GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » BMT-də hakimiyyətin ifşası gözlənilir

BMT-də hakimiyyətin ifşası gözlənilir

Tarix: 30-04-2013, 13:43 Bölmə :Manşet Baxış: 768
BMT-də hakimiyyətin ifşası gözlənilir
Azərbaycan üçün daha bir insan haqları sınağı

Aprelin 30-da İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Haqları Şurasının növbəti toplantısında Azərbaycana dair Ümumi Dövri Hesabata baxılacaq. Əslində bu görüşdə açıqlanacaq sənədlər, qaldırılacaq məsələlər və veriləcək suallar artıq müəyyən mənada bəllidir.

Uzun və yayğin hesabat

İlk növbədə ortalıqda Azərbaycan hökuməti tərəfindən hazırlanmış hesabat var. Bunu bəri başdan demək lazımdır ki, rəsmi Bakının hesabatında yenilik azdır. Hesabatı oxuyarkən belə bir təəssürat oyanır ki, onun hazırlanması, hardasa 2008-ci ildə başa çatıb. Hesabatda Azərbaycanın insan haqları sahəsində beynəlxalq öhdəlikləri, iştirak etdiyi beynəlxalq konvensiyalar və vəziyyətin yaxşılaşdırılması üçün atılan addımlar, görülən işlərdən danışlılır.
Azərbaycan hökumətinin hesabatındakı bölümlərin əksəriyyətində “mövcud problemlər” hissəsi də var, lakin bu hissələrdə problemlərin nədən ibarət olduğu barədə informasiya demək olar ki, yoxdur.
Məsələn, sərbəst toplaşma barədə bölümdə Azərbaycanda 1998-ci ildə qəbul edilmiş qanunun adı çəkilir, lakin son vaxtlarda bu qanuna əlavə edilmiş məhdudiyyətlər, icazə verilməmiş aksiyaların təşkili və onlarda iştiraka görə cərimələrin astronomik şəkildə artırılması “yada düşmür”.
İnformasiya azadlığı barədə bölümdə də, informasiya azadlığı qanunvericiliyinə informasiyanın alınmasını son dərəcə məhdudlaşdıran yeni əlavə və dəyişikliklərdən söhbət açılmır. Son illər beynəlxalq təşkilatların gündəmində olan “siyasi məhbuslar” məsələsi barədə hesabatda, heç olmasa, özünümüdafiə xarakterli də nəsə yoxdur. Lakin Azərbaycan hökumətinin rəsmi hesabatında bu məsələlərin üstündən sükutla keçilməsi o demək deyildir ki, Cenevrə görüşündə bu məsələlər kölgədə qalacaq.

İnsan haqları sahəsində problemlər qalır

Məsələ burasındadır ki, BMT İnsan Haqları Şurasının bu görüşünün gündəliyinə müstəqil hesabat da daxil edilib. Şuranın hesabatında Azərbaycanın insan haqları sahəsindəki öhdəlikləri, bunlardan hansıların yerinə yetirilib-yetirilmədiyi sadalanır və bu mənada sənəd bir növ sxematik və statistik səciyyə daşıyır.
Lakin bununla belə, sənəddə BMT İnsan Haqları Komitəsini narahat edən konkret kəskin məqamlara toxunulur. Sənəddə deyilir ki, Azərbaycan hökumətinin insan haqlarına dair təqdim etdiyi hesabat kifayət qədər böyük, lakin yayğındır. Belə bir fakt xüsusilə vurğulanır ki, məsələn, İşgəncələrə qarşı Komitə Azərbaycanda bu sahədə qəbul edilmiş qanunvericilik aktları ilə onların icrası arasında böyük uçurumun qalmasından narahatdır. Bu da vurgulanır ki, Azərbaycanın yeni Cinayət Məcəlləsində “işgəncə” məfhumunun təfsiri müvafiq beynəlxalq konvensiyanın 1-ci bəndinə uyğun deyildir.

Mediaya qarşı təqiblər

Sənəddə məlumat verilir ki, mövqe və ifadə azadlığı üzrə xüsusi məruzəçi hökumətə jurnalistlərin polis tərəfindən təqib olunması, döyülməsi və tutulub saxlanması barədə narahatlığını təqdim edib. Hökumətə həmçinin bildirilib ki, jurnalistlərə qarşı təqiblərdən narahatlığa həm də hökumətin siyasətini tənqid edən naşirin qətli və müxalif siyasi partiyanın sədr müavininin həbsi daxildir.
Sənəddə ad çəkilmir, lakin güman etmək olar ki, söhbət “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun qətlindən və Tofiq Yaqublunun həbsindən gedir. Xüsusi məruzəçinin məlumatında Baş Prokurorluğun Ağır Cinayətlər Departamentinə qarşı irəli sürülən işgəncə iddialarından da narahatlıq ifadə olunub. Bildirilir ki, bu departamentdə üç uşağa işgəncə verilməsinə aid iddialar vardır. Qeyd olunur ki, bəzən 18 yaşına çatmamış uşaqlar polis məntəqələrində böyüklərlə eyni təcridxanalarda saxlanılır.
Hökumətə həmçinin həbsxanaların monitorinqi üçün müstəqil qurumun yaradılması tövsiyə edilib. Hesabatda qadın və uşaq haqlarının kobud şəkildə pozulmasına dair də iddialar mövcuddur. İşgəncələrə qarşı Komitə həmçinin bildirib ki, hakimlər müttəhimlərin bədənlərindəki açıq-aşkar işgəncə əlamətlərini görməməzliyə vururlar. Xüsusu məruzəçinin bildirişində deyilir ki, jurnalistlər, redaktorlar və media işçiləri əsas dövlət qurumları tərəfindən müxtəlif dərəcəli təzyiqlərə məruz qalırlar. Bu qurumların arasında Daxili İşlər və Ədliyyə Nazirliklərinin adları çəkilir. Azərbaycan mediasının çox güclü özünüsenzuraya məruz qaldığı da xüsusi vurğulanır.

Neft pullarından insanlara da verin

Şuranın hesabatında bildirilir ki, Baş katibin xüsusi nümayəndəsi insan haqları fəallarına və təşkilatlarına qarşı hücumlardan narahatdır. O həmçinin narahatdır ki, insan haqlarının müdafiəsi mövzusunda yazan jurnalistlərə qarşı sual doğuran ittihamlar irəli sürülür, dövlət rəsmiləri tərəfindən qaldırılan məhkəmə iddiaları əsasında media, böhtana görə ağır cərimələrə məruz qalır.
Bu da qeyd olunur ki, insan haqları QHT-ləri üçün hər cür əngəllər yaradılmaqda davam edir. Sənəddə bildirilir ki. Azərbaycanda son illər ÜDM-in sürətli artımına baxmayaraq səhiyyə və digər sosial sahələrə ayrılan vəsait cüzi olaraq qalır.
Sənəddə hökumətə, əldə etdiyi nəhəng neft gəlirlərindən bu sahəyə ayırmalar edilməsi tövsiyə olunur. Qeyd olunur ki, Azərbaycanda təhsilin səviyyəsi son dərəcə aşağıdır. Şura, Azərbaycan hökumətini mövcud əmək qanununu yeniləməyə və əməkçilərin tətil etmək hüquqlarını məhdudlaşdıran müddəaların ləğvinə çağırır.

Zülfüqar Rüfətoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 3 BMT eksperti Azərbaycanda vəziyyətdən narahalıq bildirir

    3 BMT eksperti Azərbaycanda vəziyyətdən narahalıq ...

    6-10-2013, 01:11

  • 
  • Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın əleyhinə qərar çıxardı

    Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın ...

    30-05-2013, 14:57

  • 
  • “Human Rights Watch”dan Azərbaycanla bağlı sərt- Hesabat

    “Human Rights Watch”dan Azərbaycanla bağlı sərt- ...

    14-05-2014, 15:06

  • 
  • 13 milyon insan xərçəng xəstəliyindən öləcək

    13 milyon insan xərçəng xəstəliyindən öləcək ...

    5-02-2014, 11:00

  • 
  • Azərbaycanda insan haqları çox yaxşı pozulur.

    Azərbaycanda insan haqları çox yaxşı pozulur. ...

    19-06-2013, 01:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu