“Yeni Müsavat”a daxil olan məlumata görə, bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini dəstəkləyən partiyaların toplantısı keçirilib. Həmin toplantıda Milli Şuranın prezidentliyə vahid namizədinin müəyyən edilməsi və onun keçid dövrü üçün öz üzərinə götürdüyü öhdəliklər ilə bağlı Memarandum müzakirə edilib. Müzakirələrdə iştirak edən partiyaların təmsilçiləri həm Memarandumun məzmununu, həm də Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun son vaxtlar mətbuata verdiyi açıqlamaları təqdir ediblər. Müsavat Partiyasının başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini dəstəkləyən partiyaların toplantısında Azərbaycanda yaranmış ölkədaxili vəziyyəti də geniş şəkildə müzarirə ediblər.
Sorğu
Yeni dizaynımız necədir?