Bu gün bir çox gizli oyunların arxasında əsasən bir qüvvənin dayanması az qala hər addımda sübuta yetirilməkdədir. Bu barədə daxil olan məlumatlar da təsdiqləyir ki, son zamanlar hədəfə çevrilən kənd təsərrüfatı naziri İsmət Abbasova qarşı kapmaniyanın da arxasında məhz həmin qüvvə dayanır. Mənbənin söylədikləri: «İsmət Abbasov hər zaman eyni qüvvə tərəfindən «vurulub». Yenə də həmin qüvvədir. Söhbət Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başında dayandığı rusiyapərəst qüvvədən gedir. Bu qüvvə zamanında fövqəladə hallar naziri Kəmaləddin Heydərovla birləşərək Əli İnsanovla Fərhad Əliyevi çıxdaş etdilər. Sonradan Ramiz Mehdiyev Rusiyanın maliyyə çevrələrinə yaxın olan Heydər Babayevi də yola saldı. Sırf qısqanclıq marağı idi. Yəni Ramiz Mehdiyev Rusiyaya yaxın olan ikinci bir adamı istəmədiyindən Heydər Babayevi yola saldı.Eyni prinsiplə İlham Rəhimli də iqtidar düşərgəsinə yaxın buraxılmadı. Eyni qayda ilə Rüstəm İbrahəimbəyov və digər bu kimi rusiyapərəstlər də hədəfə alınır. Yəni burada yeganə məqsəd Ramiz Mehdiyevin alternativsiz Rusiya canişini olma istəyilə bağlıdır». Mənbəmiz bildirir ki, illərdir bu qüvvə Azərbaycanda məmur eşalonunu müəyyənləşdirməklə məşğuldur: «İndi-indi bu qüvvəyə qarşı müəyyən müqavimətlər hiss olunur. Amma hələ də Ramiz Mehdiyev ayaqdadır. Və son baş verənlər də bunu təsdiqləmiş oldu. Ayağa qalxar-qalxmaz Mehdiyev növbəti qurbanlığının üzərinə yürüdü. Kənd təsərrüfatı naziri İsmət Abbasov onun iqtisadi maraqlarına əngəl yaradan şəxslərdən biri olduğundan PA şefi həmin vəzifəyə öz adamını gətirməyi düşünür. Və mətbuata ötürülən son faktlar da PA-nın mətbəxində hazırlanmışdı».
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?