GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azad Rəhimovu ifşa edən hesabat

Azad Rəhimovu ifşa edən hesabat

Tarix: 3-05-2013, 12:51 Bölmə :Manşet Baxış: 672
Azad Rəhimovu ifşa edən hesabat
Son 5 ildə idman sektoruna 360 milyon manat vəsait ayrıldığı xatırladılır və bu vəsaitin böyük hissəsinin olimpiya mərkəzlərinin, stadion və digər idman komplekslərinin tikintisinə
“Təqribən 10 ildir ölkədə idman kompleksləri tikilir və bu müddətdə əhalinin 5 faizi həmin komplekslərdə idmanla məşğul olursa, demək, istənilən nəticə əldə olunmayıb»


«Azərbaycan idmanında təmsil olunan 15 əcnəbi idmançı qanunauyğun milliləşdirilməyib». Dünən açıqlanan və «Azərbaycanda idmana qoyulan sərmayə və şəffaflığın təmin edilməsi» adlanan hesabatda belə deyilir. Dörd qeyri-hökumət təşkilatının açıqladığı bu hesabatda 7 idman növündə təmsil olunan əcnəbi idmançıların pasport bilgiləri verilib. «Azərbaycan Miqrasiya Mərkəzi» İctimai Birliyinin sədri Əlövsət Əliyevin fikrincə, vətəndaşlıq alan bu idmançılar nə yaşayış yerində qeydiyyatı, nə də şəxsiyyət vəsiqəsi var.
Əlövsət Əliyev deyir ki, əcnəbi idmançıların milliləşdirilməsi barədə ayrıca qanun olmasa da, vətəndaşlığın sadələşdirilmiş qaydada verilməsi bir neçə qanun və prezident fərmanı ilə tənzimlənir. Onun fikrincə, bəzi qanuni imkanlar olsa da, bunlar gözardı edilib. Birlik sədri düşünür ki, əcnəbi idmançıların milliləşdirilməsi prezident səviyyəli məsələdirsə, onların hər biri haqqında da ayrı-ayrılıqda prezident sərəncamı olmalıdır: «Azərbaycan prezidentinə səlahiyyət verilir ki, idmanda yüksək nailiyyətlər əldə etmiş əcnəbi idmançılar sadələşdirilmiş qaydada ölkə vətəndaşlığı alsın. Amma onların heç birini prezident təsdiq etməyib. Hamısı qanunsuz olaraq Azərbaycan pasportu alıb».
Əlövsət Əliyevə görə, prezident bu məsələdə öz səlahiyyətlərindən istifadə edərsə, mövcud problemlər aradan qalxar və qeyri-şəffaflığa da aydınlıq gətirilə bilər: «Təklif edirik ki, prezident bu səlahiyyətindən yararlansın. Düzdür, əcnəbi idmançıların idman sahəsində böyük nailiyyətlər qazanması da sübuta yetirilməlidir. Yalnız bundan sonra həmin şəxslərlə bağlı hazırlanmış sənədlər prezidentə təqdim olunmalı və o da öz növbəsində əcnəbi idmançıların hər biri haqqında sərəncam imzalayaraq həmin şəxslərə vətəndaşlıq verməlidir». Hesabatda əcnəbi idmançıların milliləşdirilməsinin heç də həmişə səmərəli olmadığı vurğulanır. Bir əcnəbi idmançının milliləşdirilməsinə 500 min manat vəsait xərcləndiyi qeyd edilir. Deyilir ki, həmin vəsait hər hansı yerli idmançının maddi təminatının, fiziki və texniki göstəricilərinin yaxşılaşdırılmasına xərclənsə, bu, daha çox fayda gətirə bilər.
Hesabatın ikinci bölümündə 2006-2011-ci illərdə dövlət investisiya xərclərindən idman sektoruna 360 milyon manat vəsait ayrıldığı xatırladılır və bu vəsaitin böyük hissəsinin olimpiya mərkəzlərinin, stadion və digər idman komplekslərinin tikintisinə yönəldildiyi vurğulanır. İdmana ayrılan maliyyənin illər üzrə müqayisəsi də bu sənəddə əksini tapıb. Bildirilir ki, idman sektoruna ən çox vəsait prezident seçkisi keçirilən 2008-ci ildə ayrılıb –105 milyon manat.
Hesabatda idman sektoruna ayrılan büdcə vəsaitlərinin səmərəliliyinə də toxunulur. Vurğulanır ki, iri idman komplekslərinin tikintisinə çox vəsait xərclənsə də, 2007-2011-ci illərdə həmin komplekslərdə idmanla məşğul olanların sayı ümumilikdə ölkə əhalisinin 5 faizini keçməyib. Rusiyada bu göstəricinin 12, Qazaxıstanda 13 faiz olduğuna diqqət çəkilir. Daha çox sərmayə ayrılan olimpiya idman komplekslərinin tender keçirilmədən tikildiyi, bu sahəyə ayrılan xərclərin şəffaf olmadığı, ictimaiyyətin maliyyə mənbələrindən məlumatsız qaldığı bildirilir.
Hesabatın hazırlanmasına qatılan «Azad İqtisadiyyata Yardım» İctimai Birliyinin eksperti Salman Nəcəfova görə, idmanda əldə olunan nəticənin ilbəil artan investisiyalara uyğun gəlməməsi idman siyasətinin olmaması ilə bağlıdır: «İdman siyasəti adlı dəqiq bir sənəd yoxdur. Dünya təcrübəsi göstərir ki, müxtəlif ölkələrdə idman müxtəlif məqsədlər üçün inkişaf etdirilir. Misal üçün, bir ölkədə əhalinin sağlamlığını, o biri ölkədə professional idmanı gəlişdirirlər. İdman kompleksləri tikiləndə də bu məqsədlər nəzərə alınır. Amma biz bu qədər pul xərcləsək də, idmanı kütləviləşdirə bilmirik. Söhbət 360 milyon manatdan getmir, bu, az da ola bilər, çox da – ortada dəqiq və işlək proqram yoxdur. Təqribən 10 ildir ölkədə idman kompleksləri tikilir və bu müddətdə əhalinin 5 faizi həmin komplekslərdə idmanla məşğul olursa, demək, istənilən nəticə əldə olunmayıb». Salman Nəcəfov başqa məqama da diqqət çəkir: «Götürək olimpiadalarda qazanılan medalları. 2000-ci olimpiadasında da Azərbaycan 2 qızıl medal qazanıb, 2012-ci il olimpiadasında da. Yəni o qədər pullar xərclənir, amma qızıl medalların sayı artmır».
Hesabatın sonunda büdcədən idmana ayrılan vəsaitlərin səmərəliliyinin artırılmasına yönəlik tövsiyələr irəli sürülür. İlk növbədə ayrılan vəsaitin xərclənməsinə nəzarətin gücləndirilməsi tövsiyə edilir. Bundan başqa, idman komplekslərinə, əsasən də üzgüçülük hovuzlarına tətbiq olunan yüksək aylıq ödənişlərin aşağı salınması istənilir. Üzgüçülük hovuzlarında aylıq ödənişin 50 manat olduğu vurğulanır və qeyd edilir ki, bu, orta aylıq əməkhaqqının 12 faizi deməkdir. Tövsiyələr sırasında idman məşqçilərinin maaş artımı məsələsi də var. Bildirilir ki, kommunal xərclərin 100 manat olduğu halda 200 manat məvacib alan məşqçinin yaxşı idmançı hazırlaması şübhəli görünür. Bundan başqa, əcnəbi idmançıların sayına da hədd qoyulması arzulanır. İdman federasiyalarını ayrı-ayrı nazirlərin himayəsindən çıxarmaq da tövsiyə edilir. Hesabat müəlliflərinin fikrincə, həmin ənənə ölkə idmanını geriyə atır.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə hesabatda yer alan məsələlərlə razılaşmır. Deyir ötən illərlə müqayisədə Azərbaycanın idman uğurları xeyli artıb.
Maarif Çingizoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Soçi Olimpiadasına 4 idmançı ilə

    Soçi Olimpiadasına 4 idmançı ilə ...

    1-02-2014, 00:48

  • 
  • Bakıya erməni idmançılar gəlir

    Bakıya erməni idmançılar gəlir ...

    12-05-2015, 21:44

  • 
  • Nazir vəzifəsi ilə vidalaşır? - təfsilat

    Nazir vəzifəsi ilə vidalaşır? - təfsilat ...

    13-08-2016, 10:37

  • 
  • Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verib

    Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz ...

    16-06-2015, 09:43

  • 
  • Azad Rəhimova qarşı 336 milyon manatlıq iddia

    Azad Rəhimova qarşı 336 milyon manatlıq iddia ...

    15-06-2013, 01:07


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu