GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Paşayevlərdən Ramiz Mehdiyevə tələ

Paşayevlərdən Ramiz Mehdiyevə tələ

Tarix: 12-12-2012, 12:55 Bölmə :Manşet Baxış: 3 308
Paşayevlərdən Ramiz Mehdiyevə tələ

PA rəhbərinin yerinə iki iddialı var; Əli Əsədov və Zeynal Nağdəliyev "boz kardinal"ın postu uğrunda hərəkətə keçib


gundemxeber.az Hələ bir müddət əvvəl Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin tutduğu vəzifədən uzaqlaşdırılaraq Heydər Əliyev Mərkəzinə rəhbər təyin ediləcəyi barədə məlumatlar yayılmışdı. Bu məlumatlar təsadüfi deyildi və hakimiyyətdaxili mənbələr iddia edirdi ki, İlham Əliyevin Ramiz Mehdiyevlə vidalaşmaq istəyinin bir sıra ciddi səbəbləri var idi.
Əvvəla, "boz kardinal"la İlham Əliyevə daha yaxın olan Paşayevlərin münasibəti qarşıdurma səviyyəsindədir. Qarşıdurma bəzən açıq müstəviyə də keçir və bu zaman hakimiyyətdə ciddi təlatümlərə yol açır. Hakimiyyət daxilində belə bir konfrantasiya əlbəttə ki, İlham Əliyevin rahatlığını pozmaya bilməz.
İkincisi, Ramiz Mehdiyevin idarəçilikdəki mövcudluğu İlham Əliyevin dövlət başçısı kimi varlığını kölgədə qoyur. İlham Əliyev özü də yaxşı bilir ki, cəmiyyətdə "ölkəni Ramiz Mehdiyev idarə edir" kimi bir rəy hakim kəsilib. Uzun illər ərzində formalaşan və hər kəs tərəfindən qəbul edilən bu rəy dövlət başçısında müəyyən kompleksin formalaşmasına gətirib çıxarıb. Deməli, İlham Əliyev varlığını (idarəçilikdəki) hiss etdirmək üçün "Ramiz Mehdiyev kompleksi"ndən qurtulmaq istəyə bilər.

Dörd müavinlə başlayan proses

Akademikin "vurulacağı" və PA rəhbərinə dörd müavin təyin edilərək onu tam nəzarətə götürmək istiqamətində aparılan islahatlardan sonra hakimiyyətdaxili qruplaşmalar "boz kardinal"ın postu uğrunda mübarizəyə başlayıb. Hakimiyyətdəki mənbə "Gündəm Xəbər"ə belə deyir. Bu isə Ramiz Mehdiyevə dörd müavinin təyin edilməsi heç də əsassız olmadığını göstərir. Yeri gəlmişkən, Ramiz Mediyevin özünün də müxtəlif üsullarla baş verə biləcək olayların qarşısını almaq cəhdlərində bulunması, həmçinin zaman-zaman belə məsələlər gündəmə gələndə Rusiyaya səfər etməsi, mətbuata müxtəlif açıqlamalar verməsi, yaxud əksinə Rusiyada yaranan "Milyarderlər İttifaqının" Bakıya qarşı aqresiv mövqeydə dayanması "boz kardinal"la bağlı məlum planın mövcudluğundan xəbər verir.
Hakimiyyətdaxili mənbənin sözlərinə görə, hazırda Ramiz Mehdiyevin postuna iki iddialı var. Bunlar İlham Əliyevin çevrəsinə daxil olduğu iddia edilən Zeynal Nağdəliyev və Əli Əsədovdur. Mənbə bildirib ki, hər iki şəxs özünü Ramiz Mehdiyevin postuna layiq bilir və "boz kardinal"ın yola salınmasını gözləyir. Mənbənin sözlərinə görə, Əli Əsədov və Zeynal Hağdəliyev hətta bu iddialarını da gizlətmirlər.

Paşayevlərdən Ramiz Mehdiyevə tələ

Prezident Administraasiyasının rəhbəri Ramiz Mehdiyevə Paşayevlərə hələ bir neçə il əvvəl tələ qurublar. Sonda bu tələ PA-da yeni dəyişikliklər oldu.
Hələ YAP-ın siyahısı açıqlanmamışdan əvvəl Ramiz Mehdiyevlə Paşayevlər arasında ciddi qarşıdurma yaranmışdı. Paşayevlər "gəncləşmə siyasəti" ideyasını ortaya ataraq Milli Məclisi Ramiz Mehdiyevin nəzarətində olan YAP-ın öndə gedən simalarından xilas etmək və parlamentə nəzarəti ələ keçirməyə çalışırdılar. Ramiz Mehdiyev bir müddət Paşayevlərə dirəniş göstərə bilsə də, nəhayət, onlara müəyyən güzəştlərə getməyə razı oldu. YAP-ın siyahısına gənclərin də adı daxil edildi. Lakin Ramiz Mehdiyev gənc namizədləri elə dairələrə saldı ki, onlar biabırçı məğlubiyyətə məhkum oldular. Məsələn, "İrəli" Gənclər Hərəkatının rəhbəri Ceyhun Osmanlının namizədliyi 63 saylı Sabirabad birinci seçki dairəsindən irəli sürüldü. Ramiz Mehdiyev güman edirdi ki, Ceyhun Osmanlının bu dairədə qələbə qazanacağını üfüqdə belə görünmür. Çünki bu adam bəlkə ömründə bir dəfə də olsun Sabibaradda olmamışdı. Həmçinin bu rayonda müxalifət kifayət qədər güclü idi. O vaxt təbii fəlakətdən sonra isə Sabirabadda narazıların sayı birə-beş artmışdı. Bu halda Ceyhun Osmanlı kimi cəmiyyətdə o qədər də tanınmayan, Sabibarada bələd olmayan bir şəxsin bu rayonda səs alması mümkünsüz görünürdü. PA rəhbərinin belə cızdığı planları kifayət qədər olub. Mənbə deyir ki, amma buna baxmayaraq Paşayevlər bu gün əzəli rəqibləri Ramiz Mehdiyevi sıxışdıra biliblər. Ancaq bu da kifayət deyil. Çünki Ramiz Mehdiyev hakimiyyət üçün son anda təhlükəli ola bilər. Elə bu təhlükələrdən qorunmaq məqsədilə İlham Əliyev hakim ailəyə yaxın adamlarını Ramiz Mehdiyev ətrafında toplayıb. PA-da son yeniliklərə diqqət etdikdə Paşayevlər əslində Ramiz Mehdiyevin "təhlükəli siyasəti"ni heçə endirib. 2013 prezident seçkisində isə PA rəhbəri bundan Paşayevlərə əks-arqument kimi istifadə edərək hücuma keçəcəyi gözləniləndir. Yəni, Ramiz Mehdiyev PA-dakı yeniliklərin uğursuz addım olduğunu sübut etmək üçün onların uğursuzluqlarını nümunə gətirəcək.

Fuad

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hakimiyyət yeni komandanın əlində

    Hakimiyyət yeni komandanın əlində ...

    8-12-2012, 09:49

  • 
  • Ramiz Mehdiyevin kürəkəni klanlardan danışdı

    Ramiz Mehdiyevin kürəkəni klanlardan danışdı ...

    23-10-2013, 16:42

  • 
  • Ramiz Mehdiyevin ətrafında minalanmış zona

    Ramiz Mehdiyevin ətrafında minalanmış zona ...

    20-01-2013, 13:40

  • 
  • Prezident seçkisi öncəsi iqtidar parçalana bilər

    Prezident seçkisi öncəsi iqtidar parçalana bilər ...

    13-12-2012, 11:34

  • 
  • Hakimiyyət üçbucağı savaş içində

    Hakimiyyət üçbucağı savaş içində ...

    7-12-2012, 10:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu