“İlam Əliyevlə Səməd Seyidovun səfərlərinin eyni vatxda baş tutması təsadüf deyil”
Ötən həftə AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov İsrailə “məxfi səfər” edib. O, ən yüksək səviyyədə görüşlər keçirib. Azərbaycan tərəfi bu haqda məlumat verməsə də, S.Seyidov baş nazir Benyamin Natanyahu ilə də görüşüb.
İsrail mətbuatında yayılan məlumatlardan məlum olub ki, S.Seyidovun səfəri İsrail –Azərbaycan beynəlxalq assosiasiyası – Azİz və İsrail XİN tərəfindən təşkil olunub. Maraqlıdır, Millət vəkilinin İsrailə qəfil səfəri nə ilə bağlı ola bilər? Moderator.az-a açıqlama verən Şərq-Qərb araşdırmalar mərkəzinin sədri Ərəstun Oruclu bu səfəri Azərbaycan iqtidarının xarici siyasətdə balans yaratmaq cəhdi adlandırdı: “İlham Əliyevin Türkiyəyə etdiyi rəsmi səfər ilə Səməd Seyidovun İsrailə etdiyi səfər eyni dönəmə təsadüf etdi. Hesab edirəm ki, bu bir təsadüf deyil. Görünür Səməd Seyidov İsrailə müvafiq mesajlar çatdırmaq üçün etmişdi bu səfəri. 125 deputatdan biri olan Seyidovu İsrailin baş naziri və iri ranqlı məmurların qəbul etməsi bu ehtimalı daha da artırır. İlham Əliyevin Türkiyə səfəri zamanı bir sıra müqavilələr imzalanadı. Bu müqavilələr Türkiyə və Azərbaycan arasında siyasi, iqtisadi və hərbi əlaqələrin daha da inkişaf etdirilməsi üçün stimul ola bilər.” Ərəstun Oruclunun sözlərinə görə, bütün bu sadalanan amillər İsraili narahat edib və Səməd Seyidovun bu ölkəyə səfər etməsi barədə informasiyanı İsrail hökuməti məqsədli şəkildə mətbuata sızdırıb: “Rəsmi Bakı bu səfərin mətbuat sızmasını və müzakirə predmeti olmasını istəməzdi. Bu informasiya mətbuata İsrail tərəfindən ötürüldü. İsrail bunu etməklə Azərbaycana mesaj veridi: “Seçiminizi edin, ya Türkiyə ya da İsrail.” Seyidovun İsrail səfərinə Türkiyənin reaksiyası özünü çox gözlətmədi. İlham Əliyev Bakıya qayıtdıqdan dərhal sonra Azərbaycan iqtidarı haqda Türkiyə mətbuatında bir sıra tənqidi yazılar getməyə başladı. Burdan da belə nəticə çıxdı ki, rəsmi Ankara da Seyidovun İsrail səfərindən narahatdır. Rəsmi Bakı həmçinin İranla da problemlər yaşamağa başladı, xırda bir səbəbə görə, İran tərəfinin sərhədləri bağlaması hər hansısa texniki problem olmadığı gün kimi aydın məsələdir. Bütün bu baş verənlərin səbəbi rəsmi Bakının xarici siyasəti prioritetlərini müəyyən etməməsinin nəticəsidir. İndiki zamanda Azərbaycan iqtidarı hələ də özünə tərəfdaş axtarmaqla məşğuldur. Amma tərəfdaş çoxdan tapılmalı və onunla bütün sferalarda əməkdaşlıq qurulmalı idi."
Sorğu
Yeni dizaynımız necədir?