Rusiya Qarabağı Azərbaycana qaytarır" - Erməni politoloq

    "Rusiya Qarabağı Azərbaycana qaytarır" ...

    22-11-2014, 22:22

  • 
  • Erməni hərbçi məhv edildi

    Erməni hərbçi məhv edildi ...

    12-05-2016, 15:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu