İsa Qəmbərin seçki qərargahının ilk iclası kemirilib
Aprelin 23-də Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbərin Mərkəzi Seçki Qərargahının ilk toplantısı keçirilib. Müsavat Partiyasının Mətbuat Xidmətindən “Azadlıq.TV”-yə verilən məlumata görə, toplantıda Mərkəzi Seçki Qərargahının Partiyanın Divanında təsdiq olunan Əsasnaməsi oxunub, iş bölgüsü aparılıb. Bir saat davam edən müzakirələrdə iştirakçılar seçki işinin səmərəli təşkili istiqamətində təkliflərini irəli sürüblər. Mərkəzi Seçki Qərargahının növbəti toplantısı aprelin 30-u saat 14:00-a təyin olunub. Onu da bildirək ki, Müsavat Partiyası başqanı İsa Qəmbər aprelin 23-ü Türkiyəyə yola düşür. Bu haqda Turan-a İ.Qəmbər özü bildirib. İ.Qəmbər Ankara və İstambulda düzənlənən konfranslara qatılacağını söyləyib, bir sıra görüşlər keçirəcəyini qeyd edib. O, Türkiyə səfəri başa çatdıqdan sonra dərhal vətənə dönəcəyini nəzərə çatdırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?