GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Dünya hakimiyyətdən demokratiya tələb edir

Dünya hakimiyyətdən demokratiya tələb edir

Tarix: 2-05-2013, 02:23 Bölmə :Manşet Baxış: 659
Dünya hakimiyyətdən demokratiya tələb edir

Azərbaycan iqtidarı BMT-nin də sərt tənqidinə tuş gəlib

Ötən gün Cenevrədə BMT İnsan Hüquqları Şurasının növbəti iclası keçirilib. İclasda Azərbaycanda bu sahədə vəziyyətlə bağlı hökumətin universal hesabatı müzakirə edilib. Rəsmi Bakının nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Xələf Xələfov hesabatı təqdim edərək insan hüquqlarının təminatı üzrə tədbirlərdən danışıb.

O, Azərbaycanın İşgəncələr Əleyhinə Konvensiyaya qoşulduğunu və toplaşma haqqında qanunun Avropa standartlarına uyğunlaşdırıldığını bildirib. X.Xələfov şikayətlənib ki, mitinq təşkilatçıları aksiyanı bir yerdə təyin edirlər, amma başqa yerdə keçirirlər ki, bu da inzibati məsuliyyətə gətirib çıxarır.
Ədliyyə nazirinin müavini Toğrul Musayev müzakirə iştirakçılarının suallarını cavablandırarkən məhkəmə islahatı, məhkəmələrin fəaliyyətinin müstəqil orqan - Məhkəmə-Hüquq Şurası tərəfindən tənzimlənməsindən danışıb. O, yenidən yaradılmış inzibati-iqtisad məhkəmələrinin effektivliyinə toxunub. T.Musayev QHT-lərin fəaliyyəti üçün problemin olmadığını bildirib. 3000 QHT qeydiyyata alınıb və qeydiyyat səviyyəsi 20% artıb. Bundan əlavə, QHT-lər qeydiyyatsız da fəaliyyət göstərə bilər. QHT haqqında qanunvericiliyə son düzəlişlərə gəlincə, bu onların fəaliyyətinin nizama salınması üçün edilib.
O həmçinin qeyd edib ki, nadir hallarda Ədliyyə Nazirliyi QHT-nin qeydiyyatının ləğvi üçün məhkəməyə müraciət edib. Prezident Administrasiyası insan hüquqları sektorunun müdiri Çingiz Əsgərov bildirib ki, diffamasiyaya görə cəza Avropa qanunları praktikasına uyğundur.
Müzakirələr zamanı postsovet ölkələrinin nümayəndələri Azərbaycanda vəziyyəti tərif ediblər. Avropa və ABŞ nümayəndələrinin əksəriyyəti isə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti tənqid ediblər. Almaniyalı nümayəndə AŞPA-nın tələblərinə hörmətlə yanaşmağa, mitinqlərə icazə verməyə, mətbuata təzyiqlərə son qoymağa çağırıb.
Fransada olan nümayəndə hakimiyyətə təklif edib ki, mitinqlərin yerinin müəyyən edilməsi üçün vətəndaş cəmiyyəti ilə dialoqa başlasın, vətəndaşların öz fikirlərini sərbəst ifadə etməsi üçün şəraiti təmin etsin. Macarıstan təmsilçisi razılaşdırılmamış mitinqlərdə iştiraka görə cəzanın adekvat olmadığını qeyd edib.
Polşa nümayəndəsi Azərbaycan həbsxanalarında ölümlə nəticələnən işgəncə faktlarından narahatlığını bildirib, belə halların araşdırılmasının vacibliyini vurğulayıb. Slovakiyalı nümayəndə dinc nümayişçilərə qarşı zorakılığa son qoyulmasına çağırıb.
Böyük Britaniya təmsilçisi qeyd edib ki, seçki ilində dinc toplaşmaların təmin edilməsi, hüquq müdafiəçilərinə və jurnalistlərə təzyiqlərə son qoyulması çox vacibdir. ABŞ təmsilçisi jurnalistlərin həbsindən narahatlığını bildirərək KİV işçilərini və fəalları azad etməyə, şəhərin mərkəzində mitinqlərin keçirilməsini təmin etməyə, QHT-lərin fəaliyyəti üçün maneələri aradan qaldırmağa çağırıb. Səslənən tənqidlərə münasibətini bildirən X.Xələfov deyib ki, Azərbaycan dialoq üçün açıqdır. Onun sözlərinə görə, ölkə hüquq-müdafiə mandatı olan bütün təşkilatlar üçün açıqdır. Nazir müavini Azərbaycanın azad, ədalətli seçkilər keçirmək, Avropa institutları ilə əməkdaşlığı davam etdirmək əzmində olduğunu bildirib.
Onun sözlərinə görə, siyasi və vətəndaş hüquqları sahəsində böyük nailiyyətlər əldə olunub, lakin müəyyən çatışmazlıqlar da var. İnsan hüquqları probleminə gəlincə, onların bəzisi qanunların tətbiqi, digərləri Azərbaycan torpaqlarının işğalı faktı ilə bağlıdır. 83 dövlət hesabatla bağlı Azərbaycan hökumətinə öz tövsiyəsini irəli sürüb. 6 ay ərzində hökumət bu tövsiyələri ya qəbul ya rədd etməlidir. Qeyd edək ki, yerli və beynəlxalq hüquq müdafiəçiləri BMT İnsan Hüquqları Şurasına Azərbaycanda vəziyyətlə bağlı alternativ hesabat təqdim ediblər.

“Turan”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Araz Əzimov ABŞ Dövlət Departamentinin hesabatı barədə

    Araz Əzimov ABŞ Dövlət Departamentinin hesabatı ...

    3-03-2014, 16:21

  • 
  • "Azərbaycan Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşır"

    "Azərbaycan Avropa Məhkəməsinin qərarlarına ...

    24-10-2014, 12:31

  • 
  • 3 BMT eksperti Azərbaycanda vəziyyətdən narahalıq bildirir

    3 BMT eksperti Azərbaycanda vəziyyətdən narahalıq ...

    6-10-2013, 01:11

  • 
  • Avropa Birliyi Azərbaycanda insan hüquqlarının pozulmasını diqqətlə izləyir

    Avropa Birliyi Azərbaycanda insan hüquqlarının ...

    4-03-2014, 10:34

  • 
  • Azərbaycan xarici işlər nazirinin müavini Ermənistandadır

    Azərbaycan xarici işlər nazirinin müavini ...

    13-09-2013, 11:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu