“Postsovet avtoritar ölkələrdə “ərəb baharı” özünü göstərmir”
İslam, Qafqaz və Yaxın Şərq üzrə 20 il araşdırma aparan amerikalı yazıçı Tomas Sorli Turan-ın Vaşinqton müxbirinə müsahibəsində reigionda baş verən hadisə və prosesləri qiymətləndirib. “Bostonda baş vermiş terror aktı amerikalıların Qafqaza və İslama münasibətini dəyişəcəkmi?” Bu sualın cavabında yazıçı deyib ki, Bostonda hücum amerikalıların 11 sentyabrdan sonra yaşadıqları paranoyyanı gücləndirəcək. Amerikada çoxları bu hücumda da müsəlmanları günahlandırır. Lakin xoşbəxtlikdən amerikalıların böyük hissəsi bu hücumları islamın təzahürü hesab etməkdən imtina edirlər. “Vaşinqtonun İsrail və Türkiyəni barışdırmaq məqsədilə hər hansı addımlar atacağından və bunun Qara dəniz, Qafqaz regionunda sülhü möhkəmlədə biləcəyindən danışmaq olarmı?” sualının cavabında yazıçı ABŞ-ın bu regionda təsir dərəcəsinə əmin olmadığını bildirib. O, ən effektiv yanaşma kimi Türkiyə və onun qonşuları arasında dialoqun təşviqini hesab edir. “Ərəb baharı”nın hələ də davam etdiyini söyləmək olarmı? Postsovet avtoritar ölkələrdə onun təzahürləri necədir?” Bu sualın cavabında Sorli deyib ki, postsovet avtoritar ölkələrdə “ərəb baharı” özünü göstərmir. Ərəb inqilabları siyasi identikliyin axrarışı ilə üzə çıxır və bu proseslər onilliklərlə yetişir. Bu, keçmiş şərq blokunun süqutuna bənzəyirdi, lakin ayrı-ayrı hallarda proseslərə təsir göstərən müxtəlif maraqlar və qüvvələr olub. Hətta Amerika vətəndaş müharibəsindən keçib. Bu müharibədə daha çox amerikalı həlak olub, nəinki Müstəqillik Bəyannaməsinin qəbulundan sonrakı 90 il ərzindəki bütün mühüribələrdə olduğundan. Putin hakimiyyətə qayıtdıqdan sonra ABŞ və Rusiya arasında münasibətlərin pisləşməsindən danışırlar. Maqnitski qanunu bu vəziyyəti kəskinləşdirib. “Soyuq müharibənin qayıtmasından danışmaq olarmı?” sualının cavabında Sorli deyib ki, bütün ölkələr öz maraqları naminə beynəlxalq arenada öz iqtisadi təsirini göstərməyə çalışırlar. Bu, çox zaman bu maraqların dünyada irəliləməsində özünü göstərir. Məsələ bundadır ki, həm ABŞ, həm Rusiya öz iqtisadi mənfəətlərini öz hərbi-siyasi kompleksinə cəmləşdirir. Rusiya üçün bu Suriya, ABŞ üçün İraqdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?