“Gündəm-xəbər” qəzetinə qarşı aparılan təzyiqlərin dururulsun, aşkarlığın qorunmasında müstəsna görəvlər daşıyan mətbuatın fəaliyyəti üçün normal şərait yaradılsın”
Klassik Xalq Cəbhəsi Partiyasının Ali Məclisi “Gündəm-xəbər” qəzetinə qarşı hakimiyyətin təzyiqlərinə son qoyulması ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir: “Azərbaycanda seçkilər yaxınlaşdıqca hakimiyyət sturukturlarının mediya orqanlarına qarşı açdığı savaş genişlənir, basqılar kəskinləşir. Ölkədəki bütün sahələrdə olduğu kimi mətbuatda da “ayır-buyur” siyasəti kəskinliklə icra olunur. Hansısa mediya orqanları büdcədən maliyyələşir, əvəzində çox çətinliklə mövcudluqlarını saxlayan qəzetlər müxtəlif bəhanələrlə məhkəmələrə çəkilir. Ofşor banklarda gizlədilən milyardların mənbəyinin, vergidən gizlədilməsi səbəblərinin araşdırılması əvəzinə, yalnız həqiqəti yazdıqlarına görə mövcudluqlarını saxlaya bilən qəzetlər vergi bəhanəsiylə məhkəmələrə çəkilərək bağlanır, qəzetin məsul şəxsləri həbslərlə hədələnir, həqiqət deyə bilən mənbələrin varlığına son qoyulur. Artıq növbəti qurban “Gündən-xəbər” qəzetidir. Vətəndaşı və təşkilatları hər cür, hətta hakimiyyət orqanlarının təcavüzündən qorumalı olan bəzi hüquq mühavizə orqanlarının müxtəlif maddələrlə haqlarında cinayət işi qaldırdığı “Gündəm-xəbər” qəzetinin məhkəmə prosesi gedir. Sübut olmadığından bəzi maddələr qəzetin üzərindən götürülsədə, təhlükə ciddiliyini qoruyur. Proses belə davam edəcəksə, ölkədə insan haqlarının, söz azadlığının və nəhayət ədalətin qorunmasına məsul olan orqanlar, şəxslər, ən yaxşı halda, gözləmə mövqeyi tutacaqsa “Gündəm-xəbər” qəzetinində bir çox qəzetlər kimi fəaliyyətinə son qoyulacaqdır. KXCP Azərbaycan Respublkasının prezidentindən, hüquq-mühavizə orqanlarının rəhbərlərindən seçki ilində ayrı-ayrı hakimiyyət sturukturlarının mediyaya qarşı apardığı savaşa son qoyulmasını, “Gündəm-xəbər” qəzetinə qarşı aparılan təzyiqlərin dururulmasını, aşkarlığın qorunmasında müstəsna görəvlər daşıyan mətbuatın fəaliyyəti üçün normal şəraitin yaradılmasını tələb edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?