GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azad Rəhimova qarşı 336 milyon manatlıq iddia

Azad Rəhimova qarşı 336 milyon manatlıq iddia

Tarix: 15-06-2013, 01:07 Bölmə :Manşet Baxış: 1 067
Azad Rəhimova qarşı 336 milyon manatlıq iddia
Azərbaycan Gənclər və İdman Nazirliyinin xətti ilə, dövlət investisiyaları tərəfindən həyata keçirilən layihələr üzərində nəzarət olduqca vacibdir. Buna səbəb isə Azad Rəhimovun əvvəlki illərdə həyata keçirdiyi (dövlət vəsaitləri hesabına!) layihələrdə korrupsiya ehtimalının yüksək olması və nəticədə projelərin keyfiyyətsiz reallaşmasıdır. Bunu unikal.org-a açıqlamasında adının çəkilməsini istəməyən qaynaq bildirib.
Mənbə çoxsaylı faktlara əsaslanaraq hesab edir ki, ölkədə ən uğursuz layihələr həyata keçirən dövlət qurumlarından biri də Gənclər və İdman Nazirliyidir. "Əvvəla, hər il qurumun tikdirdiyi olimpiya komplekslərinin effektiv olmadığı tənqid mövzusu olsa da, bu istiqamətdə ayrılan xərclər daha da şişir. Bu da Rəhimovun rəhbərlik etdiyi sahədə mənimsəmələrin olduğuna dair KİV-in yazdıqlarının və müstəqil ekspert rəylərinin əsassız olmadığını ortaya qoyur. Eyni zamanda başqa bir çox faktlar da var ki, Gənclər və İdman Nazirliyinin dövlət vəsaiti hesabına il ərzində həyata keçirdiyi və ya həyata keçirməyə davam etdiyi layihələrə ayrılan pulların taleyindən ciddi narahatlıq keçirməyə əsas verir".
Xatırladaq ki, bu il Rəhimovun nazirliyinə 2013-cü ildə ölkənin idman hazırlığına əsaslı vəsait qoyuluşundan 336 milyon 421 min manat ayrılması proqnozlaşdırılıb. "Unikal" araşdırmalar nəticəsində bəzi layihələr barədə bilgilər əldə edib:
- Bakı şəhərində Su İdman Sarayının layihələndirilməsi və tikintisi üçün 40 milyon manat, Prezidentin Ehtiyat Fondundan isə 5 milyon manat ayrılıb.
- Gimnastika Kompleksinin tikintisinə cari ildə 30 milyon manat yönəldiləcək. 2008-ci ildən 2012-ci ilədək 56,4 milyon manat artıq xərclənib.
- Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmiri və yenidən qurulmasına qoyulan vəsait 80 milyon manata yaxınlaşıb.
Olimpiya Komplekslərinə gəlincə, aşağıdakı rayonlar üzrə vəsait ayrılıb:
- Qax rayonunda Olimpiya İdman Kompleksinin tikintisinə 4 milyon manat, 2008-2012-ci illərdə 7,3 milyon manat;
- Şirvan şəhərində Olimpiya İdman Kompleksinin tikintisinə 6,6 milyon manat. Ötən il 7,5 milyon manat xərclənib.
- Göygöl şəhərində kompleks tikintisinə ötən il də daxil olmaqla 13,2 milyon manat;
- Xaçmaz rayonunda İdman Kompleksinin tikintisinə 4,2 milyon manat. Ötən ilə isə 9 milyon manat;
- Abşeron rayonunda Olimpiya İdman Kompleksinin tikintisinə 3,5 milyon manat;
- Ağcabədi rayonunda Olimpiya İdman Kompleksinin tikintisinə 3,5 milyon manat;
- Tərtər, Neftçala, Goranboy rayonlarında Olimpiya İdman Komplekslərinin hər birinin tikintisinə 1 milyon manat;
- Lənkəran Olimpiya İdman Komplekslərinin yenidən qurulmasına 2,5 milyon manat;
- Respublika İdman Tibb Mərkəzinin tikintisinə isə 5 milyon manat ayrılması nəzərdə tutulub.
Bundan əlavə, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması və tikintisi xərcləri üçün GTN-yə 4,7 milyon manat ayrılıb.
"Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın həyata keçiriliməsi ilə bağlı hələ ki, 8 milyon manat nəzərdə tutulub. Qeyd edək ki, bu vəsaitlə gənclərə evlərin tikintisi planlaşdırılır.
Mənbəmiz yaxın keçmişlə bağlı bir neçə fakta əsaslanaraq, 336 milyon manatdan artıq dövlət vəsaitinin Gənclər və İdman Nazirliyi tərəfindən tamamilə təyinati üzrə xərclənəcəyinə ciddi şübhə edir: "Məsələn, Bakı milyonçusu Murtuza Muxtarovun 1911-12-ci illərdə cəmi iki ilə tikdirdiyi və son illərə qədər Səadət sarayı kimi tanınan paytaxtın ən gözəl binalarından birinin təmir-bərpasını xatırlayaq. Bu işi Azad Rəhimov şəxsi nəzarəti altında saxlayıb, proses 7 ilə yaxın davam edib, külli miqdarda dövlət vəsaiti xərclənib. Bu qədər uzunmüddətli təmir-bərpanın özü korrupsiya barədə şübhələnməyə əsas verirdi. O dövrdə mətbuat yazdı ki, Gənclər və İdman Nazirliyinin əvvəlki tender siyahısından belə məlum olur ki, sarayda bərpa işlərini "Sehrbaz" layihə-tikinti şirkəti aparıb. Bildirilirdi ki, bu şirkət gənclər və idman naziri Azad Rəhimova məxsusdur. Sarayda bərpa işlərini bu şirkətə tendersiz verdilər. Həmin şirkət də nazirliyin binasında yerləşir. Lakin sonradan təmir işlərini Almaniyaya məxsus olduğu deyilən şirkət aparmağa başladı. "Sehrbaz" şirkəti milyonları yedikdən sonra guya sarayda yeni üslub yaratmaq üçün yenidən vəsait ayırdılar. Əslində hər iki şirkət nazirə məxsus idi. Eyni zamanda burada çalışan əcnəbi fəhlələrin maaşı verilmədiyi də bildirilirdi. Bütün bunlar sarayın təmir-bərpasında ciddi maxinasiyalardan danışanların sözlərində həqiqət payının çox olduğunu söyləməyə kifayət edir. Və yaxud, 40 milyon manata təmir edilən Tofiq Bəhramov adına Respublika stadionunda açılışdan üç ay sonra problemlər yaranması, - məsələn, media sektorundakı plitələrin çökməsi! - Rəhimovun nazirliyinin iri pullar hesabına həyata keçirdiyi layihələri necə bitirdiyinin əyani təsdiqidir. Bütün bunlardan sonra gənclər və idman nazirinin bu ilki dövlət investisiyaları ilə necə rəftar etdiyi narahatlıq yaratmaya bilməz. Hesablama Palatası bu nazirliyin həyata keçirdiyi layihələrin auditini gecikmədən və ciddi şəkildə həyata keçirməlidir".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nurçulara görə Azad Rəhimov da “qara siyahıda”

    Nurçulara görə Azad Rəhimov da “qara siyahıda” ...

    11-04-2014, 10:48

  • 
  • Azad Rəhimov yanvardan nazir olmayacaq

    Azad Rəhimov yanvardan nazir olmayacaq ...

    29-11-2013, 17:27

  • 
  • Azad Rəhimovun nazirliyində müdhiş korrupsiya

    Azad Rəhimovun nazirliyində müdhiş korrupsiya ...

    24-04-2014, 10:30

  • 
  • Azad Rəhimovun yalanı açıldı

    Azad Rəhimovun yalanı açıldı ...

    14-12-2012, 12:15

  • 
  • Gənclər və İdman Nazirliyinin sirli fiquru – siyasi və iqtisadi iddialar

    Gənclər və İdman Nazirliyinin sirli fiquru – ...

    28-09-2015, 14:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu