GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakimiyyətin anti-məmur projesinin gizlinləri

Hakimiyyətin anti-məmur projesinin gizlinləri

Tarix: 8-12-2012, 16:39 Bölmə :Manşet Baxış: 756
Hakimiyyətin anti-məmur projesinin gizlinləri
Məmurların və onların ailə üzvlərinin gəlirlərinə nəzarət mexanizmi yaradılacaq

Əldə etdiyimiz məlumatda bildirilir ki, hakimiyyət məmurlara nəzarət etmək məqsədilə yeni projeni işə salmaq niyyətindədir. Bu yolla məmurların və onların ailə üzvlərinin gəlirləri üzərində ciddi nəzarət mexanizmi reallaşdırılacaq ki, bu da «obşıy kotyol»dan oğurluğun qarşısını maksimum şəkildə almağa hesablanıb. Mənbəmizin sözlərinə görə artıq bununla bağlı konkret layihə də hazırlanıb və layihənin gerçəkləşməsinə yaxın zamanlarda başlanacaq.
Belə ki, bu yaxınlarda təsdiq edilmiş «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»na ilginc təklif əlavə edilə bilər. Cəmiyyətin və ekspertlərin razılıqla qarşıladığı fəaliyyət planına daxil edilməsi gözlənilən həmin təklif iri məmurların ailə üzvlərinin də gəlir deklorasiyaları verməsini nəzərdə tutur. Bu isə olduqca ciddi nüansdır və maraqlı tendensiyaların müjdəçisi sayıla bilər.
Xatırladaq ki, sentyabrın əvvəllərində təsdiq edilmiş Milli Fəaliyyət Planına görə, 40 ay ərzində korrupsiyaya qarşı mübarizə çərçivəsində 28 istiqamət üzrə 125 tədbirin həyata keçirilməsi nəzərdə tutulur. Planda vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatlar barədə bəyannamə təqdim edilməsi mexanizminin işlənib hazırlanması da yer alıb. Bu çərçivədə Nazirlər Kabineti və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya 2013-cü ildə bəyannamələrin elektron formasının işlənməsi tapşırılıb.
İlkin ehtimallara görə, Azərbaycanda 30 minə yaxın məmur və vəzifəli şəxs gəlirləri barədə bəyannamə təqdim etməlidir.
Bu arada isə fəaliyyət planına yalnız məmurların deyil, onların ailə üzvlərinin - yəni həyat yoldaşlarının, övladlarının və ata-analarının da gəlirləri, əmlakları və vəsaitləri barədə məlumat verilməsi təklif olunub. Artıq həmin təklifin fəaliyyət planında nəzərə alınacağına dair müsbət cavab verildiyi də gələn məlumatlar arasındaır.
Qeyd edək ki, dünya ölkələrinin əksəriyyətində ailə üzvlərinin gəlir və əmlak vəziyyətinə dair məlumatlar rəsmi şəxsin gəlir bəyannamələrinə daxil edilir. Bu məsələdə əsas arqument vəzifəli şəxslə ailə üzvləri arasında maliyyə məsələlərinin sıx əlaqədə olmasına əsaslanır. Yəni həmin məlumatların bəyannaməyə daxil edilməməsi sistemin effektivliyini azalda bilər, çünki bu halda rəsmi şəxsin korrupsiya yoluyla qazandığı vəsait hesabına topladığı varidatı ailə üzvlərinin adına rəsmiləşdirməklə, məsuliyyətdən yayına bilər.
Ekspertlər hesab edirlər ki, məmurların gəlir bəyannamələri təqdim etməsinin böyük sosial önəmi olacaq. Cəmiyyətdə gəzən bir çox söz-söhbətlərə son qoyulacaq. Yəni aydın olacaq ki, filankəs nazir təyin ediləndən sonra onun gəlirləri dəyişib, ya dəyişməyib. Bu cəmiyyətdə vəzifəli şəxslərə etimadın güclənməsinə gətirib çıxaracaq, çünki fəaliyyətləri açıq olacaq. Həm də vəzifəli şəxslərin təmiz işləməsi əmsalı güclənəcək. Eyni zamanda rüşvətxorluğun azalmasını şərtləndirəcək.
Bunu BMT-nin araşdırmaları da təsdiqləyir. Belə ki, həmin aaraşdırmalara görə, gəlir bəyannamələri təqdim edilən ölkələrdə korrupsiya əmsalı daha aşağıdır və korrupsiyanın miqyası da məhdudur. Qeyd edək ki, bu məsələ BMT-nin 2003-cü ildə qəbul etdiyi «Korrupsiya əleyhinə konvensiya»da da vurğulanıb. Sənədə görə, üzv dövlətlər vəzifəli şəxslərin qulluqdankənar fəaliyyəti, məşğuliyyəti, investisiyaları, aktivləri və əhəmiyyətli hədiyyələri və ya qazancları barədə müvafiq orqanlara bəyannamə vermək öhdəliyini doğuran tədbir və sistemləri müəyyən etməyə çalışmalıdır. Bu müddəa BMT-yə üzv dövlətlər qarşısında gəlir bəyannamələr sistemini öhdəlik kimi müəyyən edir. Yəni Azərbaycan bu addımı atmaqla, BMT-nin bu tövsiyyəsinə də əməl etmiş olur.
Məmurların ailə üzvlərinin də gəlir bəyannamələri təqdim etməsi isə həm də toplumdakı zərərli bir ənənin sonunu gətirə bilər. Əgər məlum təklif keçərsə, o zaman məmur balalarının atalarının varidatı hesabına lüks həyat keçirməsi, bahalı əyləncələrə baş vurması, avtoşluqdan kazino həvəsinədək bir çox mənfi davranışları minimuma enər.
Hazırda bir çox məmur uşaqları valideynlərinin vəzifəsinə və maddi gücünə arxayın olaraq, inanılmaz bir komforta sahibdirlər, özlərini dəhşətli dərəcədə şıltaq aparır və sıravi ətəndaşlarla ən müxtəlif situasiyalarda ixtilafa girirlər. Özlərini cəmiyyətin «seçilmiş balalar»ı hesab edən bəzi məmur uşaqlarının valideynləri sayəsində qazandıqları sərvət onların gözünü tutub və çox «yuxarıdan getmələrinə» səbəb olub.
Ekspertlərin fikrincə, «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»na haqqında danışılan təklif əlavə edilərsə, artıq bu zərərli tendensiya kəskin sarsıla və əhəmiyyətli şəkildə sıradan çıxa bilər.
Sənan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Jirinovski kök məmurların işdən qovulmasını tələb etdi

    Jirinovski kök məmurların işdən qovulmasını tələb ...

    21-01-2014, 12:14

  • 
  • Uşaqların internet klublarından istifadəsi məhdudlaşdırılır

    Uşaqların internet klublarından istifadəsi ...

    26-11-2013, 11:44

  • 
  • Məmurların qara günləri başlayır

    Məmurların qara günləri başlayır ...

    11-03-2013, 10:29

  • 
  • Azərbaycanda məmurların elmi ad alması qadağan olunub

    Azərbaycanda məmurların elmi ad alması qadağan ...

    26-05-2013, 19:33

  • 
  • Hakimiyyət «Antinur kompaniyasina» start verdi

    Hakimiyyət «Antinur kompaniyasina» start verdi ...

    18-03-2014, 18:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu