GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ramiz Mehdiyevin qəfil İran səfərinin sirri...

Ramiz Mehdiyevin qəfil İran səfərinin sirri...

Tarix: 30-04-2013, 13:22 Bölmə :Manşet Baxış: 1 089
Ramiz Mehdiyevin qəfil İran səfərinin sirri...
PA rəhbəri XİN başçısının İsrail səfərinə və hakimiyyətlə Tehranın münasibətlərinə aydınlıq gətirməyə gedib
Aprelin 29-da Azərbaycan Təhlükəsizlik Şurasının sədri, eyni zamanda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Tehrana yola düşüb. İranın rəsmi İRNA agentliyinin məlumatına görə, R.Mehdiyev İran TŞ-nin rəhbəri Sayed Cəlili ilə danışıqlar aparacaq. Həmçinin ölkənin rəsmi şəxsləri ilə görüşlər keçiriləcək. Səfərin məqsədi və gündəliyi açıqlanmır. Lakin güman etmək olar ki, R.Mehdiyev Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun İsrailə səfərinin səbəblərinə aydınlıq gətirəcək.
Məlum olduğu kimi, Tehran Bakı və Tel-Əviv arasında əlaqələrin qəti əleyhinədir və dəfələrlə Bakıya qarşı sanksiyaların tətbiqi ilə hədələyib. Odur ki, E.Məmmədyarovun İsrailə rəsmi səfəri İranda açıq çağırış kimi qarşılanıb. Bu səbəbdən R.Mehdiyevi ciddi danışıqların gözlədiyini güman etmək olar.
Bununla bağlı Etatist.com-a açıqlama verən politoloq Ərəstun Oruclu, bu barədə rəsmi məlumatın olmadığını və Azərbaycanın yüksək rəsmisinin İrana səfər etməyin Azərbaycanla İran arasındakı gərginlik ola biləcəyini bildirdi: “Mən bu barədə hələ rəsmi məlumata rast gəlməmişəm. Bilmirəm bu dəqiq məlumatdır, ya yox.
Çünki rəsmi dövlət mənbələrində bu barədə məlumat verilməyib, yalnız kütləvi informasiya vasitələrində yayılıb. Əgər Azərbaycanın yüksək rəsmisi İrana səfər edirsə, bunu bir neçə aspektdən izah etmək olar. Birincisi, bu gün İranla Azərbaycan arasında yaranan gərginlik, yaşanan diplomatik siyasi qarşıdurma ola bilər. Xüsusilə Elmar Məmmədyarovun İsrailə səfərindən sonra onlar buna çox aqressiv, sərt reaksiya verdi.
Belə bir səfər gərginliyi aradan qaldırmaq üçün edilə bilər. İrana bir xoş mesaj ifadəsi kimi şərh oluna bilər. Digər bir şəkildə isə bunu məqsədli bir şəkildə eləmək olar ki, məsələn: hər hansı bir yüksək vəzifəli Azərbaycan rəsmisi İrana səfər etməklə bu gün Azərbaycana sistemli basqı göstərən Rusiya və ya digər ölkələrə mesaj kimi də qəbul oluna bilər ki, biz təklənmiş vəziyyətdə qalmaq fikrində deyilik. Bu baxımdan biz İranla da əməkdaşlıq edə bilərik”.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə bu səfərin boşuna olmadığını və nəticələrinin yaxında bilinəcəyini qeyd etdi: “Bu öncədən planlaşdırılmış və ya gözlənilməz bir səfər də ola bilər. Amma hər halda, bizim necə münasibət bəsləməyimizdən, bilib-bilməməyimizdən asılı olmayaraq istənilən səfər məqsədlidir. Hər halda Azərbaycanda dövlət təmsilçilərinin bu və ya digər səfərləri məhz bu ilə hesablanıb - seçki ilinə. Bizim qonşularımız ilə olan münasibətlərimiz xoşagələn vəziyyətdə deyil. O da bizim özümüzdən, Azərbaycan dövlətinin yürüdülən siyasətindən asılı deyil, böyük asılılıq onlardandır. Mən belə hesab edirəm ki, Ramiz Mehdiyevin səfəri boş səfər deyil, sırf məqsədli səfərdir. Bunun nəticəsinə də baxarıq və görərik”.
Politoloq Zərdüşt Əlizadə “Bu yalnız iki tərəfli dövlət səviyyəsindəki münasibətlər ola bilər. İnanmıram ki, Ramiz Mehdiyevin İranda qohumu ya da biznesi olsun” deyə qeyd edib.
Ekspertlərin rəylərində boşluqlar və dişə dəyimli arqumentlər kasadlığı nəzərə çarpdı. Ölkənin tanınan siyasi şərhçiləri Mehdiyevin İran səfərinin əsl sirrini tam analiz edə bilməyiblər. Yeganə tutarlı səbəb XİN başçısının İsrail səfəri göstərilir. Lakin bu da PA rəhbərinin İrana səfəri üçün ən labüd əsas olmamalıdır. Hər halda E.Məmmədyarov İsrailə getdiyi kimi İrana da üz tuta bilərdi ki, neytrallıq qorunub saxlansın.
Ancaq Mehdiyevin görüşlər zamanı seçkilər məsələsi, İranpərəst dindarların ölkəmizdə aktivləşməsi, məktəblərdə hicab qadağası kimi mühüm problemləri də müzakirə edəcəyi istisna deyil. Doğrudur, seçkilər həmişə Rusiya ilə həll edilib. Amma bu il Rusiyanın hakimiyyətə təzyiqləri rəsmi Bakının istiqamətini əks-tərəfə yönəldib. İran səfəri həm də beynəlxalq siyasi aləmə jestdir. Səfərin nəticələrini görəcəyik.

Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan XİN rəhbəri ilk dəfə İsrailə səfər edəcək

    Azərbaycan XİN rəhbəri ilk dəfə İsrailə səfər ...

    18-04-2013, 10:13

  • 
  • Səməd Seyidovun İsrailə gizli səfəri

    Səməd Seyidovun İsrailə gizli səfəri ...

    20-11-2013, 17:25

  • 
  • Azərbaycan iqtidarı çaşqınlıq içində

    Azərbaycan iqtidarı çaşqınlıq içində ...

    30-04-2013, 19:53

  • 
  • “İsrail Azərbaycana mesaj verdi: Seçin

    “İsrail Azərbaycana mesaj verdi: Seçin ...

    21-11-2013, 15:25

  • 
  • Ramiz Mehdiyev Moskvaya səfər edib

    Ramiz Mehdiyev Moskvaya səfər edib ...

    12-11-2015, 16:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu