AXCP sədrini guya qarşıdurma yaratmaqda ittiham etməklə gündəmi dəyişmək istəyirlər
Bu gün əksər hakimiyyətyönlü mediada AXCP sədri Əli Kərimlinin partiyadaşlarını 10 dekabrda keçiriləcək aksiyada polislə qarşıdurmaya çağırması barədə xəbər yayılıb. Bununla bağlı AXCP mətbuat xidməti bəyan edib ki, xəbər başdan ayağa dezinformasiyadır və Əli Kərimliyə qarşı baş tutmayan sui-qəsdin ifşasından pərtliyin ifadəsidir. Hakimiyyət indi Əli Kərimlini guya qarşıdurma yaratmaqda ittiham etməklə gündəmi dəyişmək istəyir. “Aksiyaların getdikcə genişlənməsi də bir yandan hakimiyyətə narahatlıq yaradır. Belə xəbərlərlə aksiyaya gəlmək istəyənləri qorxutmağa çalışırlar. Aksiyalarimiz həmişə olduğu kimi dinc xarakter daşıyacaq. Hökumət mediasının yazdıqları cəfəngiyyatdır. Əli Kərimli heç kimi qarşıdurmaya çağırmayıb, IP-in tədbirində də heç bir qarşıdurma olmayacaq. Biz zorakılığın və qarşıdurmanın qəti əleyhdarıyıq”, — deyə bəyanatda bildirilir. Bəyanatı mətbuat xidmətinin rəhbəri Natiq Ədilov özünün facebook səhifəsində yayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?