GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Əli Həsənovla Əflatun Amaşovun azad media qorxusu

Əli Həsənovla Əflatun Amaşovun azad media qorxusu

Tarix: 3-05-2013, 15:36 Bölmə :Manşet Baxış: 969
Əli Həsənovla Əflatun Amaşovun azad media qorxusu
PA rəsmisi ilə Mətbuat Şurası sədrinin “Təhlükəsiz şəraitdə danışmaq: Mediada söz azadlığının təmin olunması” konfransında iştirak etməməsinin gizlinləri

Dünən Bakıda Excelsior otelində ATƏT, İMS, İREX, İRFS və Media Hüquqları İnstitutunun təşkilatçılığı ilə keçirilən “Təhlükəsiz şəraitdə danışmaq: Mediada söz azadlığının təmin olunması” konfransı Azərbaycan hökumətinin KİV və İnternet üzərində nəzarətlə bağlı yeni təşəbbüslərinin daşıdığı ciddi təhlükələri üzə çıxarıb.
Maraqlıdır ki, konfransa dəvət edilmiş Mətbuat Şurasının sədri Əflatun Amaşov, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və digər hakimiyyət nümayəndələri konfransa məhəl qoymayıblar və eyni zamanda analoji mövzulu alternativ konfrans təşkil ediblər. Həmin tədbirdə Əli Həsənov beynəlxalq və yerli institutların Azərbaycanda KİV azadlığının vəziyyətinin pis olması haqqında qiymətləndirmələri və nəticələri təkzib edib. Əksinə, o iddia edib ki, ölkədə söz azadlığı mövcuddur və dövlət tərəfindən müdafiə olunur.
Hər iki tədbir mayın 3-də qeyd edilən Ümumdünya Mətbuatı Müdafiə gününə həsr olunmuşdu və onların paralel keçirilməsi Prezident Administrasiyasının təşəbbüskarı olduğu “suayrıcını” göstərir. İRFS rəhbəri Emin Hüseynov bildirib ki, Excelsior-da konfrans əvvəlcədən planlaşdırılmışdı və Əli Həsənov, nə də digər rəsmi nümayəndələr son ana qədər tədbirdə iştirakdan imtina etməyiblər və alternativ konfrans haqqında heç nə deməyiblər.
Turan agentliyi bütün planlaşdırılan tədbirlər haqqında əvvəlcədən xəbər verən Beynəlxalq Media Mərkəzindən bildiriş almayıb, deyə Turan-ın direktoru Mehman Əliyev bildirib. Bu halda ATƏT səfiri Karay Torgay ayaqüstü hər iki tədbirdə iştirak etmək məcburiyyətində qalıb. O, barışdırıcı tonda Azərbaycan hökumətinə ATƏT üzvlərinin söz azadlığını təmin etmək, habelə fikri ifadə etmək azadlığı hüququna hörmət etmək və bu hüququ dəstəkləmək öhdəliklərini xatırlatmağa çalışıb. Bu mesaj ABŞ səfiri Riçard Morninqstar tərəfindən dəstəklənib, o, dövlətdə sabitliyin azad mətbuatdan və cəmiyyətdə obyektiv debatlardan keçdiyini qeyd edib.
Avropa İttifaqının Azərbaycandakı səfiri Rolan Kobia etiraf edib ki, Avropada da tənqid çoxlarının xoşuna gəlmir, amma hamı başa düşür ki, azad cəmiyyətin inkişafı üçün baxışların müxtəlifliyi və onların azad şəkildə ifadə olunması zəruridir. Söz azadlığı və KİV sahəsində Azərbaycan ekspertləri tərəfindən təqdim edilmiş hesabatlar ötən il ərzində vəziyyətin pisləşdiyini göstərib.
Ekspert Ələsgər Məmmədli nümunə kimi “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin həddindən artıq yüksək məhkəmə cərimələrini, jurnalistlərə qarşı psixoloji və fiziki hədələri göstərib. İlin əvvəllərindən etibarən jurnalistlərə 51 hücum hadisəsi qeydə alınıb və onlardan heç birinin üstü açılmayıb, baxmayaraq ki, bütün cinayətlərin 93%-nin üstü açılır”, deyə o qeyd edib. Diffamasiya probleminə toxunan Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı bildirib ki, 2010-cu ildən heç bir jurnalist rəsmi olaraq peşə fəaliyyətinə görə həbs olunmasa da, 8 jurnalist rüşvət tələb etmə, xuliqanlıq, narkotik saxlama kimi uydurma ittihamlarla həbsdədir.
Cinayət və Mülki məcəllələrə İnternetdə şərəf və ləyaqətə xələl gətirilməsinə görə cəza haqqında Parlamentin qəbul edəcəyi düzəlişlərə xüsusi diqqət yetirilib. Hökumətin bu təşəbbüsü Azərbaycanda söz azadlığının məhv edilməsi üzrə ardıcıl siyasətə dəlalət edir, deyə İRFS direktoru Emin Hüseynov bildirib. Konfransın sonunda qəbul edilən bəyanatda Azərbaycan hakimiyyəti mətbuat azadlığının pozulmasına son qoymağa və ölkə Konstitusiyası və onun beynəlxalq öhdəliklərinə uyğun olaraq KİV-in tam və azad inkişafı üçün şərait yaratmağa çağırılıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əflatun Amaşovun yenidən "hə"si verildi

    Əflatun Amaşovun yenidən "hə"si verildi ...

    11-07-2013, 13:53

  • 
  • Prezident Əli Həsənova tapşırdı ki..."

    Prezident Əli Həsənova tapşırdı ki..." ...

    27-11-2013, 00:53

  • 
  • PA-nın sektor müdiri: “Media dövlətin təhlükəsizliyini diqqətdə saxlamalıdır”

    PA-nın sektor müdiri: “Media dövlətin ...

    4-02-2014, 12:44

  • 
  • Əflatun Amaşov saytlar üçün şərtləri AÇIQLADI

    Əflatun Amaşov saytlar üçün şərtləri AÇIQLADI ...

    9-04-2016, 14:36

  • 
  • İqtidar və müxalifət jurnalistləri arasında dava düşdü - Video

    İqtidar və müxalifət jurnalistləri arasında dava ...

    3-05-2013, 16:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (509)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu