GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Qorxu cəmiyyəti” siyasi sisteminin arxitektoru - Ramiz Mehdiyev

“Qorxu cəmiyyəti” siyasi sisteminin arxitektoru - Ramiz Mehdiyev

Tarix: 17-04-2013, 10:20 Bölmə :Manşet Baxış: 750
“Qorxu cəmiyyəti” siyasi sisteminin arxitektoru - Ramiz Mehdiyev

“Boz kardinal” kimi tanınan Mehdiyev bu yaşa iki
ciddi problemlə gəlib: şəxsi və dövlət xarakterli


Azərbaycanın əsas siyasi personajlarından biri, hakimiyyət sistemində dövlət başçısından sonra ikinci şəxs olan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 17 apreldə 75 yaşını qeyd edir. “Boz kardinal” kimi tanınan Mehdiyev bu yaşa iki ciddi problemlə gəlib: şəxsi və dövlət xarakterli. Ötən il sentyabrın sonunda ABU-nun keçmiş rektoru Elşad Abdullayev bu qoca siyasi qrossmeysterin reputasiyasını korrupsiya və kriminal sprut kompromatları seriyası ilə korladı.
Rejimin sütununa nöqtəvi zərbələr prezident Əliyevi təcili olaraq hakimiyyətin dayaqlarını möhkəmləndirmək üçün preventiv tədbirlər görməyə məcbur etdi. O, Prezident Administrasiyasının rəhbərinə fövqəladə situasiyada idarəetmə ixtiyarını üzərinə götürə biləcək yeni 4 müavin vəzifəsi təsis etdi. Mehdiyevə qarşı kompromatlar elə güclü olub ki, KİV-in məlumatına görə, o, xarici klinikalarda müalicə üçün Almaniyaya gedib. Abdullayevin cəmiyyəti şoka salan “Gülərqeyt” kod adlı ifşaları, həmçinin nüfuzlu ziyalıların hücumları Mehdiyevin siyasi şahmat oyununda yaranan problemlərdən xəbər verirdi.
Akademik Çapay Sultanov "Şahmat prizmasından..." kitabında Mehdiyevin şahmat üslubunu xarakterizə edib: "Mehdiyev öz «şahmat sistemini» işə saldı – şahmat terminologiyası ilə desək, müxalifət düşərgəsində «zəiflik» və «izolyasiya edilmiş piyadalar» yaratdı... Öz “şahmat sistemində” «boz kardinal» kibernetikada “qara qutu” adlanan taktiki metodu tətbiq etdi. Bu zaman giriş və çıxış parametrləri məlum olur, “qara qutu”da nə baş verdiyi isə bilinmir. Biz “qara qutu”da nə baş verdiyini bilmirik, - deputatlıq vədləri, vəzifələr və daha nələr, amma “qara qutu”dan çıxış parametrləri yaxşı məlumdur – ehtimal 99,99%-dir."
Müəllif yazır ki, Mehdiyevin «elə bir partiyası olmayıb ki, şaha hücumla qalib gəlsin – mühasirəyə alıb, sıxıb, sıxıb, bundan sonra onun qıcıqlanan rəqiblərinin mövqeləri sadəcə parçalanıb!» Məhz Mehdiyevi indiki “qorxu cəmiyyəti” siyasi sisteminin arxitektoru sayırlar – burda əzilmiş müxalifət, satılmış KİV və QHT-lər, dəqiq qurulmuş repressiya aparatı var. Uzun illər üçün hesablanan bu sistem Abdullayevin ifşalarından daha çox yeni dünya cərəyanları nəticəsində sarsıldı. Köhnə sovet ideoloqu bunları mülahizə etmir, öncədən görmürdü.
Hələ 5 il əvvəl özünün 70 illik yubileyinə Mehdiyev o illərdə dəbdə olan «Kreml modernləşməsi» konsepsiyasını xatırladan Azərbaycanın gələcəyinə dair öz konsepsiyasını ortaya qoyub. «Gələcəyin strategiyasını müəyyən edərkən: moderləşmə yolu» məqaləsində Prezident Administrasiyasının rəhbəri Azərbaycanın yeni strategiyasını formalaşdırır, elmi analiz normalarını təhrif edərək müasir demokratiyanın problematik mahiyyətini (Hantinqtonun «üçüncü dalğası»), modernləşmə və qloballaşma çağırışlarını olduqca ekzotik şəkildə təqdim edir. 90%-i sitatlardan ibarət və prezident İlham Əliyevin sitatları ilə bol olan məqalədə Mehdiyev «iqtisadi inkişafın» prioritet planını önə çəkərək «gələcəyə təxirə salınan demokratiya» ilə gələcək versiyasını əsaslandırmağa çalışır. O, müvəqqəti modernləşməyə görə demokratiyanı «yığışdırmağı» təklif edir. Mehdiyevi Azərbaycanda həqiqi modernləşmənin reallaşdırılması deyil, qeyri-müəyyən müddətə təxirə salınması maraqlandırır. Müvəqqəti çərçivəni isə göstərmir, modernləşmə başa çatana qədər demokratiyanın sürətləndirilməsindən imtinanın zəruriliyinə bəraət qazandırmaq istəyir.
Sonrakı illərdə rejimin baş ideoloqu modernləşmə bəhanəsilə hakim elitanın oliqarxik maraqlarına (xüsusən də neft dollarının aramsız artımı şəraitində) cavab verməyən demokratikləşmə prosesini təxirə salmaq üçün mümkün olan hər şeyi edirdi. Ancaq dünyada «ərəb baharı» adını alan proseslərin başlaması qrossmeysteri 2012-ci ilin may ayında «Azərbaycan 2020: gələcəyə baxış» adlı yeni konsepsiyanı formalaşdırmağa məcbur edir. Bu dəfə kardinal dünya birliyini inandırmağa çalışır ki, mövcud rejim 20-ci ilə qalacağı təqdirdə Azərbaycan müasir demokratik dövlətin yaradılması istiqamətində qətiyyətli addımlar atacaq.
Bu dövlət konsepsiyasında Mehdiyev prezident Əliyevin yaxın pesrpektivə 4 məqsədini (oxu vədini) ortaya qoyur: 1) Azərbaycanı hərtərəfli inkişaf etdirmək, 2) onu müasir dövlətə çevirmək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq etmək, 3) vətəndaşların bütün azadlıqlarını təmin etmək, 4) hüquqi dövlətin qurulması işində daha böyük addımlar atmaq. Növbəti səkkiz il müddətində konsepsiya siyasi sahədə demokratik və hüquqi islahatları davam etdirməyi, demokratik institutların və vətəndaş cəmiyyəti institutlarının rolunu gücləndirməyi, insan hüquq və azadlıqlarının və qanunun aliliyi prinsipinin tam təsdiqini vəd edirdi.
Sosial-iqtisadi sahədə iqtisadiyyatın şaxələnməsi və qeyri-neft sektorunun güclənməsi hesabına dayanıqlı və sabit iqtisadi inkişafına nail olunması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və onun maddi və mənəvi rifahının dayanmadan yaxşılaşdırılması, bütün vasitələrlə əhalinin orta təbəqəsinin genişlənməsi və onun cəmiyyətdəki rolununu artırılması vəd edilirdi.
Beynəlxalq ictimaiyyətə bu gecikmiş mesaj inandırıcı və səmimi görünmədi, bu, Qərbin islahatların sürətləndirilməsi və demokratikləşmə prosesinə başlanması haqda sərtləşən tələblərindən görünürdü. Bu gediş göstərirdi ki, çoxgedişli şahmat kombinasiyalarlının vaxtı bitib.
Strategiya -2020-nin, eləcə də modernləşmənin qeyri-səmimiliyi özünü çox gözlətmədi. Strategiyanın ilk ili reqressiv situasiya – demokratiyadan geri çəkilmə, insan haqlarının pozulmasının güclənməsi, siyasi və iqtisadi islahatların qarşısının alınması ilə yadda qaldı. Mehdiyevin bu yeni reqressiv siyasəti növbəti şahmat gedişində özünü dəqiq göstərdi. Martın ortalarında Azərtac-a müsahibdəsində Mehdiyev məqsədli şəkildə beynəlxalq qeyri-hökumət təşkilatlarına (oxu – Qərb camiəsi) hücuma keçdi, onları Azərbaycanın daxili işlərinə qarışmaqda və ölkədə inqilab etməyə cəhddə suçladı.
Prezident Administrasiyasının rəhbərinin müxalifətə, müstəqil QHT və KİV-lərə və Qərb demokratiyasına aşkar nifrətlə dolu ritorikası daxili və xarici reallıqların qavranılmasında ciddi problem olmasını və siyasi qarşıdurma xəttinin götürüldüyünü göstərirdi. Şahmatda qarşıdurmalı gedişlər heç də ən yaxşı oyun variantı deyil, xüsusən “qara qutu” metodunu indi dünya qrossmeysterləri Əliyev komandasının ən əsas fiquruna – vəzirə qarşı oynayırlar. Azərbaycan siyasətinin 75 yaşlı şahmat fiqurunun gedişinin nə olacağını zaman göstərəcək. Bu faktdır ki, manevr üçün zaman və imkan daralıb.

Turan Analitik Xidməti
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyev çıxılmaz durumda

    Ramiz Mehdiyev çıxılmaz durumda ...

    17-12-2012, 22:38

  • 
  • Ramiz Mehdiyev çıxılmaz durumda

    Ramiz Mehdiyev çıxılmaz durumda ...

    17-12-2012, 23:32

  • 
  • Paşayevlərdən Ramiz Mehdiyevə tələ

    Paşayevlərdən Ramiz Mehdiyevə tələ ...

    12-12-2012, 12:55

  • 
  • Ramiz Mehdiyev AMEA-ya prezident gətilir?

    Ramiz Mehdiyev AMEA-ya prezident gətilir? ...

    13-02-2013, 10:49

  • 
  • Ramiz Mehdiyev icra başçılarını Bakıya toplayır

    Ramiz Mehdiyev icra başçılarını Bakıya toplayır ...

    20-10-2014, 14:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu