Yeni nazir İspaniyaya təyyarə ilə uçduğu zaman yaşanmış qalmaqalla daha çox tanınır
Təhsil naziri Mikayıl Cabbarov Türkiyə Respublikası Hökuməti yanında Xaricdə Yaşayan Türklər, İcmalar və Əqrəba Topluluqları İşi üzrə Komitənin sədri Kamal Yurtnacın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edən Mikayıl Cabbarov Azərbaycanla Türkiyə arasındakı qarşılıqlı dostluğa əsaslanan münasibətlərə xüsusi önəm verdiyini bildirib. Nazir iki ölkənin təhsil sahəsindəki əlaqələrinin inkişafı üçün geniş potensialın mövcudluğunu nəzərə çatdırıb. Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun Mikayıl Cabbarova yeni işində uğurlar arzulayıb. Təhsil naziri azərbaycanlı tələbələrin Türkiyənin qabaqcıl universitetlərində təhsil alması üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib. Azərbaycanda təhsilin, insan kapitalının inkişafının dövlət siyasətinin prioritetlərindən biri olduğunu diqqətə çatdıran nazir bu baxımdan azərbaycanlı tələbələrin Türkiyə universitetlərində ölkəmiz üçün prioritet olan ixtisaslar üzrə oxumasının səmərəli əməkdaşlığa əsaslanan münasibətlərimizə yeni töhfələr verəcəyinə əminliyini ifadə edib. Sabiq təhsil naziri Misir Mərdanov AMEA prezidentliyinə namizəd olmadığını açıqlayıb. Misir Mərdanov belə bir şeyin qətiyyən mümkün olmadığını bildirib. Sabiq nazir ona yeni vəzifə verilməsi məsələsinə də aydınlıq gətirib. “Bu barədə bir şey demək istəmirəm. Vaxtı gələndə hər şeyi biləcəksiniz", - deyə Misir Mərdanov bildirib. Azərbaycan təhsilini yarıtmaz siyasəti hesabına şikəst edən Mərdanovun bundan sonra hansı sahədə vəzifə tutması kimə lazımdır? O sahəni də bataqlığa sürükləyəcəyi indidən bilinən Mərdanovun qalan ömrünü təqaüdlə yaşasa daha faydalı olar. Bu yaşdan sonra yenə də vəzifə hərisliyini boğa bilməyən sabiq nazir kreslo xiffətini çəkir. Onun kimi məmurlarla çoxdan vidalaşmaq gərək idi. Məktəblərdə süpürgə pulu yığmağı, kişi müəllimlərə 8 mart hədiyyəsi verməyi məhz bu nazir təhsil sisteminə yeridib. Bir milləti məhv etmək üçün Mərdanov onun təhsilini məhv edib. Onu əvəzləyən Mikayıl Cabbarova gəlincə, biz onu təhsil naziri olmazdan əvvəl İspaniyaya təyyarə ilə uçduğu zaman yaşanmış qalmaqaldan tanıyırıq. Təsəvvür edin ki, belə bir şəxs təhsilə nazirlik edəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?