GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Kərəm Həsənovun bulvar maxinasiyası

Kərəm Həsənovun bulvar maxinasiyası

Tarix: 3-05-2013, 12:17 Bölmə :Manşet Baxış: 1 114
Kərəm Həsənovun bulvar maxinasiyası
Dövlət ehtiyacları adı altında böyük biznes layihəsi: "Qış Bulvarı" salınmaq adı ilə vətəndaşarın zorla çıxarıldığı ərazidə, komitə sədri milyardlarla manat dəyəri olan kommersiya obyektləri tikəcək

Son illər Azərbaycanda insanların mülkiyyət hüququnun pozulması, evlərindən, torpaqlarından zorla çıxarıldılması adi hal alıb. Oliqarxların maraqlarının müdafiəsində dayanan hökumət əhalinin şikayətlərinin, məhkəmələrdə öz hüquqlarını bərpa etməsinin qarşısını almaq üçün bu prosesi «qanuniləşdirməyi də» unutmayıb. Parlamentdə «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunun qəbul edilməsində də əsas məqsədin məhz vətəndaşları torpaqlarından, evlərindən daha asan çıxarmaqdı. Elə Heydər Əliyev sarayının arxasında yaşayan insanları evlərindən çıxarmaq üçün də bu qanundan istifadə olundu. Ərazidə «Qış bulvarı»nın salınacağı bildirilərək, vətədaşları razı oldu-olmadı istədikləri kompensasiyanı verərək mülklərindən çıxardılar. İndi isə məlum olur ki, ərazidə «Qış bulvarı» salınmayacaq. Azından “Qış bulvarı” adlı məkanda palma ağaclarının əkilməsi normal məntiqlə bir araya sığmır. Əhali evlərindən «dövlət burada «Qış bulvarı» salacaq» deyə çıxarılsa da, indi park və obyektlər tikiləcəyi ortadadır.
Etibarlı mənbənin məlumatına əsasən, ərazidəki bütün işlərə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun rəhbərlik edib, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı yalnız görünən tərəf olub. Mənbənin sözlərinə görə, bu ərazi artıq 3 ilə yaxındır qeyri-rəsmi olaraq K.Həsənovun ixtiyarına verilib: «Kompensassiyaların məbləğini müəyyən edən də o oldu, ərazidəki söküntü işlərini aparan da. Hacıbala Abutalıbov deyə bilmir, ancaq ərazidə aparılan işlərə nəzarət Kərəm Həsənov tərəfindən həyata keçirilib.»
Mənbə buradakı işlərin K.Həsənova həvalə edilməsinin tarixçəsilə bağlı da maraqlı məlumatlar verdi. Onun sözlərinə görə, burdakı işləri aparmaq əvvəlcə Dövlət Reyestr Xidmətinin keçmiş rəhbəri Arif Qaraşova təklif edilib. Belə ki, Arif Qaraşovdan söküntü işlərini həyata keçirmək, vətəndaşlara müəyyən olunmuş qiymətlər çərçivəsində kompesasiya vermək, bundan sonra ərazinin bir hissəsində ticarət mərkəzi, otel, restoran və digər obyektlər tikməklə satmaq (və ya icarəyə vermək), bir hissəsini isə park salmaq istənilib. «Ancaq Qaraşov bu işləri aparmaq üçün lazımı miqdarda vəsaitinin olmadığını bildirərək imtina edib. Əvəzində Kərəm Həsənov Dövlət Reyestr Xidməti onun sərəncamına verilərsə, elə ordan əldə etdiyi vəsaitlə burdakı bütün işləri maliyyələşdirməyin mümkünlüyünü bildirib» deyə mənbə qeyd edir.
Mənbə bundan bir müddət sonra Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti ləğv edilərək onların bazasında Əmlak Məsələləri Dövlət Komitəsi yaradılmasını və Kərəm Həsənovun bura rəhbər təyin olunmasını onun təklifinə müsbət cavab verilməsilə bağlayır. Mənbə bunun üçün büdcədən ayrılan vəsaitin istiqamətini müəyyənləşdirməkdə çətinlik çəkir: «Ya bunun üçün nəzərdə tutulan vəsait faktiki olaraq ixtisar edilib, ya da «ümumi katyola» yönəldilib».
Qeyd edək ki, ərazidəki işlərin Kərəm Həsənova tapşırıldığını başqa faktlar da təsdiqləyir. Belə ki, ərazidə söküntü işlərinin başında Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri dayanırdı. Məsələn, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun ərazidəki şəxsi mənzili və ofisinin dağıdılmasına Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi Yusif Qəmbərov şəxsən rəhbərlik edirdi. Hətta ona mənzillərin sökülməməsinə dair məhkəmə qətnaməsinin olduğunu xatırlatdıqda, Yusif Qəmbərova jurnalistə «Tüpürüm məhkəmənin qərarına. Biz Azərbaycanda yaşayırıq» deyə cavab vermişdi.
Təbii ki, Yusif Qəmbərov özbaşına blə ifadə işlədə bilməzdi. Arxasında dayanan olmasa idi.
Və yaxud başqa bir fakt, ərazidən köçürülən insanlara «AZİNKO Holding»in tikdiyi binalarda mənzil verilir. Bunu Hacıbala Abutalıbov da qismən etiraf edib. Düzdür o, bunun insanların öz seçimi olduğunu bildirmişdi. Ancaq daxil olan məlumatlar göstərir ki, kompensasiya az olduğu üçün imtina edən vətəndaşlara yalnız «AZİNKO Holding»in evləri təklif olunur. «AZİNKO Holding»in isə Kərəm Həsənovun nəzarətində olduğu hər kəsə məlumdur. Hər halda holdinqin başında qardaşı durur.
Mənbənin digər məlumatına görə, ərazidə «Qış bulvarı"nın salınacağı ilə bağlı məlumatlar vətəndaşların evləri üçün böyük kompensasiyalar istəməməsi üçün düşünülübmüş. Əslində isə burda "Qış bulvarı"nın tikilməsi əvvəlcədən nəzərdə tutulmayıb. Burda park salınsa da, ərazidə iri ticarət mərkəzi, otel, restoran və pullu dayanacağın tikilməsi planlaşdırılır. Yəni, ərazi dövlət ehtiyacları üçün deyil, əsasən kommersiya məqsədilə istifadə ediləcək. Ərazinin sahəsi 7,5 hektardır burada kifayət qədər çoxlu sayda iri ticarət mərkəzlərin, otelllərin, restoranların və digər obyektlərin tikiləcəyi şübhə doğurmaz. Nəzərə alsaq ki, bu ərazi şəhərin mərkəzi hissəsində yerləşir, burda tikiləcək kommersiya obyektlərinin satışından və ya icarəsindən nə qədər böyük pullar qazanacağını xüsusi izah etməyə etiyac qalmaz.

Elçin
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda evyıxma əməliyyatı davam edir

    Bakıda evyıxma əməliyyatı davam edir ...

    17-02-2013, 11:22

  • 
  • Nazirlər Kabinetindən yeni qərar

    Nazirlər Kabinetindən yeni qərar ...

    19-12-2012, 13:07

  • 
  • Ziya Məmmədovun səlahiyyətləri artırıldı

    Ziya Məmmədovun səlahiyyətləri artırıldı ...

    27-05-2013, 11:50

  • 
  • Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən qudasına hansı vəzifəni verib?

    Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən ...

    30-10-2015, 15:54

  • 
  • Kərəm Həsənovun gizlinləri faş olur

    Kərəm Həsənovun gizlinləri faş olur ...

    15-03-2013, 10:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu